

Aldın əlinə sən sadə qələmi
Yazdın mənə ayrılıq nəğməsini
Dedin ki daha sevmirəm səni
Ağlama sevdalı yarım ağlama

Neçə illər idi sevirdik bir-birimizi
Bəs nə tez unutdun məhəbbətimizi
Deyirdin sevirəm heç unutmaram səni
Ağlama sevdalı yarım ağlama

Gülərdin bir zaman üzümə
İncə əllərini çəkərdin gözümə
Aldandın sən vara dövlətə
Ağlama sevdalı yarım ağlama

Biz ki xoşbəxt olacaydıq
Bu həyatda heç ayrılmayacaydıq
Heyif ki arzumuz xəyallarda qaldı
Ağlama sevdalı yarım ağlama

Olanlara inana bilmirəm
Səni mən heç unuda bilmirəm
Bu dərdlərə dözə bilmirəm
Ağlama sevdalı yarım ağlama

Artıq dərilmiş gülsən
Məndən ayrı düşmüsən
Nə edim ki məni atıb getmisən
Ağlama sevdalı yarım ağlama

O baxışınla qəlbimi dağlama
Bu ayrılıqdan sən heç ağlama
Xoşbəxt ol sevgilim sən ağlama
Ağlama sevdalı yarım ağlama

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























