
Göylərin mənzərəsi
26 yanvar, çərşənbə, XXII Ay günü, Günəş – Dolçada, Ay – Əqrəbdə, Merkuri – Oğlaqda,
Venera – Oxatanda, Mars – Dolçada, Yupiter – Qoçda,
Saturn – Tərəzidə, Uran –Balıqlarda, Neptun – Dolçada, Pluton – Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Səhhətinizə qarşı diqqətlıi olmalısınız. Tələsik gördüyünüz işləriniz alınmır. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız yoxdursa da, uğur qazanacaqsız.
Buğa - Gücünüzdən səmərəli istifadə etsəniz, işləriniz alınacaq. Səhhətinizə diqqəti azaltmayın. Sevgi münasıbətlərinizdə anlaşılmazlıqdır. Maddi durumunuzun məsələlərini yaxın adamlarla birgə həll etməlisiniz.
Əkizlər - Gücünüz çoxdur. Səhhətiniz sizin üçün problem yaratmır. Maddi imkanlarınızı artırmaq üçün çox çalışmalısız. Bir qədər də dözməlisiniz. Hələ ki, istədiyinizi əldə edə bilmirsiniz.
Xərçəng - Səhhətiniz sizin üçün problem yaratmır. Biznes fəaliyyətiniz üçün istədiyinizdən də yaxşı vəziyyət yaranıb. İndi o vəziyyəti idarə etmək sizin öhdənizdədir.
Şir - Səhhətinizə qarşı diqqətli olmalısınız. Əsas fəaliyyətinizdə əgər yarı yolda ruhdan düşməsəniz, bu gün də işləriniz alınmayacaq. Cəmiyyət qarşısında hörmətinizin artmasına baxmayaraq, maddi durumunuz pis olaraq dəyişməz qalır.
Qız - Səhhətinizdən ciddi şikayətiniz yoxdur. Gücünüzdən səmərəli istifadə edin. Maddi durumunuzu yaxşılaşıdrmaq yönündə çalışın. Əməli nəticələriniz olmasa da, cəsarətli cəhdləriniz bəhrə verə bilər.
Tərəzi - Gücünüz çoxdur. Özünüzü sağlam hiss edirsiniz. Gücünüzə inamınız olmadığından, qarşınızı kəsən bir sıra maneələri aşmaq üçün özünüzdə təpər tapa bilmirsiniz. Bəlkə də bu daha yaxşıdır.
Əqrəb - Maddi durumunuzu yaxşılaşdırmaq imkanından istifadə etməlisiniz. Alınmasa da, ciddi-cəhdləriniz təqdirəlayiqdir. Sevgi məsələləri isə dəyişməz qalır.
Oxatan - Səhhətiniz problemlidir. İşləriniz alınır. Əsəbi ovqat qanınızı qaraldır, işlərinizə mane olur. Özünüzü ələ almağı bacarın. Sevgi və biznes əlaqələrinizdə uğur var.
Oğlaq - Səhhətiniz sizin üçün problem yaratmasa, qarşıya qoyduğunuz planları gerçəkləşdirəcəksiniz. Gücünüzdən səmərəli istifadə etsəniz, bütün işləriniz qaydasında olar. Savadınızı çoxaldın.
Dolça - Səhhətiniz sizin üçün problem yaradacaq. Əsas işləriniz alınmır. Zəkanızın itiliyinə baxmayaraq, məişət dolanbaclarında azıb qalmısınız. Sevgi münasibətlərində hər şey gün kimi aydındır.
Balıqlar - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İşləriniz istədiyiniz kimi yaxşı alınmır. Əldə etmək istədiyinizin heç birini götürə bilməyəcəksiniz.