Ölümsüz insan gəlir

 
Ölümsüz insan gəlir

ÖLÜMSÜZ İNSAN

Ölümsüzlük... Əbədi həyat... Sonsuza qədər yaşayan ruh... İnsanoğlunun yüz illərdir sürən və bitməyən axtarışı. 200 ildir də çox müxtəlif tibbi üsullarla bu axtarışa bir qarşılıq tapmağa çalışıldı. Bu üsullar insan ömürünü iki qatına çıxarsa da ölümsüzlüyə hələ bir düstur tapıla bilmədi. İndi 'Russia-2045' proyektindəki elm adamları bir enerji olduqlarına inandıqları ruhu sağlam bir bədənə transfer edərək ölümsüzlüyü təmin edəcəklərini iddia edirlər.

Əngin bir ruha sahib olduğuna inanan insanoğlu tarix boyunca cılız bədən probleminə həll axtardı. Mayalardan Köhnə Misirə qədər bu axtarış sürdü. Orta əsrlər kimyagərlərindən günümüzün elm adamlarına qədər 'ömürü necə uzada bilərik', məsələsi həmişə aktual qaldı.

Təxminən iki il əvvəl Rusiyada, özlərini 'Ölümsüzlük şirkəti' olaraq tanıdan bir qrup Rus elm adamı 'Russia-2045' proyektiylə ortaya çıxdı. Bu iş qrupu ən geç 2045-ci ilə qədər insan ruhunun yerini tam olaraq təsbit edəcəklərini və bu ruhu kopiyalayaraq süni bədənə daşıyacaqlarını iddia edir.

Keçən günlərdə 'Russia-2045' üzvləriylə Rus Ortodoks Kilsəsi arasında ciddi bir fikir duelinin yaşanması üzərinə 'ölümsüzlük şirkətinin icazəsi sürməyə başladı. Bir neçə gündəlik araşdırma sonunda 'Russia-2045' proyektinin mərkəzini tapdıq. Şirkətin başındakı Dmitriy İtskov ilə danışdıq.

TİBB ÖLÜMƏ ÇARƏ TAPA BİLMƏDİ

İtskov, 20. əsr boyunca ölümsüzlüyün və ya heç olmasa insan ömürünün uzadılmasının tibbdə axtarıldığını söyləyib ölümsüz insan proyektinin bu günə qədər edilmiş bənzəri işlərdən fərqli olacağını izah edir: "Rus professor Vladimir Skulachevin insan bədənindəki hüceyrələrin oksidlənməsini dayandırma üsulu gözlənilən nəticəni vermədi. 1990-cu ildə kəşf edilən 'telomeraz' fermenti insan hüceyrələrini sürətli və yaşlanmadan çoxaldırdı. Lakin bu üsulla xərçəng hüceyrələri də sürətlə çoxalmağa başladı. Keçən əsrin ortalarında dondurularaq mühafizə edilmiş xəstə bədənlərdə sağalması qeyri-mümkün xəsdəliklər aşkar edildi. Kök hüceyrə sayəsində cavanlaşma üsulu da nəticə vermədi. Bütün bu işlər nəticəsində 200 il əvvəl ortalama 40 il olan insan ömürü indiki vaxtda 80 ilə yüksəldilə bildi. Tibbi işlərə baxaraq insan ömürünün gələcəkdə 10-20 il daha uzadıla biləcəyini söyləyə bilərik. Ancaq ölümsüzlükdən bəhs etmək qətiliklə mümkün deyil."
İtskova görə, Russia-2045 proyekti tibbdən çox fərqli bir yoldan irəliləyəcək. Hətta bu proyektdə neştər və qan söz mövzusu olmayacaq. Ölümsüz ruha sibernetik texnologiya və cyborg ilə çatılacaq. Ruhun xəstə bədəndən ayrılışını könüllü və cazibədar bir prosedura halına gətirəcəklər. Ruhu daha sağlam bir mühitə keçməyə dəvət edəcəklər.

