Hikmət sahiblərinin arzu haqqında söylədikləri

 
Hikmət sahiblərinin arzu haqqında söylədikləri

Allahın Peyğəmbəri(s):«Mənim ümmətim üçün arzu rəhmətdir.
Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»
İmam Əli (ə):«Arzu həmdəm dostdur.»
Tənbihul-xəvatir:«İsa (ə) oturmuşdu və bir qoca kişi bel ilə yeri şumlayırdı.
İsa (ə) dedi:«İlahi, (ümid və) arzunu ondan al. Elə həmin an o qoca beli kənara atdı və uzandı.
Bir saat keçəndən sonra İsa dedi:« İlahi, arzunu ona qaytar. Qoca dərhal ayağa qalxdı və işləməyə başladı.»

Arzuların sonu yoxdur.
Allahın Peyğəmbəri(s):«Sabah sağ qalmasını arzulayan kəs, əbədi yaşamağı arzulayır.»
İmam Əli (ə):«Arzunun sonu yoxdur.»
İmam Əli (ə):«Arzular bitib-tükənməzdir.»

Puç və batil arzulardan çəkindirmələr.
Qur’an:
«Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, tezliklə biləcəklər.»
Hədis:
İmam Əli (ə):«Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda
olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibtə edir, lakin axırında onun halına ağlayırlar.»
İmam Əli (ə):«Arzu ilğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir.»
İmam Əli (ə):«Arzular bəsirətin gözlərini kor edir.»
İmam Əli (ə):«Arzu şeytanın qafillərin qəlblərinə hakim olma amilidir.»
İmam Əli (ə):«Arzunun nəticəsi işin puç olmasıdır.»
İmam Əli (ə):«Arzı qəlbi unutqanlığa çəkir, yalan vəd verir,
çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir.»
İmam Əli (ə):«Arzu ağlı aradan götürür, yalan vəd verir, qafilliyə həvəsləndirir,
əfsus və həsrətlə nəticələnir. Odur ki, arzunu yalan hesab edin.
Çünki o aldadandır və arzusu olan şəxs isə aldanmış və günahkar!»
İmam Sadiq (ə):«Nə çox nemət ki, Allah onu bəndəyə arzulamadan verib.
Nə çoxdur o kəslər ki, bir şeyin arzusunda olublar, amma onlar üçün başqa şey seçilib.»

Arzu və əcəl.
Tənbihul-xəvatir:«Nəql edilib ki, Allahın Peyğəmbəri(s) üç dənə çubuq götürdü və onların birini
öz qarşısında yerə batırdı, digərini öz kənarında, üçüncüsünü isə uzaqda basdırdı və sonra
buyurdu:«Bilirsiniz bunlar nədir?» Dedilər:«Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.»
Buyurdu:«Bu insandır, bu əcəl və o birisi isə arzudur.
Adəm övladı onun arxasınca gedir, amma əcəl gəlib çatır və o, arzusuna çatmır.»
İmam Əli (ə):«Əgər insan əcəli və onun insana tərəf tələsməsini görsə, arzuya nifrət edər.»
İmam Əli (ə):«Arzu əcəli (insanın) yad(ın)dan çıxarar.»
İmam Əli (ə):« (İnsana) ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur.»
İmam Əli (ə):«İnsanın əcəli çatmayınca onun nəfsi arzusuz olmaz.»
İmam Əli (ə):«Bilin! Siz, arxasında əcəl olan arzunun mühasirəsindəsiniz.
Buna görə də kim əcəli çatmamış arzu günündə iş görsə işi ona xeyir verər və əcəli ona ziyan vurmaz.»
İmam Kazim (ə):«Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.»

Uzun arzunun nəticələri
İmam Əli (ə):«Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar.»
İmam Əli (ə):«Uzun arzu axirəti insanın yadından çıxarır.»

Qısa arzu.
Allahın Peyğəmbəri(s) İbn Məsuda buyurdu:«Arzunu qısa et və səhər açılanda de:«Mən axşama çıxmayacağam və axşam düşəndə de:«Səhərə kimi sağ qalmayacağam. Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev.»
İmam Əli (ə):«Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir.»
İmam Baqir (ə):«Arzunu qısaltmaqla dünyadan ( axirət üçün) azuqə götür.»

Allahdan başqasına ümid bağlamaq olmaz
«Allahın Peyğəmbəri(s):«Allah-taala: «Şübhəsiz Məndən başqasına ümid bağlamış hər bir möminin ümidini onu məyus etməklə qıraram.»
İmam Əli (ə):«Kim insana ümid bağlasa ona tə’zim edib və onu böyük bilib


Geri dön

Inciciceyi

  • 24 may 2011 12:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

★Adriana★

  • 23 may 2011 10:45
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER BACIM COX SAGOL

--------------------

Su Perisi

  • 22 may 2011 20:05
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
xeber ucun tesekkurler

--------------------

jalicka

  • 21 may 2011 21:16
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
sagolun tesekkurler

E_M_O

  • 21 may 2011 20:17
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWK EDIREM

Bu Menem

  • 21 may 2011 20:01
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

YazYamuru

  • 21 may 2011 20:01
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
eeeehhh arzulaaaaarrr xeyallaaaaaarr love

--------------------



NELLY19

  • 21 may 2011 19:57
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}