Möcüzə həyatlar

 
Möcüzə həyatlar

TİTANİKdən XİLAS OLAN ƏN GƏNC YOLÇU
Titanik dənizə enərkən 69 günlük olan Millvina Dean, ana atası və özündən 18 ay böyük böyük qardaşıyla gəmidə idi. 14 Aprel 1912də gəmi batarkən anası və böyük qardaşıyla birlikdə həyatda idi lakin atası boğulmuşdu

YERİN CAZİBƏ QÜVVƏSİNƏ DÖZMƏ REKORDU
Yarış pilotu David Purley saatdakı sürətinin 173 kmdən 0a enməsi 66 smlik bir məsafədə reallaşınca yüksək bir təzyiqə məruz qaldı. İngiltərə Northamptonshire, Sivertone Yarış sahəsində 13 İyul 1977də meydana gələn qəzada Purley, 179.8 g təzyiqə ayrıca 29 qırıq, 3 çıxıq və ürəyinin 6 dəfə dayanmasına baxmayaraq həyatda qalmağı bacardı.

OKEANDA 13 SAAT
Hind Okeanındakı Komor adaları yaxınında düşən Yəmən təyyarəsindən xilas olan tək adam olan 14 yaşındakı Bahia Bakari, dənizdə təyyarə dağıntısından parçalara 13 saat müddətlə yapışaraq həyatda qalmağı bacarmışdı.

ÜSTÜNƏ DÜŞƏN ÇAMADAN DONMAQDAN QURTARDI
Panamada üç adama məzar olan təyyarədən canlı çıxan tək adam 13 yaşındakı İngilis Francesca Lewis həyatını üstünə düşən çamadana borcludur. Gənc qızı üzərinə düşən çamadan və içindəkilər sayəsində soyuqda donmadan 2.5 gün qurtarma qruplarını gözləyə bildi

İLDIRIM VURMASINDAN ƏN ÇOX XİLAS OLAN ADAM
Yeddi dəfə ildırım vuran və həyatda qala bilən tək adam bir meşə meşəbəyisi "paratoner insan" Roy C Sullivan. Roy ildırım vurmaları üzündən, böyük ayaq barmağının dırnağını, qaşlarını itirdi. Sol çiyini yandı. Saçları alovlandı. Ayaqları yandı. Sağ ayaq biləyi şikəst oldu. Sinə və mədəsi yandı. Sullivan 1993də öldü. İldırım səbəbiylə deyil, eşq həyatındakı bir rəddi qaldıra bilməyərək öz əlləriylə həyatına son verdi.

ƏN ÇOX SUİ-QƏSD CƏHDİNDƏN XİLAS OLMA
2006da Fabian Escalante, Kuba lideri Fidel Castroya qarşı 638 sui-qəsd cəhdində olduğu açıqladı.

AVTOMOBİL QƏZASINDAN XİLAS OLAN ƏN GƏNC YOLÇU
25 Fevral 1999da Argentina Misionesdən Virginia Rivero işdən evinə dönmüş və avtostopla xəstəxanaya gedə bilmək üçün yaxındakı bir yola çıxmışdı. İki adam onu avtomobillərinə aldı, lakin doğumuna o qədər az qalmışdı ki avtomobilə mindikdən qısa bir müddət sonra bir qız uşağı dünyaya gətirdi. Rivero adamlara ikinci bir körpəsi daha olacağını söylədiyi sırada sürücü öndəki vasitəyə çarpdı. Rivero və kiçik qızı kiçik sıyrıqlarla avtomobilin arxa qapısından çıxa bildi və bir avtomobili daha durdururak xəstəxanaya getməyi bacardı. Burada bir kişi körpə daha dünyaya gətirdi.

DƏNİZDƏ BİR QAYIQ İÇİNDƏ
Bir okean qayığında cəmdə ən çox zaman keçirmə rekordu 940 gün ilə Peter Birdə aid.
1974dən 1996a Atlantiki, Passiviki keçişlərində cəmi 34 min 325 km yol qət etdi.

EDAMDAN XİLAS OLMA
26 Sentyabr 1803də Cozef Samuel cinayətdən ötəri edam cəzasına cəlb olunmuş lakin ilk üç sınaqda ip qopmuşdur. İkinci sınaqda ip gərildi və qurbanın ayaqları yerə dəydi. Üçünçü sınaqda da ip qopdu və Samuelin cəzası təxirə salındı.

NƏBZ ATMADAN
İndiyə qədər nəbiz atmadan ən uzun müddət həyatda qala bilmə rekordu üç gün. Julie Mills ciddi ürək problemləri və viral ürək əzələsi iltihabından ötəri ölümlə burun buruna gəlmişdi. 14 Avqust 1998də İngiltərə Oxford John Radcliffe Hospitaldan ürək cərrahları, ürəyinin yığışdığı bir həftə boyunca ürək nasosuyla Julieni dəstəklədi.

SAĞ QALINAN ƏN SÜRƏTLİ MOTOSİKLET QƏZASI
ABŞ Californiyada Əl Mirage Dry Lakedə 12 İyul 1998də, zamana qarşı yarışanlar əsnasında Ron Cook 1.325 cc Kawasaki ilə saatda 322 km sürətlə qəza etdi.

DÖRD YAŞINDA QALDI
17 yaşındakı qız uşağı Brookenin dörd yaşından bəri yalnız saçları və dırnaqları uzanır. Böyümə hormonu qətiliklə təsir etmir və elm adamları uzun müddətdən bu xəstəliyə əlac tapmağa çalışır. Ailəsi isə artıq Brookenin bir körpə kimi olduğunu qəbul etmiş vəziyyətdə.

