Zəmanəmizin tələbi

 
Zəmanəmizin tələbi

Zamanımızda gənclərimiz arasında ən "vacib" olan xüsusiyyətlərdən biri-hazırcavab olmaq,necə deyərlər "söz altda qalmamaq"-dır.nə edirsən et "tutarlı" cavab verərək özünü ondan üstün göstərməlisən. Bir sözlə hazırcavab olmalısan.Deyəcəyin sözün qarşındakına necə təsir edəcəyinin əhəmiyyəti yoxdu.Əsas odu ki ondan savadlı,dünya görşlü olduqunu,omdam çox bildiyini göstərəsən.
Əlbətdə zaman-zaman dahilər filosoflar öz hazırcavablıqları ilə fərqləniblər.
Məsələn:
İbrahim Paşa bir gün şair Nadimdən -Dünyanın ən böyük fatehi kimdir?-soruşur:
Nadim cavab verir: - Kim ən çox könül fəth etmişsə odur.
Başqa bir misal:
Əbdülhəq Hamidin evindəki bir məclisdə söhbət gənclik və qocalıqadan düşür.Söhbət əsnasında yaşı keçmiş bir nəfər üzünü şairə tutub: -Ancaq ürək qocalmır!-deyir:
Əbdülhəq Hamid isə belə cavab verir. -doğrurdur ürək qocalmır,ancaq qocalmış bir bədəndə də qalmaq istəmir.
Bu cür misalların sayını artırmaq olar.Ama mənimm dediyim başqa bir çeydi.Özünü qarşındakından üstün göstərmək üçün edilən hazırcavablıqlar.
Bəlkə də lazımi məqamda nadana öz nadanlıqını göstərmək üçün lazımdı bu...nə isə çox uzatmayım.nəzərdə tutduğum "hazırcavablar" haqda bir iki misal.
1.Qəliz bir cümlə işlədir. -Anlamadım. -Anlasaydın şaşırardım zaten
2.-sənə cavab verməkçün sənin səviyyənə enmək lazımdır. -çox düz buyurursan.hələ mənim səviyyəmə çatmağına çox var.
3.-başa düşmədim - başa düşməkçün baş lazımdı....
Nə isə uzatmayım Yəqin bildiz söhbət nədən gedir. Məncə aşağıdakı məqalədə hər şey daha aydın yazılıb.

Zəmanəmizin tələbi

Sözü zarafatla deyirlər...
Sümeyra Irmak Marketdən aldığım əşyaları torbalara doldururdum. Orada işləyən qızlı-oğlanlı bir dəstə də söhbət edirdilər. Qızlardan biri rəfiqəsinə yanındakı oğlanı göstərib "Nişanlındır?" - deyə soruşdu. O biri qız da qəhqəhə ilə gülüb: "Yox aaaz! Mən meymunla nişanlanaram heç!" - deyə cavab verdi. Doğrusu, bu sözlərdən dəhşətə gəldim. Başımı qaldırıb oğlanın üzünə baxanda isə daha da pis oldum. O da ünvanına deyilən bu sözlərdən yaman pərt olmuş, yerindəcə donub qalmışdı... Mən qapıdan çıxanda qız etdiyi səhvi düzəltmək istəyirmiş kimi oğlana: "Xətrinə dəyməsin eee! Zarafat eləyirəm", - deyəndə ürəyimdə "üzru qəbahətindən böyük" deməkdən özümü saxlaya bilmədim... Zarafat edirmiş!.. Bunun harası zarafatdır? Zarafat sözünün hərfi mənasında belə bir zəriflik olduğu halda, belə kobud, təhqir dolu sözlər necə olub ki, bizim kimi nəcib bir millətin dilinə zarafat adı ilə girib. Yoxsa, bizim zarafat anlayışımız dəyişib? Gülmək, güldürmək məntiqimiz korşalıb? Bir insana, bağışlayın, heyvan adı yaraşdırmağın, ürəyini sındıran, şəxsiyyətini təhqir edən sözlər ünvanlamağın harası zarafatdır?..

