Dahilərdən atmacalar

 
Dahilərdən atmacalar

Makedoniyalı İsgəndər (e.ə. 356- 323) yol üzərində uzanmış bir xəstəyə rast gəlib yazığı gəlmiş və demiş:
- Nə arzun var, söylə yerinə yetirim!
- Bu milçəklərə de ki, mənə əziyyət verməsinlər!- deyə xəstə istəyini bildirdikdə:
- Elə bir şey istə ki, mənim ona gücüm çatsın,- deyə İsgəndər təəccüblə cavab verir.
- Əgər bu aciz milçəklərə də gücün çatmırsa, daha mən səndən nə gözləyə bilərəm?- deyən xəstə imperatoru utandırmışdır.

Bir dilənçi İsgəndərə təsadüf edərkən:
- Qulunuza kiçik bir şey verin!- demiş
- Kiçik şey vermək mənə yaraşmaz.- demiş İsgəndər
- Elə isə böyük bir şey verin!
- O da sənə yaraşmaz.

Qədim yunan filosofu sinoplu Diogen (e.ə. 404- 323) günortaçağı əlində çıraq küçə ilə gedərkən, onu görənlər təəccüblə:
- Günortaçağı çıraqla nə axtarırsan?- soruşmuşlar. Diogen:
- Adam axtarıram!- demiş.

Diogendən soruşmuşlar:
- Naharı hansı saatda etmək məsləhətdir?
- Əgər varlısansa, könlün istəyən saat; yoxsulsansa yemək tapan saat- demiş.

Məşhur Roma imperatoru və dövlət xadimi Julio Sezar (e.ə. 49- 44, hakimiyyət illəri) Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə gülünc vəziyyətdə qalmasın deyə:
- Ah, Afrika, mən səni qucaqlayıram - demişdir.

Romanın məşhur siyasi xadimi, istedadlı natiqlərindən olan Tsitseron (e.ə. 106- 43) demişdir:
- Hər insan səhv edə bilər. Ancaq sarsaqdan başqa heç kim öz səhvində inad edə bilməz.

İran şahlarından olan Ənuşirəvana (531- 579) deyəndə ki:
- Gözün aydın filan düşmənin öldü! O:
- Bu “gözün aydın”, sən ölməyəcəksən demək deyildir - cavabını vermişdir.

Abbasilər sülaləsinin məşhur xəlifələrindən olan Harunəl- Rəşidin (763- 809) yanına birini tutub gətirmişlər ki, bu kişi kafir olmuşdur. Xəlifə deyilənin doğru olub- olmadığını soruşduqda, həmin adam “müsəlmanam” demişdır. Harunəl- Rəşid:
- Aparın bunu o qədər döyün ki, kafir olduğunu boynuna alsın,- deyə əmr etdikdə, adam:
- Ya xəlifə, bir kafir gəlib “müsəlman oldum!” desə, ona xələt verərsiniz, amma mən müsəlmanı döyə- döyə kafir etmək istəyirsiniz!- demişdir.

İran ədəbiyyatının böyük şairi Əbülqasim Firdovsi (934- 1020) “Şahnamə” əsərini yazarkən bir kəlmə də olsun ərəb sözü işlətməyəcəyinə söz verir. Lakin əsər yazıldıqdan sonra orada Rüstəm Zalın rəşadətinə “fələk əhsən dedi, mələk mərhaba” misralarına oxuyanlar etiraz edərək:
- “Əhsən” də, “mərhaba” da ərəb sözüdür,- demişlər. Firdovsi:
- Onu mən deməmişəm, Mələklə Fələk deyib!- deyərək özünə bəraət qazandırmışdır.

Şərq (İran) ədəbiyyatının görkəmli simalarından olan Şeyx Müsləhəddin Sədi (Sədi Şirazi) (1184- 1291) demişdir:
- Padşahın bağışladığı paltar nə qədər gözəl olsa da, kişinin bez parçadan tikilmiş öz paltarından yaxşı ola bilməz!

