Ölümə qədər və ölümdən sonra mövcud olan həyat

 
Ölümə qədər və ölümdən sonra mövcud olan həyat

İnsan həyatını bir neçə mərhələyə bölmək olar.
Birinci mərhələ: Zərr aləmidir Hədislər bu aləmi bizə belə izah edir: «Bu aləm insanların ruhlarının yaşadığı aləmdir. İnsanların ruhları orada bir-birini görür. İnsanların ruhları sonra gəlib cisimlərlə tərkib tapır və insan bir mövcud halında, Allahın yaratdığı məxluq kimi dünyada yaşayır.

İkinci mərhələ: Ananın bətnidir. İnsanlar bir müddət orada yaşadıqdan sonra üçüncü aləmə daxil olurlar.

Üçüncü mərhələ: Dünyadır. İndi biz bu aləmdə yaşayırıq. Şübhəsiz ki, bu aləmdən də köçüb başqa aləmə səfər edəcəyik. Hər bir insan qarşıda müxtəlif mərhələdən keçəcək. Onu gələcəkdə çox çətin vəziyyətlər gözləyir. O hadisələri görməyə, o halları keçirməyə, o mərhələlərə daxil olmağa insan özünü hazır etməlidir. Bunlara hazır olanlar böyük nailiyyətlərə çatacaq. Hazır olmayanlara isə həyatda çox böyük zərbələr dəyəcək. Bizim, gələcəkdə üzləşdiyiz aləmlər, yeddi əsas mərhələdən ibarətdir. Bunlar ölüm, qəbir, nüşur, mizan, hesab və kitabdan ibarətdir.

