Anam!

 
Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam?
Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən?
Sənin öz sevincin, kədərin yoxdurmu?
Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?

Anam!

Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?!
Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə bilmədiyimi,
sənə mənə yandığın qədər yana bilmədiyimi bilə- bilə, niyə bu qədər sevirsən məni?

Gəncəm... “gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan”
deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?!
Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini.
Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə?
Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni,
mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?

Anam!

Mən də sevdim səni... amma başqasını da sevdim. Səndən çox düşündüm onu,
ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım...
hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün ... Niyə?

Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün.
Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana!
Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib...

Anam!

İndi yoxsan yanımda... səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün, mehriban səsin üçün,
mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən də
belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam!

Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan.
Amma mən öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni.
Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən məni, ana!

Anam!

Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... bu qədər sevmə .
Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni...
Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni,
ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!


Geri dön

MarkizaCana

  • 12 iyul 2011 15:04
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
tewkkur edirem, chox beyendim

NELLY19

  • 25 may 2011 16:52
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
twk..........

JEFF HARDY

  • 25 may 2011 15:17
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
ana muqeddesdir

CoRdIaL

  • 25 may 2011 14:58
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
tewekkurler.......

MuslimGirl

  • 25 may 2011 14:29
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Anam, bu dünyada könlümdə yer tutan iki insan biri...Anam və atam...Alla bütün valideynlərin canını sağ etsin, başımızın üstündən əskik etməsin! Dəyərli xəbər üçün təşəkkürlər

_the_end_

  • 25 may 2011 13:10
  • Məqalə: 0
  • Şərh: 33
  • Bal:
{awards}
anam!!!!!!mamama qubuw olarameeeee

_RONALDO_

  • 25 may 2011 12:07
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
anam!menim anam menim heyatimdir!

--------------------

★Adriana★

  • 25 may 2011 09:55
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurlerrrrrr

--------------------

Inciciceyi

  • 25 may 2011 08:46
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
maraqlidir twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

heyasiz204

  • 24 may 2011 23:53
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

samir_252

  • 24 may 2011 23:39
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
anam!menim anam menim heyatimdir!

Bu Menem

  • 24 may 2011 23:35
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws soz ola bilmez xeber winked

_DENIZKA_

  • 24 may 2011 23:14
  • Məqalə: 25
  • Şərh: 240
  • Bal:
{awards}
Cox sagol bu movzuya yer ayirdigin ucun feel

Nelya

  • 24 may 2011 22:57
  • Məqalə: 0
  • Şərh: 177
  • Bal:
{awards}
Allah butun analari gorusun

HaYaT_GuZeL

  • 24 may 2011 22:57
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
{awards}
maraqli deyerli gozel ve gozel redakte edilmis xeberdir

_RONALDO_

  • 24 may 2011 22:41
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ELA VE DEYERLI XEBERDI


CENNET ANALARIN AYAQLARI ALTINDADI

--------------------

Aleyra

  • 24 may 2011 22:09
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
anam!menim anam menim heyatimdir! love love love

tekna_297

  • 24 may 2011 21:58
  • Məqalə: 37
  • Şərh: 525
  • Bal:
{awards}
ilk serh ozumden love

--------------------
emo
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 47
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 48
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 38
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}