Nə qədər dil açıb dinməmiş insan,
Hünəri və eybi qalacaq nihan. (gizli)
Gördüyün qaraltı sanmaki daşdır,
Bəlkə qarşındakı yatmış aslandır. “Gülüstan” əsərindən.
(son iki misranın əslindən tərcümədə iki izahı var)

Orta Asiya hökmdarı Teymurləng (1336- 1405) bir gün öz nədimi ilə hamamda çimərkən “bu duruşda mənim vücudum neçəyə dəyər? ”, soruşmuşdur. Nədimı:
- Yüz dinara!- demiş
- Yüz dinar yalnız belimdəki fitənin qiymətidir elə,- Teymurləng etiraz etdikdə, nədim:
- Mən də elə fitəni nəzərdə tuturam,- demişdir.

Teymur İranın məşhur şairi şirazlı Hafizin şeirlərini oxuduqdan sonra onu yanına çağırıb demiş:
- Bu qədər səxavət səndə hardandır ki, mənim qızğın müharibələrlə aldığım Səmərqənd və Buxara kimi şəhərləri bir gözəlin qara xalına bağışlayırsan!...

Teymurləng çox eybəcər olduğu üçün heç güzgüyə baxmazmış. Bir dəfə təsadüfən gözü güzgüdə özünə sataşır və çox pərt halda nədiminə:
- Allah bu qədər dövlət, hökmranlıq, şöhrət vermiş mənə ancaq bir gözəlliyi əsirgəmişdir. İnsan baxanda nifrət edir,- demişdir. Nədimi:
- Bir dəfə baxanda pərişan olursuz, mən isə hər gün baxmaq məcburiyyətindəyəm,- demiş.

Böyük italyan alimi, astronom Qalileo Qaliley (1564- 1642) Yerin kürə formasında olduğunu və daim fırlandığını sübut etməyə çalışdığı üçün din xadimləri tərəfindən məhkəməyə cəlb olunmuş və öz əqidəsindən dönməsi üçün tövbə etdirilmişdi. Lakin o, məhkəmə zalından çıxarkən demişdir:
- Hər halda o fırlanır!

İngilis satirik yazıçısı Conatan Svift (1667- 1745) şəhərdə gəzərkən qarşısına bir nəfər çıxmış və:
- Mən yoldan çəkilib hər bir axmağın qabaqca keçməsinə yol verə bilmərəm!- dedikdə, yazıçı yoldan çəkilərək:
- Mən isə böyük məmnuniyyətlə verərəm!- demişdir.

XVIII əsr fransa burjua maarifçisi, yazıçı Volter (1694- 1778) görüşünə gələnlərin əlindən bezmiş demişdir: “ İlahi, sən məni dostlarımdan xilas et, düşmənlərimlə özüm də bacararam!”

Bir qış günü Volter bir şairin evinə gedir. Şair onu soyuq otaqda qarşılayır və özünün uzun- uzadı şeirlərini oxumağa başlayır. Nəhayət:
- Necədir, Şerlərim xoşunuza gəldimi?- soruşduqda Volter deyir:
- Əzizim, əgər sizin şeirlərinizdə daha çox hərarət, ya da ocağınızda sizin şeirləriniz olsaydı biz hər ikimiz qızınardıq!

Bir gənc tələbə öz mənasız sualları ilə Volteri bezdirib təngə gətirdiyindən yazıçı harada həmin tələbəyə rast gələrdisə:
- Salam! Sizin soruşacağınız məsələni mən bilmirəm!- deyib ötərmiş.

İran hakimi Kərim xan Zəndə (?-1779) bir tərlan quşu bağışlamışlar. O, bu quşun nə üçün olduğunu soruşduqda, göyərçin və kəklik ovlamaq üçün demişlər. Kərim xan yenə soruşmuş:
- Bəs özü nə yeyir?
- Gündə bir quş.
- Onda buraxın getsin, özü tutsun, özü də yesin!- demiş.

İranın Qacarlar sülaləsindən olan Ağa Məhəmməd şah Qacar (?-1797) Azərbaycana hücumu zamanı bir kəndə yaxınlaşır və öz elçisini göndərir ki, qocalar, uşaqlar və qadınlar deyərli nələri var götürüb kəndi tərk etsinlər. Elçi xəbər verib qayıdır, səhəri gün Qacar qoşunu ilə kəndə daxil olanda bir qocadan başqa kənddə heç kimi tapmır. Qacar:
- Kəndin kişiləri hanı? – deyir.
- Siz qadınlar dəyərli nələri var götürüb çıxsınlar demişsiniz, bizim qadınlar üçün də atadan, qardaşdan, ər və oğuldan başqa dəyərli heç nə yoxdu.