Birinci: Ölümdür.
İnsan istədi-istəmədi və gözləmədiyi halda onu haqlayan mərhələ ölüm mərhələsidir. Bu barədə «Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: «Bütün insanlar ölümü dadacaq, sonra isə bizə tərəf qayıdacaqlar.»
«Nisa» surəsinin 78-ci ayədə buyurulur: «Harada olsanız, ölüm sizi haqlayacaq. Baxmayaraq ki, möhkəm və alınmaz qalalarda yaşıyasınız.»
«Ali-İmran» surəsinin 145-ci ayədə buyrulur: «Heç bir insan Allahın icazəsi olmadan ölə bilməz. İnsanların yaşaması üçün müəyyən vaxt təyin olunub ki, o təyin olunan vaxta qədər onlar dünyada qalacaqlar».
Digər ayədə buyurulur: «Cihadda iştirak etməyən münafiqlər müharibədə şəhid olanları (məzəmmət) edərək «biz onlara dedik getməyin. Onlar isə bizim sözümüzə baxmayıb gedib müharibədə iştirak edərək öldürüldülər»- deyirdilər. Ya Peyğəmbər! onlara de ki, siz düz deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın. Siz ölümdən qaça bilməyəcəksiniz. Ölüm sizi tapacaq».
«Cümə» surəsi, 10-cu ayə: «Siz qaçıb, uzaqlaşdığınız ölümlə nəhayət ki, görüşəksiniz. Sonra isə Allaha tərfəf qayıdacaq və etdiyiniz əməlləri sizə xəbər verəcəklər».
Əli (ə) buyurur: «Siz ölənlərin nələr gördüklərini görsəydiniz qorxudan özünüzü yığışdırıb haqqı dinləyib itaət edərdiniz. Amma heyiflər olsun ki, onların gördükləri sizlərə qaranlıqdır. Lakim yaxın gələcəkdə bu pərdə sizin gözünüzdən götürüləcəkdir.»
İslam Peyğəmbəri (s) buyurur: «Əgər heyvanlar sizin ölüm haqda bildiyinizi bilsəydilər istifadə etmək üçün onlardan yağ əldə edə bilməzdiniz.» Bir gün olacaq ki, günəş çıxdığı yerindən batacaq. Bu gün insanların qarşısında olan ən çətin anlarından və keçəcəyi ən ağır mərhələlərindən biridir.
İkinci: Qəbir və bərzəxdir.
İnsan öldükdən sonra qoyulduğu yer qəbir, öləndən sonra yaşadığı həyat isə bərzəxdir.
«Möminun» surəsinin 100-cü ayəsində duyrulur: «Onlar qarşıda Qiyamətə qədər bir müddət Bərzəx aləmində yaşayacaqlar».
Peyğəmbər (s) buyurur: «Axirətdə olan mənzillərin əvvəlincisi qəbirdir. Orada nicat tapanlar üçün sonrakı mənzillər rahat olacaq.»
Buyurulur: Ruh bədəndən ayrılanda insana üç nida gəlir: Ey adəm övladı hanı o güclü bədənin? İndi gör necə zəifləmisən. Hanı o yalan danışan dilin? İndi gör necə susmusan. Hanı o yoldaşların ki, səni bu vəhşətin içində tək qoyublar?
Kəfənə bürünərkən yenə üç xitab gələr: Ey adəm övladı, çox uzaq səfərə gedirsən, amma özünlə heç nə aparmırsan. Öz evindən çıxırsan. Həmişə evdən çıxarkən yenə qayıdardın. Amma bu dəfə bir daha qayıtmayacaqsan. İndi qorxulu və qaranlıq bir evə gedirsən.
Tabutun içinə qoyub apararkən də üç xitab yetişər: Ey adəm övladı, əgər yaxşı əməllərin çoxdursa, onda xoş halına.
Meyit namazı qılınmağa başlanarkən deyirlər: Ey Adəm övladı, indi elə bir vaxtdır ki, bütün əməllərini görəcəksən.
İnsanı qəbirə qoyanda da üç xitab gələr: Ey adəm övladı yer üzündə gəzərkən gülə-gülə gəzirdin, yerin altına daxil olarkən bəs niyə ağlayırsan? Yer üzərində çox şad gəzirdin, indi qəmginsən. Yer üzündə danışa-danışa gəzirdin, söhbət edirdin, indi isə sakit olmusan.
Onu dəfn etdikdən sonra hamı dağılışıb gedər. Allah özü ona belə xitab edər: Ey Mənim bəndəm gördün ki, hamı getdi və indi burada tək qaldın. Səni bu qaranlıq torpağın içində qoyub getdilər. Onlara görə (onların ucbatından) Mənə günah edirdin? Onlara görə yalan danışırdın? Günah qalmırdı, haram qalmırdı, qarışdırırdın bir-birinə. Mən bu gün sənə rəhm edəcəyəm, elə bir rəhm edəcəyəm ki, bütün insanlar təəccüb edəcək. Ana balasını nə qədər sevirsə, ondan da çoxdur mənim sənə olan məhəbbətim. Sən mənə günah edirdin onlara görə. Amma, mən səni bağışlayıram səni istəyirəm, səni sevirəm.
Həzrət Əli (ə) qəbristanlığa daxil olur. Hamı görur ki, Əli ölülərlə danışır.
Ravi deyir ki, gördüm Əli (ə) səsləndi:
- Ey mömin kişi və qadınlar salam olsun sizə. Cavab gəldi:
- Əleykəssəlam ya Əmirəl-Möminin!
Həzrət buyurdu ki, əvvəl mən sizə öz xəbərlərimdən danışım, yoxsa siz mənə orada olan xəbələrdən danışırsınız?
Cavab gəldi ki, ya Əmirəl-Möminin, sən öz xəbərlərindən danış.
Əli (ə) buyurdu:
