Bakıda ingilis dilini bilən taksi sürücüləri fəaliyyət göstərəcək

 
Bakıda ingilis dilini bilən taksi sürücüləri fəaliyyət göstərəcək

Bakıda ingilis dilini bilən taksi sürücüləri fəaliyyət göstərəcək

Məlum olduğu kimi gələn il “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Bu isə o deməkdir ki, gələn il bu ərəfədə paytaxtımıza minlərlə turist gələcək. Təbii ki, qonaqları ən yaxşı şəkildə qarşılamaq və şəhərimizin gözəl yerləri ilə tanış etmək lazımdır. Burada ən böyük vəzifə isə taksi sürücülərimizin öhdəsinə düşür. Görəsən, sürücülər əcnəbi qonaqlarımızla dil tapa biləcəklərmi?

Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənovun verdiyi məlumata görə, hazırda Bakıda taksilərin yenilənməsi üçün yeni avtomobillərin gətirilməsi planlaşdırılıb. Ümumilikdə Londondan Bakıya 1000 ədəd “TX4” markalı yeni taksi modelləri gətiriləcək. Onlardan 100 ədədi may ayının sonuna, 900 ədədinin isə ilin sonuna qədər gətirilməsi nəzərdə tutulub.

N. Həsənovun sözlərinə görə, həmin taksi sürücülərinin müştəriləri ilə standartlara uyğun şəkildə rəftar etməsi üçün xüsusi kurslar keçiriləcək.

“Kursa sürücülərin maarifləndirilməsi, psixologiya, eyni zamanda ingilis dili dərsləri daxildir. İngilis dili deyəndə, sürücünün xarici dildə sərbəst danışması şərt deyil. Burada ona lazım olan söz və ifadələri başa düşmək, öz fikrini ifadə etmək kimi məsələlər dayanır”, - deyə Namiq Həsənov qeyd etdi.

Digər bir məsələ isə gətirilən yeni taksilərə taksometrin (sayğac) quraşdırılmasıdır. N. Həsənov gediş haqqının kilometrdən asılı olaraq hesablanacacağını bildirir. Gediş haqqının məbləği isə hələ ki, dəqiqləşməyib. Nazirlik rəsmisinin sözlərinə görə, yeni gətirilən taksilərin təqdimat mərasimi də keçiriləcək: “Tədbirdə bu və ya digər məlumatlar barədə ətraflı danışılacaq. Ola bilər ki, gedişhaqqı indikindən ucuz olsun. Amma əminliklə deyirəm ki, gedişhaqqı baha olmayacaq. Londonda taksilərdə gediş haqqı vaxta görə alınır. İndi bizdə vaxta görə problem yarana bilər. Çünki bizim yollarda tıxac problemi olur. Bəzi yerlərdə yanacağa, bəzi yerlərdə isə kilometrə görə gediş haqqı alınır. Düşünürəm ki, bizdə gediş haqqı kilometrə görə alınacaq”.

Nəqliyyat Nazirliyinin məlumatına görə, iyun ayından etibarən paytaxt küçələrində bənövşəyi rəngli yeni taksiləri və peşəkar kurs keçən sürücüləri görmək mümkün olacaq. Həmin taksilər 1949-cu ildən bəri İngiltərədə istehsal edilir. London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən şirkət “Bakı Taksi Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən 1000 “TX4” markalı avtomobil satacaq.

Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin xidmət rəisi Rauf Orucov isə ANS PRESS-ə bildirdi ki, hələ ki, yeni taksilərdə işləyəcək sürücülərin yığım prosesi gedir. Sürücülər psixi, narkoloji yoxlamalardan keçirilir. Gələcəkdə qeydiyyata düşən sürücülərə təlim keçiriləcək. Sürücülərə təlim keçiriləndən sonra isə 54 saatlıq dərs keçiriləcək və sonda imtahandan keçənlərə sürücülük sertifikatı veriləcək. Kurslar gələn həftədən “Tədris Kurs Təminatı” tədris müəssisəsində keçiriləcək. Sertifikat alan sürücülər artıq işə çıxmağa başlayacaq.

Gətiriləcək 1000 ədəd taksilərə təxminən 1200 nəfərə yaxın sürücü cəlb olunacaq. Sürücülər xüsusi "sürüşən" qrafikə uyğun olaraq çalışacaqlar.

Sürücülər işə götürüldükdən sonra əmək haqqı ilə işləyəcəklər. Onların əmək haqqlarının məbləği hələ dəqiqləşməyib.

Rauf Orucov bildirdi ki, yeni taksilərə sayğac qoyulacaq. Hər kilometrə görə isə 70 qəpik pul alınacaq. Onu da bildirək ki, taksilərin yük yeri avtomobilin qabaq hissəsindədir.

Taksi sifariş etmək həm adi qaydada yolda maşın saxlamaqla, həm də şəhər və bütün mobil operatorlarından edilən zəng vasitəsilə olacaq.

