Məad - Axirət aləmi

 
Məad - Axirət aləmi

Yüzlərlə Quran ayəsi, minlərlə Peyğəmbərdən (s) nəql olunan hədislər və İmamlardan buyurulan xəbərlər tam açıq-aydın məad (ölümdən sonrakı həyat) məsələsini vurğulayır. Bu etiqada görə Allah-Təala bütün bəndələrini ölümdən sonra müəyyən bir gündə yenidən dirildərək onların əməllərinin hesabına yetişəcək: yaxşı əməl sahiblərinə əbədi nemətlər bağışlayacaq və pis əməl sahibləri isə öz rəftarının cəzasını əbədi əzab içində çəkəcəklər.
Allah-Təala Quranda buyurur ki, bütün keçmiş Peyğəmbərlər məad və oyanış gününü öz ümmətinə xatırlatmışlar.

Başqa İlahi dinlər kimi, İslam dini də Məadı (ölümdən sonrakı həyatı) öz dəlilləri ilə sübut edir.
Allaha pərəstiş edən bütün xalqların inanc dünyasında yenidən dirilmə məsələsi vardır. Bu inanca görə bəşər yaxşı işə dəvət edilir, pis işdən çəkindirilir.

Quranda məad (ölümdən sonrakı həyat) anlamı
Qurani-Kərim yüzlərlə ayələrdə məad barədə hər bir şəkk-şübhəni rədd edir. Bir çox məqamlarda bəşərin bəsirət gözünü açmaq və xilqətin yaranışından sonra bir daha oyanışını diqqətə çatdırmaqla Allahın mütləq qüdrət sahibi olduğunu camaata vurğulayır. Yəni belə bir yenilməz qüdrət yalnız Allaha xasdır, O hər şeyi bilən və hər şeyə qadirdir.
Qurani-Kərim Xaliqin (Allahın yaradan sifəti ) yenidən diriltmə qüdrətini belə bir məntiqlə bəyan edir:
- «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: çürümüş sümükləri kim dirildə bilər?-deyə, hələ Bizə bir məsəl çəkdi».
- «(Ya Peyğəmbər) De ki, «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
O, hər bir məxluqu (yaradılışdan əvvəl də, sonra da) çox gözəl tanıyandır!» (Yasin surəsi, ayə 77- 78).

Allahın qüdrətini təsəvvürdə sadə bəyanla canlandırmaq istəyən Quran diqqəti qışda öldükdən sonra yaz zamanı bir daha dirlən torpağa yönəldir və belə bir misal çəkir:
- «Onun qüdrət nişanələrindən biri də budur ki, sən Yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir!» (Fussilət: ayə 39).

Qurani-Kərim məntiq və dəlil ilə öz həqiqətlərini bəyan edir və ona görə insan şüurunu oyadaraq həmin həqiqəti anlamağa və etiraf etməyə yönəldir.
- «Biz Göyü və Yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!» (Sad surəsi; ayə 28).

Ayədən göründüyü kimi, Göylərdə və Yerdə heç nə bihudə yaranmayıb. Əgər insan elə-belə yaranıb, bir neçə gün dolanıb, yeyib-yatıb sonra da ölüb gedərsə və bütün bəşər həyatı bu sayaq təkrar olarsa, xilqət aləmi mənasız oyuncaq kimi təsəvvür edilər. Lakin hikmət sahibi olan Allah belə bir mənasız və boş xilqəti yaratmazdı. Məada (ölümdən sonrakı həyat) inanmayanlar xilqəti boş sayırlar. Belə olduqda mömin və yaxşı əməl sahibləri ilə fəsad törədənlər eyni ola bilərmi? Bu dünyada yaxşı və pis əməl sahibləri öz layiqli cavabını almağa fürsət tapmırsa, başqa bir dünya və fürsət olmadıqda hər kəs öz yaxşı və pis əməlinin əvəzini tam görə bilməz. Deməli, axirət yoxdursa, sanki yaxşı və pis əməl sahibləri Allah qarşısında bərabər kimi təsəvvür edilir ki, bu da mümkün deyil və İlahi ədalət prinsipinə ziddir.

