İlk görüşdə ən çox buraxılan 7 səhv

 
İlk görüşdə ən çox buraxılan 7 səhv

İlk görüş insan həyatında yaşanan ən önəmli məqamlardan biridir.
İstəyirsiniz ki, birinci görüşünüz ikinciyə çevrilsin? “Aysel” jurnalı ilk görüşdə ən çox
yayılan səhvlərdən qaçmağı və özünü necə düzgün aparmağı açıqlayıb.


Birinci səhv: geyim
İlk görüşə çox dəbdəbəli geyinmək lazım deyil, yadınızdan çıxarmayın ki, siz kraliça Yelizaveta ilə nahar etməyə yox, oğlanla görüşə gedirsiniz. Hündürdaban tufli və kokteyl libası klub və ya restoran üçün uyğundur, dənizkənarı parkda gəzmək üçün yox. Belə ayaqqabı, əlbəttə ki, ayaqlarınızı daha uzun və cəlbedici göstərəcək, əgər gəzinti çox sürəcəksə, yaxşı olar ki, rahat ayaqqabı geyinəsiniz.

İkinci səhv: qadağan olunmuş mövzular
Şahzadə - rəfiqəniz deyil, buna görə ona keçmiş şahzadələrin öhdəsindən necə gəldiyinizi danışmaq məsləhət görülmür, bəzi hekayələr çox gülməli olsa belə. Yeri gəlmişkən, münasibətləriniz davam etsə, ikinci və üçüncü görüşlərə qədər çatsa, keçmiş sevgililər haqqında yenə də söz açmayın, elə təsəvvür edin ki, onlar heç olmayıb. Əgər söhbət dayanırsa və uzun fasilə yaranma ehtimalı varsa, ona suallar verməyə başlayın, məsələn, hobbi, səyahət, musiqi, ifaçılar, filmlər və s. haqqında.

Üçüncü səhv: nəzarəti itirməyin
Adətən deyirlər ki, kişilər səfeh qadınları bəyənir. Buna görə xanım istədiyi bəyi ələ almaq üçün özünü gülünc vəziyyətə salmağa başlayır. Lazım gəlsə də, gəlməsə də gülür, Amerikanın paytaxtına Vaşinqton əvəzinə Nyu-York deyir və istədiyinə nail olur. Bəy fikirləşir ki, xanım səfehdir və bütün gözəlliyinizə baxmayaraq ciddi münasibətlər haqqında unudur. O zaman siz hörmətdən düşürsünüz. Əslində, kişilər həmişə yanında dərrakəli xanımın olmasını arzu edirlər. Əgər siz düşüncəli, oxumuş və bir az şıltaq olsanız, şahzədənin ömürlük sirdaşına çevrilə bilərsəniz.

Dördüncü səhv: Hərəkətlər
Əgər dostunuz çox gülməli lətifə danışırsa, bütün restoranın bunu bilməsi vacib deyil, yəni gülməkdən masanın altına girmək, bahalı çay servizini sındırmaq və at kimi kişnəmək vacib deyil. Çalışın emosiyalarınız çərçivədən kənara çıxmasın. Bir-iki dəfə yüngülcə gülün, qızarın yetər. Mədəni olmaq, həmçinin əlinizlə yeməmək, salfetlərdən istifadə etmək və söyüş söyməməkdir, ən azından ətrafdakılar eşitməsin. Bundan əlavə, qızlardan xahiş olunur ki, «kim daha güclü gəyirəcək» müsabiqəsində iştirak etməsin, onsuz da bunu kişidən möhkəm edə bilməyəcəksiniz, üstəlik, sizin haqqınızda təsəvvür ürəkaçan olmayacaq.

Beşinci səhv: inam
Bəzi qadınların özünə qarşı kompleksləri olur: mən kökəm, sifətimin rəngi solğundur, bu geyim rəngimi açmadı, siyahını davam etdirmək də olar. İlk növbədə görüşə getməmişdən əvvəl güzgüyə baxıb "mən gözələm və o mənim qarşımda diz çökəcək" deməlisiniz. Geyiminizin rəngli olmasına çalışın, çünki qara və ya boz çalarlar əhvalı korlayır. Yerişinizə xüsusi diqqət yetirin, oğlanlar düz, qürurlu və inamla addımlayan qızları sevir. Və əlbəttə, gülümsəyin, bir şərtlə ki, 32 dişinizin hamısı görünməsin, onlar ağappaq olsa belə.

Altıncı səhv: vaxtı-vaxtında
Dünən söhbətləşib qərar vermisiniz ki, sabah saat yeddidə görüçəcəksiniz. Görüşə bir az (maksimum 20-30 dəqiqə) gecikmək mütləq lazımdır. Unutmayın ki, siz prezidentlə yox, sevgilinizlə görüşə gedirsiniz. Tutalım vaxtında gəlmisiniz və o yoxdur, telefonu götrüb "Sən ordasan?" -soruşursunuz. "Xeyr, beş dəqiqəyə çatıram" - deyərsə, "Ok, mən də bir azdan yaxınlaşacağam" deyin. Bu sözləri deyib oradan uzaqlaşın. On beş dəqiqədən sonra qayıdın, lakin üzünüzdəki ifadə bunu bildirməməlidir. Yadda saxlayın: gözləyən oğlan, gözlədənsə qız olmalıdır.

Yeddinci səhv: səhvləri yada salmaq
Tutalım ilk görüş başa çatdı və hər ikiniz müvəffəqiyyətlə evə getdiniz. Yol boyu qətiyyən harada ona pis cavab verdiyinizi, söhbətin harasında fasilənin uzun sürdüyünü, indi onun haqqınızda nə düşündüyünü yadınıza salmayın. Bütün bunlar boş şeylərdir və narahatlığa səbəb yoxur. Fikirlərinizi yaxşıya doğru yönəltsəniz şahzadə sizin olacaq. Lap çalışsanız atla da gələ bilər.
Görüşün sonunda ilk olaraq yenidən görüşməyi təklif etməyin.
Bu halda hətta müsbət cavab alsanız belə, görüş çox güman ki, baş tutmayacaq.


Geri dön

_RONALDO_

  • 29 may 2011 14:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tsk ediyorum

--------------------

_DENIZKA_

  • 27 may 2011 14:40
  • Məqalə: 25
  • Şərh: 241
  • Bal:
{awards}
Twk xebere gore laughing

Inciciceyi

  • 27 may 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

naz

  • 26 may 2011 21:36
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
maraqli idi...TSK

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

Sweet life

  • 26 may 2011 19:23
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
Menasiz xeber!!! am

--------------------

_RONALDO_

  • 26 may 2011 18:09
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWKLER MARAQLI XEBERDI MUELLIFLE RAZIYAM

--------------------

nilayka

  • 26 may 2011 17:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
hmm tewekkurler dosi maraqli idi

--------------------

gulshen

  • 26 may 2011 16:57
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
tesekkurler

Memmedzade_Mesume

  • 26 may 2011 16:50
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
tsk ediyorum

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}