
Oglan: Mənə adınızı bağışlaya bilərsinizmi?
Qız: Niyə? Sənin yoxdur?
Oglan: Mən bir fotoqrafam və coxdandır sizinki kimi bir gözəl üz axtarırdım.
Qız: Mən də estetik cərraham və çoxdandır sizinki kimi mualicə olunacaq üz axtarırdım
Oglan: Deyəsən sizi daha əvvəl görmüşəm ya da iki dəfə?
Qız: Yalnız bir dəfə görmüş ola bilərsiz, çünki 2-ci dəfə qarşınıza çıxmaram
Oglan: Sizi daha əvvəl bir yerdə görmüşəm deyəsən.
Qız: Deyəsən doğularkən sizin payınızı da mən almışam
Oglan: Sabah görüşə biləriy?
Qız: Təəssüf, Sabah başım ağrıyacaq
Oglan: Bu gözəlliylə yəqin çox kişini başdan çıxarmısız?
Qız: Siz də bir çox qadının mədəsini bulandırmısız yəqin
Oglan: Sizi çox xoşbəxt edə bilərəm.
Qız: Hə deməli gedirsən?
Oglan: Sizi kinoya dəvət edə bilərəm?
Qız: Mən o filmi görmüşəm
Oglan: İndiyənə kimi niyə sizi görmədim, harada idiniz?
Qız: Sizdən gizlənirdim
Oglan: Bu stul boşdu?
Qız: Bəli, boşdur oturacaqsansa mənim stulum da bos olacaq
Oglan: Mənim eviməmi gedəy ya sizin?
Qız: ikisinə də.Sən oz evinə, mən öz evimə
Oglan: Sənin üçün dünyanın o biri ucuna da gedərəm
Qız: Orada qalmağı da istəyərsən?
Oglan: Səni yuxumda gördüm
Qız: Lap yaxşı onda yatmağıva davam et
Oglan: Gözəl qadın olduğun üçün yəqin seni sevənlər çoxdur?
Qız: Yəqin səni də yalançı olduğun üçün rədd edən çoxdur
Oglan: Mən özüm hədiyyəyəm də sənə
Qız: Ucuz hədiyyələri sevmirəm