PROYEKTDƏ 25 ELM ADAMI VAR

Həddindən artıq iddialı ölümsüz insan proyektinə hansı cəsarətlə başladığını soruşduqda, "İnsanın ölümsüz hala gətirilə biləcəyinə inandığım üçün bu işə girişdim" cavabı aldıq. 'Russia-2045' proyektinə başlamadan əvvəl Rusiyada və dünyada bir sira mütəxəssislə görüşmüş, 25 Rus elm adamını proyektə dəvət etmiş: "Bu yaxınlarda Rusiyanın Çelyabinsk şəhərində yaşayan professor Vyaçeslav Ryabinini proyektimizə dəvət etdim. Ryabinin, ən kompleks orqanlardan qaraciyərin yerini alan dünyanın ən mükəmməl maşınını icad edən adam."
'Russia-2045' proyektində İtskovun iş yoldaşlarından biri də Dr. Aleksander Bolonkin. Rus elm adamı Bolonkin, elektronik ölümsüz insan fikirini ilk dəfə 20 il əvvəl ortaya atmış. 1990-cı ildə Rusiya Elmlər Akademiyasında düşüncələrini söyləmiş amma dəstək tapa bilməyincə ABŞa köç etmişdir. Elektronik insan yaratma düşüncəsi ABŞ hökumətitərəfindən dəstəklənmişdir.

BEYNİN ŞİFRƏLƏRİNİ HƏLL EDƏCƏYİK

İtskov, sibernetik texnologiyanı seçmə səbəblərini də izah edir: "Canlı cansız quruluş bir yerdə həyatımıza girəcək. Əvvəlcə çox daha keyfiyyətli eşitmə cihazları, ardından süni retina... Sonra beyindən əmr alan mexaniki ayaq, qol və əllər köhnələrin yerini alacaq. Beynə monte ediləcək miniatür prosessorlar yaxın bir gələcəkdə Parkinson xəstəliyini məğlub etməyədə yarayacaq. Biyomekanik cyborglar yalnız xəstələrə xidmət etməyəcək. Məsələn insanın bədənlə tapılması mümkün olmayan mühitlərə beyniylə nəzarət etdiyi cyborglar göndəriləcək. Yaponiyadakı radiasiya saçan nüvə stansiya kimi, kosmosun kəşfi kimi sahələrdə yaxında bu ağıllı robotlar istifadə edilməyə başlanacaq."

Amma Russia-2045 qrupunun əsl hədəfi beyindir. Beynin şifrələrini həll edərək ruhun gizli olduğu yeri tapmaq ən böyük məqsədləridir: "Bizim qrup, insan ruhunun iddia edildiyi kimi 21 qram olduğuna inanmır. Biz ruhun bir maddə olduğuna deyil, məlumat daşıma xüsusiyyətinə sahib bir növ enerji olduğuna inanırıq. Bunu sübut etdiyimizdə insan beynini kopiyalayaraq ilk eninsəni yaratmış olacağıq."

ÖLÜMSÜZ İNSANI STEVEN SEAGAL DA DƏSTƏKLƏYİR

Bu yaxınlarda Rus Ortodoks Kilsəsinin reaksiyasını özümüzə çəkdik. Kilsənin niyə əsəbləşdiyini təxmin edirik. İnsanı ölümdən qurtaracaq işlər irəlilədikcə dünənə qədər etibarlı olan düşüncələr yıxılacaq. Bu vəziyyət kilsəninheç xoşuna gəlmir. Hələ Rus Ortodoks Kilsəsindən hörmətli rahib Feofan Kryukov bizimlə əməkdaşlıq etməyi qəbul edincə ildırımları yaxşıca üzərimizə çəkdik. Eynilə Orta əsrlərdə Kopernik nümunəsindəki kimi... Amma bir yanağımıza yumruq yesək də o biri yanağımızı dönməyə hazırıq. Əslində, ölümsüz insan proyektində bütün dinlərlə dialoqa hazırıq. Bu proyektdəki bütün işlərin cəmiyyətə açıq ediləcəyini elan etdik. Dünyadan dəstək də alırıq. Məsələn iki gün əvvəl məşhur aktyor Steven Seagal bizim proyektə dəstəyini açıqladı. Yaxında 'Russia-2045' ölümsüz insan proyekti beynəlxalq ölçü qazanacaq.

