Tarkanin yeni fealiyyeti...

 
Tarkanin yeni fealiyyeti...

Tarkanın Azərbaycan mahnısı ifa edəcəyi barədə məlumat vermişdik. Milli.Az xəbər portalının məlumatına görə, sözləri Baba Vəziroğlunun, musiqisi Kamal müəllimin olan «Səndən nigaranam» mahnısı artıq türkiyəli sənətçinin ifasında lentə alınıb. B.Vəziroğlunun bildirdiyinə görə, mahnı Tarkanın Avropada buraxılan diskinə daxil edilib. Albomun satışı bir çox ölkələrdə nəzərdə tutulduğundan, mahnı artıq türkiyəli sənətçinin ifasında dinlənilir. Amma hələlik albom Bakıya gəlib çıxmayıb. Müəllifin sözlərinə görə, Tarkan mahnını albom yox, hələlik ayrıca şəkildə Azərbaycana göndərib. Hazırda müəlliflərin tanış olduğun «Səndən nigaranam»ın yeni variantı tezliklə böyük kütlə üçün də təqdim ediləcək.

«Mahnı üç bənddən ibarətdir və burada iki bənd türk, sonuncu bənd isə olduğu kimi Azərbaycan dilindədir. İlk iki bəndin türkiyəlilər tərəfindən qavranılması üçün sözlərində bir qədər dəyişiklik etmişəm. Səlcuk Çoban adlı söz müəllifinin isə bir-iki müdaxiləsi nəticəsində mahnıda türk ifadələri yerini alıb. Sonuncu bəndi isə olduğu kimi saxlamaq qərarına gəldik» - deyən Baba Vəziroğlu Tarkanın Bakıya səfərinin olacağını da istisna etmədi. Bildirdi ki, bu istiqamətdə layihənin koordinatoru Nahid Emiloğlu danışıqlar aparır.

Xatırladaq ki, «Səndən nigaranam» mahnısını xalq artisti Aygün Kazımova, əməkdar artist Aygün Bəylər, özbəkistanlı müğənni Nəsibə Abdullayeva və başqaları oxuyublar. Mahnı eyni zamanda Orta və Kiçik Asiya ölkələrində məşhurdur.


Geri dön

nilayka

  • 1 may 2011 11:59
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
ugurlar Tarkana:))xebre gore tesekkur

--------------------

MiKoLaDka

  • 15 avqust 2010 15:44
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
xowum gelmir bundan

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

Ulya

  • 13 avqust 2010 21:19
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
ugurlar Tarkana:))xebre gore tesekkur

Miss_LeGenDa

  • 13 avqust 2010 02:44
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Aha,bilirem,inshAllah gozleyirem bu mahnini...
Teshekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}