Ögəy anam

 
Ögəy anam

Ana... hər kəs öz doğma anasından danışarkən məndə sənin haqqında yazmaq istədim. Düzdü, sən məni dünyaya gətirməmisən lakin hər kəs mənə yetim kimi baxarkən mənə sən sahib olmusan. Başqa analar öz balasını sığallayarkən sən mənim saçlarımı oxşamısan, tumar çəkmisən. Hər gecə ağlayarkən gözümün yaşı olmusan, doğma anamın yoxluğu ilə barışa bilmədikcə mənə ana olmusan. Hər kəs başqasının yerini tutmaq istəyərkən sən mənim doğma anamın yerini tutmağa heç çalışmadın. Hər an onu mənim qəlbimdə böyütdün, yaşatdın. Dünyada mənə nə lazımdırsa hamısını verdin... məni elə böyük sevgiylə əhatə etdin ki, dünyaya ancaq sevgi ilə baxıram.

Ögəy anam

Ana... bu sözdən əziz bir söz olmadığını, daha ali bir söz olmadığını çoxları kimi mən də anlayıram. Bəs insana öz anasından doğma insan varmı? Var, bəli var. O sənsən. Sən daha alisən, daha böyüksən, daha gözəlsən... çünki öz doğma anam övladı idim deyə məni sevirdi , sən isə məni mənə heç bir qan bağlılığın olmadan sevdin.

Ögəy anam

Məni gözünün nuru etdin... gözlərinin üzərinə balaca barmaqlarımı qoymaqla. Amma bu gün sən də məni tərk edirsən. İkinci dəfə mənə ana yoxluğunu yaşadırsan lakin son dəfə də çox fərqlisən. Üzün elə gözəldi ki. Gözlərin mənə sevgi dolu baxır. Bugün etiraf edirəm sənə... mənim ögəy anam olduğun üçün artıq utanmıram. Artıq qürurla sənin varlığın haqqında yazıram. Artıq böyümüşəm Anam. Sən bütün analara nümunəsən çünki sən təmənnasız sevgi ilə böyütdün məni. Ürəyin hər acımı, ağrımı duydu. Mənimlə ağladın, mənimlə güldün.

Ögəy anam

Ana... Bugün sənə gəlmişəm, bugün sənə doğma anam deməyə gəlmişəm.Sonuncu dəfə mənə sarıl,lakin ilk dəfə olsa da doğma anam olaraq sarıl. Bu gün mən anladım ki ,sən doğma anamdanda doğmasan mənə.
P.S: Bu yazını bütün ögəy uşaqlara doğmalıq edən analara həsr edirəm. Və hər birinin qarşısında baş əyirəm.


Geri dön

nina-rinna

  • 26 yanvar 2012 13:51
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
yaxsi ki pis ogey ana olmayib

_RONALDO_

  • 29 may 2011 15:12
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH BUTUN USAQLARI OGEY ANALIQDAN QORUSUN...TWK EDIREM.

--------------------

Inciciceyi

  • 26 may 2011 10:46
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah Ogey anani hec kime nesib etmesin

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 25 may 2011 17:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH BUTUN USAQLARI OGEY ANALIQDAN QORUSUN...TWK EDIREM.

ALLAH BUTUN USAQLARI OGEY ANALIQDAN QORUSUN...TWK EDIREM.

--------------------

NELLY19

  • 25 may 2011 16:43
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..........

Aleyra

  • 25 may 2011 16:02
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah hec kime qismet etmesin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}