Ölümdən Qiyamətədək
İslam baxımından insan bədən və ruhdan ibarət bir xilqətdir. İnsanın bədəni maddi tərkibdən ibarət olub qanunlara tabedir- yəni onun ölçüsü, tutumu və çəkisi vardır. Bəşərin həyatı isə zaman və məkan çərçivəsində cərəyan edir. Bədən təbii proseslərə, o sıradan istilik və soyuğun təsirinə məruz qalır. Bədən tədricən qocalır; bir gün Allahın əmri ilə yaranan insan bədəni bir gün də ölüb-məhv olur.
Lakin ruh maddi deyil və maddəyə aid heç bir xasiyyət ona şamil edilmir. Ruha aid sifətlər - elm, duyğu, fikir, iradə, məhəbbət, kin, sevinc, qəm, qorxu və ümid kimi xasiyyətlərdir. Ruh maddəyə aid xüsusiyyətlərə malik olmadığı kimi, ruhi sifətlər də belə xüsusiyyətlərdən uzaqdır. Qəlb və beyin bədənin başqa üzvləri kimi öz çoxsaylı fəaliyyətində ruh və ruha aid sifətlərə tabe olur.
İslam ölümü necə mənalandırır?

İslam ölüm dedikdə heç də insanın bütövlükdə yoxluğunu və heçə çevrilməsini nəzərdə tutmur. Ölüm- yəni fənayə uğramayan və əbədiyyət sifəti ilə tanınan ruhun bədənlə öz əlaqəsini kəsməsi deməkdir. Nəticədə ruh bədəndən çıxaraq öz yaşamını davam etdirir və bədən isə aradan gedir.
Allah-Təala Qurani-Kərimdə belə buyurur: «(Axirətə inanmayanlar) Dedilər; «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?» Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (Qiyamət günü haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!».
«(Ya Muhəmməd (s)) De ki, «Sizə müvəkkil olan ölüm mələyi (Əzrail (ə)) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!». (Səcdə surəsi; ayə 10-11).

Muhəmməd Peyğəmbər (s) bu barədə belə buyurub:
«Siz yox olmursunuz, bir evdən başqa evə köçürsünüz».

Bərzəx aləmi
İslam etiqadına görə, insan öləndən sonra xüsusi bir tərzdə bir növ diri qalır: əgər yaxşı əməl sahibidirsə, nemət və səadətə qovuşur, əgər pis əməl sahibidirsə, əzaba düçar olur. Qiyamət qopan kimi adamlar hesab üçün bir yerə toplanır. İnsanın öləndən sonra Qiyamətə qədər keçirdiyi dövr bərzəx adlanır.
Qurani-Kərim bu barədə belə buyurur: «Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamətə kimi) qədər pərdə bərzəx aləmi vardır». (Möminin surəsi ayə 100).

Yenidən oyanış mütləqdir
Hər bir insan istisnasız olaraq Allahın ona verdiyi təbiətə görə yaxşı və pisi dərk edib bir-birindən seçir. İnsan özü əməl etməsə də, yaxşı əməli yaxşı kimi tanıyır və ona əməl etməyi vacib bilir, pis əməli isə pis kimi tanıyır və özü bəzən ona düçar olsa da, içərisindən ondan çəkinməyi vacib sayır. Şübhəsiz ki, yaxşılıq və pislik, yaxşı əməl və pis əməl ona uyğun əvəzini və cavabını tapmalıdır. Şübhəsiz ki, bu dünyada bütün yaxşı və pis əməllərin cavabı dərhal verilmir və buna fürsət tapılmır. Biz bir çox yaxşı əməl sahiblərinin çox çətinliklə və ağır şəraitdə yaşadığını görürük; eyni zamanda pis əməl sahibləri isə öz cinayət və fəsadları, pis rəftarı və rüsvayçı işləri ilə bərabər, xoşluqla və təminat içində yaşayırlar.

Axirətə inam heç də bütün yaxşılıqların cavabını orada axtarmaq məqsədi daşımır. Bu əxlaqi-mənəvi tərbiyə üçün psixoloji bir təcrübədir.
Əgər insan təkcə bu dünyanın maddi istəkləri ilə məhdudlaşıb axirət barədə düşünməsə, onun pis əxlaqdan çəkinməsi mümkünsüzdür. İnsan gələcəkdə başqa bir dünyada hesab günü gözləyirsə, öz yaxşı və pis əməllərinin münasib cavabını düşünürsə , yaxşı işi zəruri bilir, pis işdən isə çəkinir. Belə bir xüsusiyyət insan fitrətindən doğan təbii bir istəkdir.