AVATARdan E-İNSANA MƏRHƏLƏLƏR

Dmitriy İtskovun başında olduğu ölümsüz insan proyektinin mərhələləri:
2015: Hollywood filmindən borc alınmış adıyla Avatar ortaya çıxacaq. İnsan beyninin göndərdiyi siqnallarla əmredilə biləcək bu cyborg filmdəki nümunədən fərqli olaraq bioloji deyil, tamamilə biyonik olacaq.

2020: Süni bədənə ölümcül bir xəstənin beyninin könüllü olaraq köçürəm təcrübəsi reallaşacaq.
2030: Beynin kopiyalanması mümkün olacaq. Ruhu içində gizlədiyi sanılan beyin tamamilə ədədi verilən məlumata çevriləcək.
2045: İlk e-insan yaradılacaq.

PROYEKTİN MÜXALİFLƏRİ DƏ VAR

Süni şüur yaratmaq belə qeyri-mümkündür!

Ölümsüz insan proyektinin heç bir zaman gerçəyə çevrilməyəcəyini iddia edənlər də var. Bunlardan biri Rusiya Texniki Elmlər Doktoru Pavel Voronindir. Voroninə görə nəinki ruhun kompüterə köçürülməsini, süni şüur yaratmaq belə yaxın və uzaq gələcəkdə prinsip olaraq mümkün deyil. "İnsan beynində təxminən 200 milyard neyron yəni sinir hüceyrəsi var. Bu hüceyrələrin içindəki məlumat təcrübə modeli və quruluşu kabellə xaricə köçürülə biləcək növdən deyil. Hüceyrəyə toxunulduğu an həm hüceyrənin özü həm içindəki məlumat yox olmağa məhkum" deyir. İnsan beynində bir kvadrat santimetrlik sinir hüceyrəsi sahəsindəki məlumat axışının süni modelə çevrilməsi üçün Voroninə görə Avropadakı bütün kompüterlərin bir ay boyunca bir-birinə bağlı çalışması lazımdır.


Geri dön

angeloka

  • 24 iyun 2011 13:49
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
ola biler helede acilmamis sirler qalib what

_RONALDO_

  • 29 may 2011 15:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Ölümsüzlük, ölümsüzlük....Hamısı boş vaxt itkisidir . Hamımız Allahın yanına gedəcəyik.

--------------------

Inciciceyi

  • 26 may 2011 09:46
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

... Deryam ...

  • 25 may 2011 23:58
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Eee DUNYA BIZIM ELIMIZDEN DAGILIR...OLUMSUZ INSAN GELIR GEL,GEL GOREK HARDA YAWAYACAQSAN . . .

--------------------

yaz yagmuru

  • 25 may 2011 17:46
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}

Dmitriy İtskovun başında olduğu ölümsüz insan proyektinin mərhələləri:
2015: Hollywood filmindən borc alınmış adıyla Avatar ortaya çıxacaq. İnsan beyninin göndərdiyi siqnallarla əmredilə biləcək bu cyborg filmdəki nümunədən fərqli olaraq bioloji deyil, tamamilə biyonik olacaq.

2020: Süni bədənə ölümcül bir xəstənin beyninin könüllü olaraq köçürəm təcrübəsi reallaşacaq.
2030: Beynin kopiyalanması mümkün olacaq. Ruhu içində gizlədiyi sanılan beyin tamamilə ədədi verilən məlumata çevriləcək.
2045: İlk e-insan yaradılacaq.

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

NELLY19

  • 25 may 2011 17:11
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk..........

_RONALDO_

  • 25 may 2011 16:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
EHH HAMISI BOS BOS SOHBETDI ONDANSA VAXT ITIRMEYIB GETSINLER TEXNOLOGIYANI DAHADA MUASIRLESDIRSINLER TWKLER HAYIFKI AXIRA KIMI OXUDUM

--------------------

samir_252

  • 25 may 2011 16:55
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
twke direme

MuslimGirl

  • 25 may 2011 16:54
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Ölümsüzlük, ölümsüzlük....Hamısı boş vaxt itkisidir . Hamımız Allahın yanına gedəcəyik.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}