İmam Sadiqdən gözəl rəvayətlər

 
İmam Sadiqdən gözəl rəvayətlər

İmam Sadiq (ə):

Bir kişi üç il ardıcıl olaraq Allahdan ona bir oğul nəsib etməsini diləyib dua edirdi. Lakin uzun zaman idi ki, onun duası qəbul olunmurdu. Bir gün kişi çox məyus olub, üzünü Allaha tutaraq belə deyir: «İlahi! Mən Səndən uzaq olduğuma görə məni eşitmirsən, yoxsa mənə yaxınsan, ancaq duamı qəbul etmirsən?». Kişi gecə yatır və belə bir yuxu görür. Bir nəfər yuxuda ona yaxınlaşıb bu sözləri deyir: «Əslində, sən üç ildir, Allaha pis sözlər danışan dilinlə, sözə qulaq asmayan qəlbinlə, haram işlərdən çəkinmədən və səmimi olmayan niyyətinlə dua edirsən. Gərək pis söz söyləməkdən əl çəkəsən ki, qəlbin saflaşsın və niyyətin düz olsun». Bu yuxunu görəndən sonra, kişi öz əməllərini düzəldir, qəlbi saflaşır və o, yenidən Allaha dua edib övlad istəyir. Bir müddət sonra onun bir oğlu dünyaya gəlir.

İmam Sadiqdən gözəl rəvayətlər

İmam Sadiq (ə):

İmam Sadiq bir dostu ilə bazara gedirdi. Onların arxasınca İmamın dostunun köləsi də gəlirdi. İmamın dostu düz, üç dəfə arxaya dönüb köləsini çağırdı, lakin onu görmədi. Yalnız dördüncü dəfə arxaya dönəndə o, köləsini görüb belə dedi: «Harada idin, ey zinadan doğulan adam?». İmam Sadiq bunu eşidən kimi dostuna bunları söylədi: «Sən onun anasını zinakarlıqdamı ittiham edirsən? Mən səni yaxşı insan kimi tanıyırdım. Sən demə, sən də pis əməldən çəkinmirsən!». Dostu İmamın sözlərindən kədərlənib belə dedi: «Qurban olum sənə, köləmin anası Allaha şərik qoşanlardandır!». İmam cavabında belə dedi: «Hər millətin evlənmə (nikah) qayda-qanunları var, bundan xəbərin yoxdurmu?». Yəni hər bir millətin özünəməxsus evlənmə qaydaları var ki, onlar insanları zinadan qoruyur...

İmam Sadiqdən gözəl rəvayətlər

İmam Sadiq (ə):

Yusif Peyğəmbər hökmdar olduğu zaman öz qoca atası Yaqubla görüşür. Yusif atasını qarşılayanda şahlığının şan-şöhrəti onu ələ alır və Həzrət Yusif atasının ayağına atdan düşmür. Elə bu zaman Cəbrail mələk nazil olub, Yusif Peyğəmbərə belə deyir: «Ey Yusif! Ovcunu aç!». Yusif Peyğəmbər ovcunu açanda oradan nur saçaraq göyə yüksəlir. Bunu görən Yusif belə deyir: Ey Cəbrail! Mənim ovcumdan çıxan bu nur nə idi?». Cəbrail mələk ona belə cavab verir: «Sənin nəslindən peyğəmbərlik kəsildi! Qoca Yaqubun ayağına düşməməyinin cəzası kimi sənin nəslindən bir peyğəmbər də olmayacaq».

İmam Sadiqdən gözəl rəvayətlər

İmam Əli (ə):

İnsan sərvətə də, övlada da sahib olsa, nə qohumlarından, nə onların ehtiramından, nə də əl və ya dil ilə onları müdafiə etməkdən çəkinməlidir. İnsana bir müsibət üz verdikdə, pis bir iş baş verdikdə onun başına digər insanlardan daha tez qohumlar toplaşır, ona arxa olur, ona daha çox mehribanlıq göstərir, dərdinə daha çox şərik olurlar. Hər kəs əlini qohum-əqrəbasından çəksə, onlardan yalnız bir əl çəkilib, lakin insanın özündən çoxlu əllər çəkiləcək. Dövlətli olsanız belə, heç vaxt təkəbbürlük edib öz qohumlarınızdan uzaqlaşmayın. Nəbadə, sizlərdən biri yoxsul olduğu təqdirdə, qardaşından kömək görmədiyinə görə ondan uzaqlaşsın!..

İmam Sadiqdən gözəl rəvayətlər

İmam Sadiq (ə):

Bir-birindən küsüb-ayrılan iki şəxsdən biri mütləq Allahın qəzəb və lənətinə layiqdir. Hətta ola bilər ki, onların ikisi də buna layiq olsun. Çünki birində günah olmasa belə, o da qardaşını özü ilə barışığa dəvət etmir və onun söylədiyindən keçmir. İki nəfər bir-biri ilə mübahisə edib, biri digərinə qalib gəldikdən sonra, zülmə məruz qalan şəxs aradakı inciklik və ayrılığın sona çatması üçün ona zülm edənin yanına gedib belə desin: «Qardaş, mən sənə zülm etdim, yəni haqsız mənəm. Çünki Allah-Təala hikmətli və ədalətlidir və məzlumun haqqını zalımdan alır».


Geri dön

Taylor Swift

  • 30 yanvar 2012 11:42
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
TESEKKURLER

Mary

  • 30 yanvar 2012 11:23
  • Məqalə: 4
  • Şərh: 265
  • Bal:
{awards}
TESEKKURLER

music_angel

  • 5 sentyabr 2011 17:14
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_RONALDO_

  • 29 may 2011 14:47
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
allah razi olsun gozel ve deyerli xeber ucun

--------------------

Inciciceyi

  • 27 may 2011 10:37
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

KRiPToS

  • 27 may 2011 10:33
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
İmam Sadiq (ə):

Bir-birindən küsüb-ayrılan iki şəxsdən biri mütləq Allahın qəzəb və lənətinə layiqdir. Hətta ola bilər ki, onların ikisi də buna layiq olsun. Çünki birində günah olmasa belə, o da qardaşını özü ilə barışığa dəvət etmir və onun söylədiyindən keçmir. İki nəfər bir-biri ilə mübahisə edib, biri digərinə qalib gəldikdən sonra, zülmə məruz qalan şəxs aradakı inciklik və ayrılığın sona çatması üçün ona zülm edənin yanına gedib belə desin: «Qardaş, mən sənə zülm etdim, yəni haqsız mənəm. Çünki Allah-Təala hikmətli və ədalətlidir və məzlumun haqqını zalımdan alır».Təsəkkur edirəm !!! fellow

--------------------

_RONALDO_

  • 26 may 2011 18:18
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TWKLER BIR IKISINI OXUDUM MARAQLI IDI ALLAH RAZI OLSUN

--------------------

MY LOVE ZZ

  • 26 may 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
cox gozel tewekkurler bele xeberler tez tez olsun saytda

R.M_FaNaTka

  • 26 may 2011 16:25
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
allah razi olsun gozel ve deyerli xeber ucun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}