Özünü itirmək

 
Özünü itirmək

Özünü itirmək

Qəlb kəlməsi Peyğəmbərimizin (s.a.v.) bir hədisində də deyildiyi kimi,"inqilab edən" "davamlı dəyişən" "bir qərarda dayanmayan" mənasına gəlir.
O daima hərəkətdə olan bir uşaq kimidir, yerində dayana bilməz. Nəyi görsə ona meyl edər. Bəzən arı olar, bal düzəltmək üçün çiçəkdən çiçəyə qonar. Bəzən ağcaqanad olar, başqalarının istehsal etdiyi bala qonar.
Qəlb var, imana saray olar.
Qəlb var, imana zindan olar.
Qəlb var, güldana bənzəyər. İçində gül yetişdirildiyi üçün gül iyi verər.
Qəlb var, irin çuxuruna bənzəyər. İçi zibilliyə döndüyü üçün zibil iyi verər.
Qəlb bədən ölkəsinin paytaxtıdır. Dil dodaq, göz, qulaq, əl, ayaq hər zaman oradan idarə olunar. Bütün orqanlar bu paytaxtın əyalətləridir. Əmr verən qəlbdir. Orada iman iqtidardadırsa orqanlar üzərində imanın sözü keçər. Şeytan iqtidardadırsa orqanlar üzərində şeytanın sözü keçər.
Sevigili Nəbi, davamlı olaraq muxatablarının diqqətini qəlbə yönəldər. Özü də daima qəlbinə diqqət yetirər. Buna görə də: "Qəlbimdə yüngül bir oynama hiss etdiyimdə həmin gün yüz dəfə Rəbbimdən üzr istəyərəm" demişdi.
Onun ən çox istifadə etdiyi dualarından biri:
"Ey qəlbləri çək-çevir edən ALLAHım! Qəlbimi dinin üzərinə sabit qıl!" duasıdır.
Müşriklərin işgəncə altında bütlərini tərifləməyə məcbur etdikləri Ammar, sonunda dözə bilməyərək onların istədiklərini söyləmiş, buna görə də qəlbi dərdli, gözü yaşlı bir şəkildə RəsulALLAHın (s.a.v.) yanına gəlmişdi. Tamamən ümidsiz idi. Etdiyinin düzəldilməsi qeyri-mümkün olan bir xəta olduğunu düşünür, kaş ki, “ölsəydim” deyir, bundan başqa bir söz söyləmirdi.
Hz. Peyğəmbər (s.a.v.), "Qəlbin necə idi?" deyə soruşdu. "İmanla dopdolu" cavabını alınca, "Yenə sənə işgəncə etsələr eyni taktikadan istifadə et" buyuraraq təsəlli etdi.
Çünkü belə bir qəlb Qurana görə "qan nasoslayan" ürəkdən tamamən fərqlənir. Quran belə buyurur: "Bu [vəhydə] bir qəlbə sahib olanlar üçün nəsihət var." [50.37]
Hər kəsin bir qəlbi yoxdurmu?
Var amma, Quran köksündə "qan nasosu" daşıyan hər kəsi "qəlb sahibi" saymır. Ondan heyvanlarda da var. Üstəlik həcmcə daha da böyük. Daha çox qan nasoslaya bilirlər. Lakin Quran onları özünə muxatab qəbul etmir.
Quran "bir qəlbə sahib olan kimsə" deyərkən; axtaran, maraqlanan, soruşan, şübhə edən, iman edən, sevən, darıxan, sızlayan, inləyən, yanan aktiv bir qəlbi nəzərdə tutur. Belə olmayan ürəyi qəlbdən saymır. "Qəlbləri var, lakin onunla düşünməyi bacarmazlar" deyirdi. Yəni Quran qəlb deyərkən; "ağladan, düşünən, təfəkkür edən, təzəkkür edən, tədəbbür edən" bir ürəyi, daha doğrusu bir "daxili dünyanı" nəzərdə tuturdu.
Onun üçün də "Ağlını istifadə etməyənləri ALLAH pisliyə məhkum edər" deyir vəhy.
Daxili dünyasını vəhyə inşa edənlər, ALLAHın nuruyla baxarlar, o nurla görərlər, o nurla gedərlər, o nurla tutarlar.
Daxili dünyasını vəhyə inşa etməyənlərin, yəni qəlbinə sahib ola bilməyənlərin, müəyyən bir müddət sonra əllərinə, dillərinə, ayaqlarına, gözlərinə, qulaqlarına da sahib ola bilməyəcəkləri aşkardır. Ən sonunda özlərinə sahib ola bilməyəcəklər.
Özünə sahib ola bilməyənlər, özünü itirməyə məhkumdur.

Özünü itirmək


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Inciciceyi

  • 24 may 2011 10:28
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

★Adriana★

  • 23 may 2011 10:42
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

nilayka

  • 22 may 2011 12:12
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cooooooox maraqli idi bacis Allah razi olsun cox maraqla oxudum

--------------------

YazYamuru

  • 22 may 2011 02:06
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ÖZÜNE SAHiB OLMAYANLAR,ÖZÜNÜ iTiRMEYE MEHKUMDURLAR~~~~~
te$ekkürlet gözel yazi idi....
.

--------------------



wersace

  • 22 may 2011 00:49
  • Məqalə: 1
  • Şərh: 107
  • Bal:
{awards}
allah razi olsun gozel yazidi

_Lucia_17

  • 21 may 2011 22:37
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
ALLAH razi olsun gozel yaziya gore

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

Aleyra

  • 21 may 2011 22:02
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.Tewekkurler

jalicka

  • 21 may 2011 21:14
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
thank you........

barbie doll

  • 21 may 2011 21:09
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
tesekkurler

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

E_M_O

  • 21 may 2011 20:47
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
ILK SERH MENDEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}