Ki sözləşmişdik biz

 
Ki sözləşmişdik biz

Ki sözləşmişdik biz


Sözləşmişdik biz... hər yalnız qaldıqda əlini ürəyin üzərinə qoyacaqsan və yanında məni duyacaqsan. Bu gün mən də bunu etdim. Və anladım... sənə qədər kim idim, səndən sonra kim oldum.
Səndən uzaqda olmağım, yoxluğun, sənə və səsinə həsrət qaldığım gecələr... çox şeyin fərqinə vardım. Hər bir şeyə tam fərqli bir yöndə baxdım və tam başqa anladım.

Sevginin böyük, ali bir hiss olduğunu öyrəndim. Bəzən adi halda qazana bilinməyəcək dəyərləri sevgi gücünə qazanmağı öyrəndim. Səbr etməyi öyrəndim. Güclü olduğumu öyrəndim. "Çox acizəm, bacarmıram, məni qoyub getmə, özünlə götür" deyərkən sənə sarılıb buraxa bilməkmiş güclü olmaq. Bunu son dəfə əllərindən tutarkən əlini buraxdıqda anlamamışdım.

Səhv etməmək deyilmiş cəsarət, səhvi etdikdən sonra etiraf etməyi, dürüst olmağı bacarmaqmış cəsarət. Bunu sənə etiraflar edərkən anladım. Darıxmaq, tənhalıq otaqda tək qaldıqda heç duyulmur... bunu ətrafımda bütün sevdiklərim olarkən sənə ehtiyac duyduğumda anladım.
Tək gecədə deyilmiş qaranlıq... bunu gündüzlər ətrafımdakı hər zaman heyranlıqla baxdığım gözəllikləri mənasız görərkən anladım.

Düşünürdüm xəyanəti, yalanı bağışlamaram. Lakin səndən sonra sənin hər bir səhvini bağışlaya biləcəyimi qəbul etdim. Bunu yoxluğunla danışa biləcəyin bir yalanı müqayisə edərkən anladım. Tam yoxluğun fərqində belə olmadığım yalandan, xəyanətdən daha çox incidər məni.

Ki, sözləşmişdik biz... ürəyimiz hər zaman birlikdə döyünəcək. Bax, mən sözümün üstündəyəm amma hələ ki, sənsizəm. Lakin əlim ürəyimin üzərindədir... sən ordasan. Dəyərlim, heç oranı tərk etmə. Sənsizliyə dayana bilməyəcəyimi anladım... sənsizliklə heçlik arasında fərqliliyin olmadığını anladım.

Ki sözləşmişdik biz


Geri dön

★Adriana★

  • 23 may 2011 10:51
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
TESEKKURLER

--------------------

Men Sen O

  • 22 may 2011 12:18
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Ki sozlewmiwdik Biz...

winked

Bu Menem

  • 21 may 2011 20:18
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

Lindo

  • 21 may 2011 19:02
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər amma oxumadım

NELLY19

  • 21 may 2011 18:59
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk...............

jalicka

  • 21 may 2011 18:59
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}