Harri Kasparov: “Mən həmişə zorakılığın əleyhinə olmuşam”

 
Harri Kasparov: “Mən həmişə zorakılığın əleyhinə olmuşam”

Dünyanın şahmat üzrə sayca 13-cü dünya çempionu, keçmiş bakılı Harri Kasparov “Turan”
agentliyinə müsahibə verib. Müsahibəni Ermənistanın "Armenia Today "
saytı da yayıb. Məqalənin ən maraqlı hissələri ilə sizi tanış edirik.

Harri Kasparov: Mən mən zorakılığın əleyhinəyəm, həmişə də əleyhinə olmuşam.
Mən elə əvvəldən Qarabağ hərəkatının əleyhinə olmuşam.
Mən inteqrasiya, məsələlərin dinc yolla, qarşılıqlı maraqlar naminə həllinin tərəfdarıyam.
Ona görə də bu problemin hərbi yolla həllinin əleyhinəyəm və əgər müharibə başlayarsa,
mən buna qarşı olacam. Kifayət qədər qan tökülüb. Ancaq demək istəmirəm ki, mənim həll
variantım və ya bununla bağlı reseptim var. Sadəcə, bu cür ciddi münaqişələrin həlli tez və
asan olmur. Yəqin ki, müəyyən vaxt keçməlidir və yeni nəsil yetişməlidir.
Hər iki tərəfin adamları razılaşmalıdır ki, 1988-1994-cü illərin hadisələri tarixdə qaldı.

- Düşünürsünüz ki, Azərbaycan bununla barışmalı və
işğal olunmuş ərazilərlə yaşamaqda davam etməlidir ya da Qarabağı tanımalıdır?

- Yox, düşünürəm ki, indiki vəziyyətdə qarşılıqlı məqbul həllin tapılması çətinləşib və
vəziyyət dəyişməlidir, dünyada və regionda nəsə baş verməlidir ki, məsələnin həlli mümkün olsun.
Xatırlatmaq istəyirəm ki, mən Qarabağ hərəkatından və münaqişənin özündən danışmışam.
Hər şeyin başladığı zamanda, 80-cı illərin sonlarında mənim bu mövzuda çıxışlarıma baxın.
1990-cı ilin yanvarından sonra məlum hadisələrlə əlaqədar getməyə məcbur oldum.
Bakıya qoşun yeridildi. Mən qoşun yeridilməsinə haqq qazandırmadım, onu pislədim.
Unutmayaq ki, imperiya dağılıb və mərkəz bütün bunlardan, həmçinin Abxaziya və Osetiya,
Dnestryanı münaqişələrdən istifadə edib ki, SSRİ-nin dağılmasıma yol verməsin.

- 20 il keçib, amma tərəflərin mövqeləri dəyişməyib. Niyə elə düşünürsünüz ki, gələcəkdə ermənilər
Qarabağdan könüllü imtina edə bilər və ya Azərbaycan onu verməyə razı olacaq?

- Mən əvvələ qayıdaraq demək istəyirəm ki, dünya dəyişir və dünən açılması mümkün olmayan
geosiyasi düyünlər bu gün gerçək olur. Bu istiqamətdə axtarmaq və işləmək lazımdır,
çıxış yolunu məhz orada axtarmaq lazımdır. Mən ona görə müharibənin əleyhinəyəm ki,
digərlərindən fərqli olaraq müharibənin öz məntiqi var. İndiki halda lokal və məhdud müharibənin
olacağına inanmıram. Elə olmayacaq ki, ərazilər azad edilsin və ermənilərə
muxtariyyət verilsin. Müharibə sıfır variantına kimi aparılacaq və orada heç bir
muxtariyyət olmayacaq. Elə şeylər var ki, onların hərbi hərəkətlərlə öhdəsindən
gəlmək mümkün deyil, tökülən qan yalnız problemin həllindən uzaqlaşdırır.


Geri dön

★Adriana★

  • 23 may 2011 10:48
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
TESEKKURLER

--------------------

tekna_297

  • 21 may 2011 20:21
  • Məqalə: 37
  • Şərh: 527
  • Bal:
{awards}
lap yaxsi...........

--------------------
emo

Bu Menem

  • 21 may 2011 19:31
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

jalicka

  • 21 may 2011 19:21
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
lap yaxsi...........

NELLY19

  • 21 may 2011 19:16
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}