- Həyat yoldaşlarınız sizdən sonra ailə həyatı qurdular. Mallarınızı vərəsələrə payladılar, böldülər, yedilər. Övladlarınız isə yetimlər sırasına qoşuldular. Düşmənləriniz də gəlib evlərinizdə oturdular. Bu bizim xəbərlər idi. İndi də siz öz xəbərlərinizi deyin!
Biri cavabında həzrətə dedi:
- Ya Əmirəl-möminin, burada bizə bükülən kəfənlər parçalandı; dərilərimiz parçalandı, çürüdü; gözlərimizin bəbəyi üzümüzdən axıb torpağa töküldü; beynimiz çirk olub ağzımızdan, burnumuzdan, qulaqlarımızdan töküldü. Amma bura nə göndərmişdiksə, gəlib gördük ki, hamısını saxlayıblar. Namazlarımız, oruclarımız, ibadətlərimiz, Quranımız, təqvamız, yaxşı və pis olan bütün əməllərimizi saxlayıblar. Onların hamısını gəlib gördük. Günahlarımızı görüb başa düşdük ki, ziyan etmişik. Biz əməllərimizdən asılıyıq. İndi Allahın rəhmətindən başqa heç nəyə ümüdümüz yoxdur.
Üçüncü: Nəşrdir (dirilmək).
Yəni dünyanın axırında Allahın əmri ilə iki dəfə sur çalınacaq. Buna Suri-İsrafil deyilir.
1-ci dəfə çalınanda bütün dirilər öləcək.
2-ci dəfə çalındıqda isə hamı diriləcək və qiyamət başlayacaq.
Bu hadisəni Quran «Zumər» surəsinin 68-ci ayəsində belə buyrur: «Sur çalınarkən yerdə və göydə olan bütün canlılar Allahın izni ilə öləcək. İkinci dəfə sur çalındıqda isə onlara dirilmək haqqında nida gələcək və onlar hamısı dirilib hesabın çəkilməsini gözləyəcəklər ».
«Yasin» surəsinin 51-ci ayəsində buyrulur: «İkinci dəfə sur çalındıqda bütün insanlar qəbirdən durub dəstə-dəstə Allaha tərəf-məhşər səhnəsinə gedib orada hazır olacaqlar. Çəyirtkələr səpələndikləri kimi, onlar da pərakəndə düşəcəklər. Sonra isə gedib hesabat verəcəklər.»
«Əbəsə» surəsinin 33-cü ayəsindən 42-ci ayəsinə kimi olan fasilədə buyurulur: «Sur çalındığı gün elə bir gün olacaq ki, qardaş-qardaşını tanımayacaq. Bala atadan və anadan ayrılacaq. İnsan öz yoldaşından ayrılacaq, ata, ana, öz balasını atıb, qaçacaq. Hərə öz hayında olacaq. Bəzi üzlər şad olacaq, güləcək. Bəzi üzlər isə qəm-qüssədə qalacaq. Onlar fasid və kafir insanlardır.»
«Həcc» surəsinin 1-ci və 2-ci ayələrində buyurulur: «Ey insanlar, Allahdan qorxun. Qiyamət gününün zəlzələsi çox böyükdür. Bilirsiniz anaya balası nə qədər əzizdir? Qucağına alıb boyunu oxşaya-oxşaya, başını sığallayaraq ona süd verir. Dünyanın bütün cah-cəlalını ona versən də balasının bir barmağını belə verməz. Ana üçün övladdan şirin heç nə yoxdur. Öz canının şirəsini balasına yedirir. Qiyamət günü elə bir gündür ki, hətta həmin analar belə öz körpələrini atıb qaçacaq, öz haylarında olacaqlar. Əgər bir qadın hamilə olsa, uşağını salıb öz işinin dalınca qaçacaq. Bütün insanları gic, məst halında görəcəksiniz. Onlar məst deyillər bəlkə Allahın əzabı şiddətlidir.»
«Müzzəmmil» surəsinin 17-ci ayəsində buyurulur: «Qiyamət elə bir gündür ki, qiyamətin səhnəsini gördükdə uşaqlar qocalacaqlar, qəm-qüssədən və qorxudan başları ağaracaq».
Əli (ə) özünün «Nəhcül-Bəlağə» kitabının 156-cı xütbəsində buyurur: «Ey Allahın bəndələri əməllərin üstünün bir-bir açılıb məhkəmə başlanacağı o gündən qorxun. Onda iztirab çoxalacaq. Fikirdən uşaqlar qocalacaq.» Məhşər belə gündür.


Geri dön

RoMaNTiK SerSeRi

  • 19 fevral 2012 00:34
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

sevgi yalandir

  • 27 sentyabr 2011 18:13
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tsekur edirem

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

music_angel

  • 11 sentyabr 2011 13:31
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

music_angel

  • 5 sentyabr 2011 17:15
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_RONALDO_

  • 29 may 2011 14:40
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkkurler

--------------------

Inciciceyi

  • 27 may 2011 09:10
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ölümsüz Aşk

  • 26 may 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
ALLAH razi olsun

_RONALDO_

  • 26 may 2011 19:49
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkkurler

--------------------

R.M_FaNaTka

  • 26 may 2011 19:18
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
axira kimi oxumadim twk

--------------------

Poppy

  • 26 may 2011 19:08
  • Məqalə: 79
  • Şərh: 692
  • Bal:
{awards}
tesekkkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}