AĞAC ADAM
Qolları, qıçları və üzü bir ağaca bənzəyən İndoneziyalı Dede Kosawa, xəstəliyiylə bütün dünyada Ağac Adam olaraq tanınır. Həkimlər bu xəstəliyin səbəbimi HPVin (Human Papilloma virusu) şəkil dəyişdirməsinə bağlayır. Bir neçə ayda bir əlləri və ayaqlarını istifadə edə bilmək üçün əməliyyata girməsi lazım olan Ağac Adamın xəstəliyinə hələ çarə tapılmış deyil.

NƏHƏNG QIÇLI QADIN
Həkimlər Mandy Sellars doğulduğu andan etibarən bir şeylərin tərs getdiyini anlamışdı. 34 yaşındakı qadının qıçları doğulduğu gündən bəri çaşdırıcı bir şəkildə böyüyür. Bu gün qıçlarının ağırlığı 95 kilo. Mütəxəssislər Sellərsən bu xəstəliyinə həll tapmağa çalışarkən bəzi həkimlərə görə qıçlarının genişləməsinin səbəbi Proteus Sindromu deyilən və bədəndə deformasyona səbəb olan bir xəstəlik.

8 QIÇLI QIZ
2005-ci ildə Hindistanın kasıb bir kəndində dünyaya gələn kiçik qız hər kəsi çaşdırmağı bacardı. Dörd qollu və dörd qıçlı olaraq dünyaya gələn Lakshmi Dadma, 30 əməliyyat keçirdi. Kiçik qızın hələ keçirməsi lazım olan əməliyyatlar var.

118 GÜN ÜRƏYİ OLMADAN YAŞADI
Cənub Carolinada yaşayan D'Zhana Simmonsun ürəyində bir problem meydana gəldi və ürəyinin yerinə qoyulacaq başqa bir ürək tapıldı. Ancaq yeni ürək düz bir şəkildə işin tərəfindən xəyali kabusa çevrildi. Həkimlər bu yeni orqanı çıxarmaq məcburiyyətində qaldı, ancaq yeni bir ürək olmadığı və D'Zhana əməliyyatdan sonra gücsüzləşdiyi üçün keçici bir tədbir alınması gərək idi. 4 ay boyunca iki süni nasos bədənindəki qan axışını reallaşdırdı. Ən sonunda 29 Oktyabr günü yeni bir ürək nəqli edildi. Nəql o qədər müvəffəqiyyətli oldu ki D'Zhana'ya dərhal sabahısı günü bir də böyrək nəqli edildi.

GÖYDƏN DÜŞƏN ADAM
2007-ci ilin Aralıq/dekabr ayında Alcides Moreno və qardaşı Edgar New Yorkdakı bir göydələnin 47. qatından aşağıya düşdü. Qardaşı həyatını itirərkən 37 yaşındakı Alcides, həyatda qalmağı bacardı. Keçirdiyi 16 əməliyyatdan sonra ayağa qalxan Morenonun həkimləri xəstələrinin təkrar gedə biləcəyinə inanırlar.

ÜRƏYİ SİNƏSİNDƏ ATIR
Christopher Wall doğulduğu gündən etibarən ürəyi sinə boşluğunun xaricində atır. Həkimlər kiçik uşağın yaşayacağını da ümid etməzkən Wall, 34 cü ad gününü qeyd etməyi bacardı. Wall daha 18 aylıqkən həkimlər ürəyinin yerini dəyişdirməyə çalışdılar və dan 15 əməliyyat etdilər. Lakin bunun çox böyük risklər daşıdığı görüldü və bundan imtina edilərək ürəyin olduğu hissə daha qalın bir dəriylə örtüldü.

YÜK MAŞINI İKİYƏ AYIRDI
1995-ci ildə Çinli Peng Shulinin bədəni bir yük maşınının çarpması nəticəsi ikiyə ayrıldı. Qıçları olmayan Shulin yenə də yaşamağı bacardı və bu an biyonik qıçları ilə bədəninin üst qisimini istifadə edə bilir.

36 İL BOYUNCA QARNINDA ƏKİZİNİ DAŞIDI
Sanju Bhagatın hər vaxt doqquz aylıq hamilə kimi görünən göbəyi onu narahat etsə də 1999-cu ilə qədər başqa bir xəstəlikdən xəstəxanaya müraciət edənə qədər nə olduğu aydın ola bilmədi. 36 yaşında həkimə getdiyində isə maraqlı gerçəklə qarşılaşdı.Həkimlər bir şiş gözləyərkən əkizinin içində yaşadığını öyrənən Bhagata edilən əməliyyatla qardaşı içindən alındı.

ƏN ƏHATƏLİ ÜZ NƏQLİ
5 il əvvəl əri tərəfindən üzündən vurulduğunda Connie Culpdan geriyə yalnız alt dodağı, çənəsi və göz qapaqları qalmışdı. Həkimlər dərhal əməliyyata aldıqları qadına yeni ölmüş bir qadının üzünü nəql etdilər. Əməliyyat tam 22 saat davam etdi. Bu əməliyyatdan sonra Culp, təkrar danışmağa, iyləməyə və yemək yeməyə başladı.


Geri dön

Inciciceyi

  • 26 may 2011 10:39
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Maraqli melumatlardi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 25 may 2011 17:13
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
HAMISI MARAQLI IDI ESASDA TITANIK SUI-QESD VE AGAC ADAM COX MARAQLI XEBERE GORE MINNETDARAM

--------------------

NELLY19

  • 25 may 2011 16:38
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..........

samir_252

  • 25 may 2011 16:35
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
TWK EDIREM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}