Zəmanəmizin tələbi

Bu gəncləri də günahlandıra bilmədim, çünki gör-götür dünyasıdır və onlar da ətraflarından belə görüblər. Televizoru açırsınız, mənəviyyatımıza zərbə vuran serialların biri qurtarıb o biri başlayır. Elə bil xüsusilə hazırlanıbmış kimi, hər biri bir mənəvi dəyərimizi gərəksiz göstərməyə çalışırlar. Zərbəyə məruz qalan dəyərlərimizdən biri də sözdən istifadə etmək qabiliyyətimizdir. Hər iki sözdən bir qəhqəhə çəkib gülən, hər şeyi, gülməli olsun və ya olmasın, zarafat mövzusuna çevirən riyakar xarakterlər bizi də özlərinə bənzədirlər yavaş-yavaş. Çünki qarşısındakını pərt edə biləcək söz deyə bilmək bir "üstünlük" sayılır artıq... Sonra bu ulduz seçməyə çalışan proqramlardakı münsiflər heyətinə də təəccüb edirəm. İstisnasız olaraq hər kanalda ulduz seçirlər.
Bura gələn gənclər hərəsi bir ümidlə qabiliyyətlərini nümayiş etdirmək, keçirilən bu müsabiqədə qalib gəlmək istəyirlər. Onları qiymətləndirən tanınmış adamlar isə onlara qiymət verərkən elə sözlərdən istifadə edirlər ki, adamın inanmağı gəlmir. Əslində buna qiymət yox, elə təhqir demək olar... Axı bu necə münsiflikdir, bu necə insafdır? O gənclər bu qədər təhqiri bu qədər millətin qarşısında "həzm edərək" necə ulduz olacaqlar? Yazıq deyilmi? Gənclərin şəxsiyyətini millətin sizə hörmətlə təqdim etdiyi o yüksək mərtəbədən təhqir etmək sizə yaraşarmı? Sonra bu kanallara baxan xaricilər ziyalı insanlarımızın gənclərimizə necə "tərbiyə" verdiyini görüb təəccüblənməzlərmi? Ən əsası isə ustadlarınız sizə beləmi davrandı?.. Bir insanın hamının gözü qarşısında belə rahat-rahat təhqir edilməsini, ən yumşaq ifadə ilə insan hüquqlarına zidd hesab edirəm. Belə proqramlara baxa-baxa biz də təhqir edən "zarafatcıllara" çevrilirik. Öz aləmimizdə hazırcavablıq edrirk, zəkamızın itiliyini göstərib insanların gülüşünə səbəb oluruq. Ancaq əslində başqasını komik vəziyyətə salırıq. Hətta "Bizimlə belə davransaydılar, xoşumuza gələrdimi?" deyə düşünmürük. İnsanlara lağa qoymaq, şikəstlikləri ilə və ya fiziki qüsurları ilə istehza etmək nə insanlığımıza yaraşar, nə də mənəviyyatımıza... Zarafatın da estetik bir tərəfi olmalıdır. Həm hadisələrdəki ziddiyyətləri ifadə etməli, həm də ağıllı bir təfəkkürün məhsulu olmalıdır. Üstəlik, mənasız sual verən insanları tərbiyə etməlidir... Məsələn, əlinizdə zibil torbası gedirsiniz. Biri sizdən: "Zibil atmağa gedirsən?" - deyə soruşur. Siz də o insana: "Yox, darıxdılar, hava alıb qayıdacağıq", - deyə cavab verirsiniz. Bu artıq zarafatdır. O insan bu cavabdan həm ibrət götürəcək, həm də bir daha belə mənasız suallar verməyə cəsarət etməyəcək... Hər şeydə ölçü olduğu kimi insanlarla zarafatda da bir ölçü olmalıdır. Bunun "tərəzisi" isə, "Bu zarafatı mənə etsəydilər, xoşuma gələrdi mi?" - sulaının cavabıdır. Necə deyərlər, hörmət görmək üçün yeganə yol hörmət etməkdir. İnsanlara nə qədər qiymət veririksə, bizim də qiymətimiz o qədərdir...
Şəfqət və mərhəmətdə günəş kimi ol,
Qüsurları örtməkdə günəş kimi ol,
Dostluq və qardaşlıqda axar su kimi ol,
Təvazdə torpaq kimi ol
Hiddət və qəzəbdə ülü kimi ol,

Zəmanəmizin tələbi

Hər nə olursan ol,
ya olduğun kimi görün ya da göründüyün kimi ol!


Geri dön

Lindo

  • 1 iyun 2011 20:06
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
əla xəbərdi tşk

Inciciceyi

  • 25 may 2011 10:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Hər nə olursan ol,
ya olduğun kimi görün ya da göründüyün kimi ol!


Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

★Adriana★

  • 25 may 2011 10:40
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

MuslimGirl

  • 24 may 2011 18:07
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Grace_Angel, bacış bütün fikirlərin ilə razıyam. Çox düzgün, səlis ifadə etmisən düşüncələrini. Dəyməz, oxudum və bəyəndiyim və çağdaş dövrün ağır bəlasında biri olduğu üçün sizinlə paylaşdım. Şərh yazan userlərə təşəkkürlər

YazYamuru

  • 24 may 2011 17:48
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
super yazidir te$ekkürler.......

--------------------



Grace_Angel

  • 24 may 2011 17:39
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Zarafatın da estetik bir tərəfi olmalıdır. Həm hadisələrdəki ziddiyyətləri ifadə etməli, həm də ağıllı bir təfəkkürün məhsulu olmalıdır. Üstəlik, mənasız sual verən insanları tərbiyə etməlidir... Hər şeydə ölçü olduğu kimi insanlarla zarafatda da bir ölçü olmalıdır. Necə deyərlər, hörmət görmək üçün yeganə yol hörmət etməkdir. İnsanlara nə qədər qiymət veririksə, bizim də qiymətimiz o qədərdir...


Tewekkur edirem bacis...cox gozel ve aktual bir movzuya toxunmusan...cox maraqli meqale idi...oxudum hamisini...bizimle paylasdigin ucun...minnetdaram!!!


--------------------

JASMİNE V

  • 24 may 2011 17:15
  • Məqalə: 27
  • Şərh: 195
  • Bal:
{awards}
TSK EDİREM BACİS

--------------------
♥ Bir it ilə bir kişi arasında nə fərq vardır? İt yalnız halını çirklədib məhv edər kişi isə tam həyatını məhv edər.(Qadına görə)
♥♥ LOVE ME ♥♥
♥♥ JUSTİN BİEBER ♥♥

CoRdIaL

  • 24 may 2011 17:07
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
Tesekkurler

_RONALDO_

  • 24 may 2011 17:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
HE SENINLE RAZIYAM HAMISI TELEBDI MARAQLI XEBERDI

HE SENINLE RAZIYAM HAMISI TELEBDI MARAQLI XEBERDI

--------------------

samir_252

  • 24 may 2011 17:04
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}