Qeyd edək ki, London Taksi Şirkətinin rəsmi saytında yerləşdirilən məlumata görə, “TX4” avtomobillərin mühərriyinin həcmi 2500 kub sm-dir. Mühərrik dizel yanacağı ilə işləyir. Dizelin hazırda 1 litrinin qiyməti 45 qəpikdir.

Nəqliyyat üzrə ekspert Fərhad Rahidoğlunun ANS PRESS-ə verdiyi məlumata görə, mühərrikinin həcmi 2500 kub santimetr olan avtomobil 100 km məsafə üçün maksimum 13 litr dizel yanacağı yandırır. Bu isə avtomobilin 1 km-də maksimum 0,3 litr dizel yanacağı sərf etməsi anlamına gəlir. Bu isə 1 km üçün sərf olunan dizel yanacağının təmiz dəyəri 0, 0045 manat (təxminən 5 qəpik) edir. Bunun üstünə də yəqin ki, sürücünün əmək haqqı, avtomobilin təmiri və digər xərclər gəlinir. Bu isə 1 km-in maya dəyərinin 20 qəpik baha olmamalıdır. 20 qəpiklə isə 70 qəpik arasında böyük bir uçurum var. Yəqin ki, bütün bunlar son qərar verilən zaman nəzərə alınacaq. Onu da bildirək ki, biz bütün xərcləri maksimum göstərici ilə hesablamışıq.

Nəqliyyat üzrə mütəxəssis Məzahir Rüstəmov isə hesab edir ki, paytaxta yeni taksilərin gətirilməsi çox da uğurlu plan deyil: “Bu taksilər nə sahibkarlara, nə də vətəndaşlara sərf edəcək. Çünki, taksilərə sayğac qoyulacaq. Bu zaman sürücü ilə sərnişin arasında sövdələşmə baş tutmayacaq. Elə ona görə də, yeni taksilərdən ancaq imkanlı şəxslər istifadə edə biləcək. Əgər Nəqliyyat Nazirliyi taksi xidmətini inhisarında saxlamasa, yəni, köhnə taksi xidmətləri də paralel olaraq işləsə, daha yaxşı olar. Kimin imkanı olsa, London taksisindən, imkanı olmayanlar köhnə taksilərdən istifadə edə bilər”.

Hazırda Bakıda taksilər üçün 40 dayanacaq hazırlanır. Artıq 30-a yaxın meydan hazır vəziyyətə gətirilib. Bunlardan bəziləri “Azneft”, Gənclik meydanı, A. Ş. adına Dövlət Kukla Teatrının yaxınlığında, C.Cabbarlı küçəsində və s. yerləşir.

Yeni taksilər 3 dəqiqə ərzində sifarişçinin xidmətində olacaq. Belə ki, taksi xidməti üçün təyin olunacaq nömrədən sifariş qəbul edən xidmətçilər sifarişçinin evinə ən yaxın yerdə olan taksi meydanından həmin ünvana çağırış göndərəcək. Beləliklə, taksi 3 dəqiqə sonra sifarişçinin xidmətində olacaq.


Geri dön

MiLeyla

  • 19 oktyabr 2011 20:16
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
maraqlidi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

_DENIZKA_

  • 25 may 2011 15:09
  • Məqalə: 25
  • Şərh: 241
  • Bal:
{awards}
Twkkkkkkkkkk

Inciciceyi

  • 24 may 2011 10:21
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sergio Ramos

  • 24 may 2011 09:04
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Məncə əla olardı...Turistlər baxımından da yaxşı olar...
Təşəkkürlər xəbərə görə

--------------------

★Adriana★

  • 23 may 2011 10:41
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

tunar_mamedov

  • 22 may 2011 01:34
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
ingilis dilin bilen taksi surecek...?! belke 1000. 1500azn pul istiyeki taksi sure. yoxsa qeyri mumkundu....

V_I_P

  • 22 may 2011 01:34
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
ehhhhh gorun neler olur dunyada. lol

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

ELIZA29

  • 22 may 2011 01:23
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
LAP INCIDIRLER BU TAKSI WOFERLERINI GUYA INGIIS AZERBAYCAN DILINI BELE OYRENIR??????????

wersace

  • 22 may 2011 00:38
  • Məqalə: 1
  • Şərh: 107
  • Bal:
{awards}
tesekkur .. ela olar mence

_Lucia_17

  • 21 may 2011 22:25
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
lap yaxsi inkisafa dogru

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

jalicka

  • 21 may 2011 22:21
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
lap yaxsi............

Bu Menem

  • 21 may 2011 22:20
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

::..ONSLAUGHT::..

  • 21 may 2011 21:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ONDA BAKIDA INNEN BELE TAKSICI ALMAYACAQ wink

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

E_M_O

  • 21 may 2011 21:23
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
ILK SERH MENDEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}