Fransanın məşhur diplomatlarından olan Taleyrana (1754- 1838) bir dəfə xəbər verirlər ki, Napaleonun (1769- 1821) oğlu artıq özü yeriyir, hətta qaçmaq da bacarır. Bu hadisə Napaleonun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812- ci ilin sonlarına təsadüf edibmiş. Taleyran xəbəri eşidib demişdir:
- Çox qəribə hadisədir ki, ata ilə oğul bir zamanda qaçmaq öyrənirlər.

Bir ingilis Ağ Evə gələrək ABŞ prezidenti Avraam Linkolnun (1809- 1865) öz çəkmələrini təmizlədiyini görüncə, təəccüblə soruşur:
- Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?
- Əlbəttə... yoxsa siz başqalarının çəkməsini təmizləyirsiniz?- deyə ağıllı cavab verir.

İnqilabçı demokrat Gertsen əlində dvoryan nəsillərinin familiyası və gerbləri olan kitab vərəqləyirmiş. Dostları ondan əlindəkinin nə kitabı olduğunu səruşduqda Gertsen:
- Zoologiya!- deyə cavab verir.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov (1812- 1878) bir gün evə çox gec gəlir. Həyat yoldaşı səbəbini soruşduqda Axundov ərəb əlifbasında nöqtələrin çox olmasına və onların qoyulmasına çox vaxt sərf olunduğuna işarə etmək üçün:
- Pəncşənbənin nöqtələrini qoymağa başım qarışıb vaxtı unutmuşam, - deyir.

Fransa yazıçısı Aleksandr Düma (1803- 1870) yeni romanını yazıb qurtarmağa tələsdiyi zaman onun görüşünə gələnlər vaxtını alır, əsəri bitirməyə mane olurdular. Yazıçı bir elan yazıb qapıya vurur:
- “ Mənim yanıma gələnlər haqqımda böyük hörmət göstərirlər. Gəlməyənlər isə mənə son dərəcə böyük ləzzət verirlər.”

İngilis şairi, dramaturqu və yazıçısı Bernard Şouya (1856- 1950) əyan ailəsinə mənsub çox gözəl bir qadın belə bir məktub göndərir: “ Biz evlənəriksə bizdən olan uşaq gözəllikdə mənə, ağılda da sizə oxşamaqla dünyanın ən məşhur insanı ola bilər.”
Şou isə cavabında yazır: “Çox təəssüf ki, arzunuzu yerinə yetirə bilməyəcəyəm. Qorxuram ki, həsrətini çəkdiyiniz uşaq ağılda sizə, gözəllikdə mənə oxşaya!”


Geri dön

Lindo

  • 8 iyun 2011 13:29
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
əladılar tşk

_RONALDO_

  • 25 may 2011 12:35
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Qədim yunan filosofu sinoplu Diogen (e.ə. 404- 323) günortaçağı əlində çıraq küçə ilə gedərkən, onu görənlər təəccüblə:

--------------------

nilayka

  • 21 may 2011 16:05
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox maraqli idi ya twkler

--------------------

moda_baz

  • 21 may 2011 16:00
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
tewekur....

NELLY19

  • 21 may 2011 15:02
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..........

★Adriana★

  • 21 may 2011 14:40
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

AliNikA

  • 21 may 2011 10:04
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
))))))))))))

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

qaraqan_girl

  • 21 may 2011 00:09
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
Sitat: Grace_Angel
Tewekkur edirem..


YazYamuru

  • 21 may 2011 00:04
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeee yax$i edibler wink

--------------------



wersace

  • 20 may 2011 23:58
  • Məqalə: 1
  • Şərh: 107
  • Bal:
{awards}
tesekkur..

Grace_Angel

  • 20 may 2011 23:56
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem...cox maraqli xeber ucun...oxudum hamisinin cavabi cox maraqli ve gozel idi...minnetdaram!!! smile

--------------------

_DENIZKA_

  • 20 may 2011 23:18
  • Məqalə: 25
  • Şərh: 241
  • Bal:
{awards}
Twk love

_Lucia_17

  • 20 may 2011 23:13
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
OXUDUM COX MARAQLİ XEBERDİ ELLERİNE SAGLİQ

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

lider

  • 20 may 2011 23:12
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKUR wink

Bu Menem

  • 20 may 2011 23:10
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

barbie doll

  • 20 may 2011 23:09
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
tesekkurler .....

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 59
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}