Ruhunuzu oxşayacaq şeirlər

 
Ruhunuzu oxşayacaq şeirlər

Nüsrət Kəsəmənli- Getmək istəyirsən o yol, oda sən, yox ol xəyallar tək

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Ruhunuzu oxşayacaq şeirlər

Nüsrət Kəsəmənli - biri var idi, biri yox

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib keçdi sazaqlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri, vardı biri yox.

Ruhunuzu oxşayacaq şeirlər

Cabir Novruz- Səni xəyallarda oxşayacağam, səni röyalarda itirəcəyəm

Sən gizli gəlmisən ömrümə, inan,

Bu gizli eşq ilə yaşayacağam.

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət yaşayacağam.

Sən mənim ömrümdə açan çiçəksən,

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən,

Mən səni hər zaman gözləyəcəyəm.

Ruhunuzu oxşayacaq şeirlər

Mədinə Gülgün- Tənhalıq

Yenə yağış yağdı,ildirim çaxdı,

Coşdu dalğa-dalğa çağladı dəniz,

Sahili boş gördüm,elə darıxdı

Tənhalıq dərdindən ağladı dəniz.

Ruhunuzu oxşayacaq şeirlər

Mikayıl Müşfiq - Öyrəniş

Həyat nədir? Ölüm nədir? Boş sual!

Sevda nədir? Hicran nədir? Bir xəyal!

Mən bunların əsasını, iştə, al:

Həp çəkdiyim əməklərdən öyrəndim.

Ruhunuzu oxşayacaq şeirlər

Rəsul Rza - Ayrılmayaq

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Ruhunuzu oxşayacaq şeirlər

Məmməd Araz - Ayağa dur Azərbaycan!

Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan, yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən, hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?

Ruhunuzu oxşayacaq şeirlər


Geri dön

_RONALDO_

  • 29 may 2011 15:01
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
BUNLARI BASQA SAYTDAN OXUMUSAM

--------------------

samir_252

  • 26 may 2011 12:35
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
bir coxunu xeberlerde oxumuwdum,twkler

_DENIZKA_

  • 26 may 2011 12:04
  • Məqalə: 25
  • Şərh: 241
  • Bal:
{awards}
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən biri vardı, biri yox.

★Adriana★

  • 26 may 2011 11:01
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

Inciciceyi

  • 26 may 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkkkkkkkkk amaki oxumuwam

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

NELLY19

  • 25 may 2011 19:01
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk............

_RONALDO_

  • 25 may 2011 18:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SERH MENDEN BUNLARI BASQA SAYTDAN OXUMUSAM

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 64
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}