Xeyir əməlin əvəzini heç də cəmiyyətdə inzibati qaydalar ilə çıxmaq olmaz, insan xeyir əməl görməklə cəmiyyətdə xüsusi qaydalar bərqərar edərək şəxsi həyatda səadətə nail ola bilmir, necə deyərlər, etdiyi yaxşılığın əvəzi olaraq inzibati qaydada cəmiyyətdən öz xeyrinə pay ala bilmir. Belə bir payı gözləmək bəsit təsəvvürdür. Bunun əksi də belədir, yəni bir nəfər pis rəftar edirsə, onun cəzasını həmişə inzibati qaydada ala bilmir. Yəni Allahın ehsan və cəzası ilə fərdlərin qurduğu ictimai-inzibati qaydalar arasında fərq vardır.

Yuxarıdakı təsəvvür əlsiz-ayaqsız adamlarda bir qədər təsirə malikdir, lakin cəmiyyətdəki intizam və pozuntular öz qüdrət və gücünün zirvəsinə yetişənlər üçün təsirsiz qalır, onlar istədiklərinə nail ola bilərlər. Güc sahibləri üçün cəmiyyətdə fəsad və hərc-mərcliyin çox olması sərfəlidir, sanki xalqın ruzigarı qaraldıqca onlar daha çox özlərini xoşbəxt hiss edirlər. Təbiidir, belə adamların təbiətində yaxşı əməl sahibləri müsbət və pis əməl sahibləri isə mənfi ola bilməz.
Belə təsəvvür etmək olmaz ki, pis əməl sahibləri öz neçə günlük həyatında nəfsi istəklərinə çataraq həmişə xoşbəxt qalırlar. Onların pis əməli istər sağlığında, istərsə də sonra həmişə nifrətlə qarşılanır, adları rüsvay olur. Adlarının rüsvayçılıqla yad edilməsi, özləri barədə ictimai fikirdə xoşagəlməz fikrin formalaşması nəticəsində pis əməl sahibləri bir növ heçliyə çevrilir, heç bir mal-dövlət bu rüsvayçılığı və ləkəni yuya bilmir. Onların harınlıq və ləzzətlə keçirdiyi həyat heç nə olur, heç nə isə köməklərinə yetişmir.

Deməli, məntiq hökm edir ki, insan yaxşı əməli yaxşı kimi tanısın və özü də yaxşılıq etsin, pis əməli də pis kimi tanısın və özü də pislikdən çəkinsin. Bu mənada məad anlamı (Yenidən dirilmə) və axirət gününə olan etiqadın məntiqi aydın olur və belə olmazsa, məad (Yenidən dirilmə) xurafat mənasında yozula bilər.
Deməli, bəşər öz fitrətində olan pak imana əsasən məad etiqadına inanır. O, belə bir günün yetişəcəyini düşünür: belə bir gündə o, Haqqın dərgahında öz əməl və rəftarının hesabını verməklə yaxşı əməli müqabilində layiqincə mükafat, pis əməli müqabilində isə layiqincə cəza alacaq.

Bəs din baxımından məad nədir?
Səmavi dünya dinlərinin hər birində bir sıra etiqad prinsipləri və əməli ayinlər vardır ki, həmin dinin ardıcılları onlara riayət etməklə Allahın fərmanlarına təslim olur və onları gözəl mükafat gözləyir. Bu hökmlərdən boyun qaçırmaq və onları pozmaq isə cəza ilə əvəzlənir. Bu dünyada mükafat günü yoxdursa, həmin günü axirətdə gözləmək lazım gəlir. İslam həmin günü Qiyamət və oyanış günü adlandırmış, onun varlığını şəksiz-şübhəsiz bilmişdir. Qiyamətə inam İslam dininin beş sütunundan biridir və həmin günün gələcəyi barədə keçmiş Peyğəmbərlər təkidlə bəhs etmişlər. Qurani-Kərim də Qiyamət gününü təsdiqləyir.


Geri dön

_TUNAR_MAMEDOV_

  • 8 fevral 2012 09:43
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
Allah razi olsun

--------------------

music_angel

  • 5 sentyabr 2011 17:12
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_RONALDO_

  • 24 may 2011 18:04
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Inciciceyi

  • 24 may 2011 09:09
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

★Adriana★

  • 23 may 2011 10:30
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurler

--------------------

E_M_O

  • 22 may 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 547
  • Bal:
{awards}
TWK EDIREM

bende

  • 22 may 2011 16:31
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
cox sagolun

--------------------
Heyatda 4 weyi geri qaytarmaq olmaz:
Atılan oxu, qacırılan fürseti, soylenen sozu, kecen zamanı...

milaya92

  • 22 may 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
tsk ezyete gore.

nilayka

  • 22 may 2011 13:51
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 59
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}