Hər sevgi öz tarixini yazar

 
Hər sevgi öz tarixini yazar

Çox çirkin qadınların yanında yaraşıqlı adamlar, çox gözəl qadınların yanında çirkin adamlar. Qıraqdan baxınca kimsə məna verə bilməz bu cütlüyə. Niyə birlikdədirlər? Münasibətlərin, sevginin by tərz qaydaları yoxdur. Kim kiminlə niyə birlikdədir məlum deyil. Çirkin və zəngin bir adamın qolunda görülən gözəl qadına yapışdırarlar etiketi:"pulu üçündür". Haradan bilirsən desən, "məlumdur, canım, bu qadın bu adamda nə görüb ki o zaman?" cavabını alarsan. Necə mühakimə etməyə, tənqid etməyə hazır bir cəmiyyətik, üstəlik özümüzə baxmadan.Ataol Behramoğlunun şeiri kimidir həyata baxışım, yaşadıqlarımdan öyrəndiyim bir şey var. Böyük danışmayacaqsan, dərhal etiketləməyəcəksən, asan mühakimə etməyəcəksən. Bunları etməyəcəksən, üstəlik də anlamağa çalışacaqsan.Peşə üstünlüyü, həyatın gətirdikləri, geniş ətrafım, təcrübələrim və daha bir çox faktordan ötəri, çox şey gördüm. Bu gördüklərim mənə bunu qətiliklə isbat etmişdir ki, hər eşq öz tarixini yazar.

Nə vaxt bəziləri şiddətlə başqalarını tənqid etsə, bir gün gəlir, eynisini yaşayarlar. Evli bir adamla birlikdə olduğu üçün, qonşu qızını ən alçaldıcı sözlərlə tənqid edən qadının, illər sonra öz qızı böyüdüyündə ilk olaraq evli bir adama aşiq olduğunu gördüm. Ən yaxın dostunu sevgi münasibəti üçün tənqid etdikdən sonra, özü eyni səhvə yol verənləri gördüm. Elə çox nümunə göstərə bilərəm ki, siz belə inana bilməzsiniz. Ona görə də təhqir dərəcəsində tənqid etməyi kənara qoymaq lazımdır. Qəbul etmək məcburiyyətində deyil kimsə, amma anlamaq məcburiyyətindədir. Həyat çox vaxt uşaqkən aldığımız yaraların əsəridir. Şüuraltımızda nə fırtınalar vardır, özümüz belə bilmirik. Niyə elə davrandığınızı bilmədiyiniz bir an olmadımı heç? Hələ sevgi deyilən bu qəribə hiss dünyası, az qala tamamilə şüuraltıyla koordinasiya çalışır. Davamlı dava edərək bir-birlərini əldən salan cütlərin çox vaxt niyə ayrılmadıqlarını bilə bilməzsiniz. O əlaqənin tərzi davadırr. Aralarındakı dil budur. Ola bilər.

Təsdiq etmək məcburiyyətində deyilsiniz amma canınızın istədiyi kimi yerdən yerə də vura bilməzsiniz. Empati. Kilid söz bu. Anlamağa çalışın ya da maraqlanmayın, sizə nə?Münasibətlərin fərqli səbəbləri vardır. Hansı gün sizin başınıza, sevdiyinizin başına nə gələcəyini bilə bilməzsiniz. "Həyatda etmərəmm, əsla olmaz" cümlələrini lüğətinizdən qaldırın, kainat əvvəl bu cümlələri əllərində şüar edənlərin həyatına dərslər verir. Kimə düşmüş, iki insanın arasındakı münasibət? Mühakimə etməyin!Hər sevgi öz içində bir formaya malikdir. Kim kiminlə əslində niyə birlikdədir, bilə bilməzsiniz. Çox vaxt ağlayaraq gələn dostunuza "ayrıl, bitsin" deyirsiniz, o sizdən aldığı enerji sayəsində böyük cürətlə evinə gedər, siz ayrılıq xəbəri gözləyərkən, onlar qucaqlaşar, gəzməyə, yeməyə çıxarlar. Bu vəziyyətdə hirslənməyin. Qapı bağlanınca içəridə gerçəkdə nə olduğunu bilən yalnız o iki adamdır. Üçüncüyə nə yemək düşər hər kəs bilir! Münasibətləri problemli insanlara ediləcək ən böyük kömək, dinləməkdir. Davamlı ağıl verməyin.

Onsuz da bu ağıl vermə uzun müddət davam edərsə o şəxsi də bir az zaman sonra itirərsiniz. Yalnız dinləyin və anlamağa çalışın. Kimsə səhvsiz deyil. Kimsə, yaşadığı münasibətin içindəykən, çöldən görüldüyü kimi görə bilməz hadisələri. "Eşqin gözü kordur" deyə boşuna deməmişlər. Həyatda hər şey insanlar üçündür və artıq bu dünyada sanıram heç bir şey məni çaşdırmaz. Məncə hər şey mümkündür. Hər səbəbdən insanlar birlikdə olar və ayrılarlar. Hamısı təbii və İNSANA aiddir. Etdiyimiz, yaşadığımız bütün hadisələrin, o an anlaya bilməsək də, bir səbəbi vardır. Yaxşısı və pisi ilə bütün həyat bizimdir. Həyat bir zəncirin halqalarından meydana gələr, hansı halqa sizi hara çatdırmaq üçündür, bunu ancaq zaman keçdikdən sonra anlarsınız.Sözün qisası, hər eşq öz tarixini yazar. Başınıza gəlməsini istəmirsinizsə, mühakimə etməyin. Bir çox münasibətlərin səbəbləri, uşaqlığa qədər uzanan kiçik xatirələrdə yatar. Və hər münasibət öz xüsusiyyətiylə gizlidir, çünki ürək ağılın anlaya bilmədiklərini yaşar.
Candan Ünal


Geri dön

R_O_M_E_O

  • 22 may 2011 02:48
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
PIS DEYIL.......

V_I_P

  • 21 may 2011 18:33
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
sevgi deyilen bir wey yoxdur. yalan deyirler inanmayin. love

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Poppy

  • 21 may 2011 18:17
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
Sitat: moda_baz
tewekurler......


--------------------

E_M_O

  • 21 may 2011 18:08
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWK EDIREM

lider

  • 21 may 2011 17:29
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

milaya92

  • 21 may 2011 17:00
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
tarix?menlik deyil

R.M_FaNaTka

  • 21 may 2011 16:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmmm..............maraqli xebere gore twk

--------------------

jalicka

  • 21 may 2011 16:08
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
MARAQLI XEBERE GORE TESEKKURLER

moda_baz

  • 21 may 2011 15:43
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
tewekurler......

wersace

  • 21 may 2011 15:23
  • Məqalə: 1
  • Şərh: 107
  • Bal:
{awards}
elaaaaaaa.......

NELLY19

  • 21 may 2011 14:50
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..........

★Adriana★

  • 21 may 2011 14:33
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

nilayka

  • 21 may 2011 13:57
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidi twkler

--------------------

_Lucia_17

  • 21 may 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
oxudum maraqli yaziya gore coxsagol

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

TARZAN_86

  • 21 may 2011 13:21
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
9MART 2011

TWK

--------------------
1 gün gelip "ben mi dünya mı" die soracaksın Ben dünya diyeceğim we sen çekip gideceksn ama blmeyeceksin ki benim dünyam sensin

Musique Sage

  • 21 may 2011 11:03
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkurler

sevgi_ezabım

  • 21 may 2011 10:51
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
Təşəkkürlər maraqlıdı

Bu Menem

  • 21 may 2011 10:40
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws maraqlidir winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}