Atalar sözləri

 
Atalar sözləri

*Xoşbəxtlik dürüstlüklə gəlir.
*Sevginin sərhədi yoxdur.
*Xoşbəxtlik oğurlayan xoşbəxt ola bilməz.
*Ədalətsizliyə qarşı gəlmək cinayətdirsə,susmaq edamdır.
*Döyüş yazan qələm,sülh yaza bilməz.
*Dünyanı qurtarmaq istəyirsənsə,cahili yox et.
*Özünü bir şey hesab edən,heç bir şey deyil.
*Bir ölkə bir gəmi kimidir,yelkənləri nə qədər bəzənsə bəzənsin,altı möhkəm olmadıqdan sonra batar.
*İtin sahibinə sadiqliyi,düşmənin sümüyünü bağlayana qədərdir.
*Cahilin beyninin yaşı olmaz.Çünki həmişə kiçik qalacaq.
*Pis şeylərə vermiş olduğumuz səyin 1%-ni yaxşılıqlara vermiş olsaydıq,dünyanı pisliklərlə deyil,yaxşılıqlarlar doldurardıq.
*Çökdüyünüz yerdən qalxmaq istəyirsinizsə,kürəyinizdəki gərəksiz yükü atın.
*Düz ağaca,ancaq dürüstlər dırmaşa bilər.
*Cəmiyyətdə və ailədə yer əldə etmək istəyirsənsə,özünü gücsüz göstərmə.
* Dərd əldə etmək istəyirsənsə cahilləri düşün.
*Heyvanlar insansız yaşayarlar amma, insanlar heyvansız yaşaya bilməzlər.
*Sevginin necə hiss olduğunu dadmaq istəsən ana ol.
*Qorxu görünməyən bir düşməndir.
*Səhvlər saxlanılaraq deyil,aradan qaldırılaraq yox edilər.
*Hər insana bənzəyən insan deyil.
*Pisləri düşünməmənin tək yolu,dəli olmaqdır.
*Eşq şirin bir həsrətlikdən başqa bir şey deyil.
*Hər kəs öləcəyinə inansaydı, kimsə döyüşməzdi.
*Hər könüldə açan gül olsaydı,ürəyimdə böyük bir bağça olmuşmuş idi.
*Dünya ancaq din,irq və cəhalətlik virusu yox edildiyində rahatlığa qovuşar.
*İnsanların dincliyə qovuşması üçün,ya sərhədləri qaldırıb, tək bir ölkə qurulmalı,ya sərhədlər bağlanılaraq,hər kəsin öz ölkəsində yaşamaları təmin edilməlidir.
*Hər insan öz beynini istifadə etdiyi müddətcə insandır.
*Hər insanın özünə və ölkəsinə edə biləcəyi ən böyük pislik,cahil qalmasıdır.
*Özü üçün işini bilməyən,başqaları üçün işə məhkumdur.
*Bir kimsə nə qədər çox həyatını başqalarıyla paylaşsa,o qədər həyatı yarımdır.
*Səndən məlumatlı və bacarıqlıdan bir şeylər öyrənməyə çalış.Amma onlarla yarış etməkdən və təqliddən qaçın.
*İnsan olmanın yolu mədəniyyətdən və təhsildən keçər.
*Anaların özlərinə edə biləcəkləri ən böyük pislik ana olmaqdır.Eyni zamanda da özlərini məhrum buraxacaqları ən gözəl varlıq da ana olmamaqdır.
*Eşq bir alovdur.Əvvəl yandırar,sonra sönər.
*Ağıllı bir kimsə özünə yoldaş.Ağılı çatmayan da arxa-daş seçər.
*Əxlaq gözəlliyi çirkinliklərin dərmanıdır.
*Yanğına su tökməyən yanmağa məhkumdur.
*Dostların sözüylə yaralanmaqdansa,düşmənin gülləsiylə ölməyi seçərəm.
*Beyin bir dəryaz kimidir.Nə qədər itilərsənsə,o qədər rahat qoparar.
*Alimlər cahilləri yüksəltmək istəyərlərkən,cahillər onları öz səviyyələrinə salmağa çalışarlar.
*Bir kimsə dostuna nə qədər sirr versə versin,ən gizliləri içində qalar.
*Bir kimsə iddiasından haqlı çıxacağı üçün deyil,haqq edəcəyi bir iddianı müdafiə etməlidir.
*Bu gün birinə qarşılıqsız mal verən,sabah qarşılığında can istəyə bilər.
*Bir işin istədiyin kimi olmasını istəyirsənsə,özün et.
*Bir dost qazanmağa bir ömür çatmaz.Amma bir dünya düşmən qazanmağa bir an yetər.
*Bir kimsənin düşüncələrini yox etmək bir ordunu yox etməkdən daha çətindir.
*Başqasının malını hesablayanın,cibi daim boş qalar.
*Bir ordunun poza bilməyəcəyi dostluğu,sadə bir davranış poza bilər.
*Beyinlə evli olmayan, daim subaydır.
*Yaxşılar pisləri yaxşı yola sövq etməyə çalışarlarkən,pislər yaxşılara quyu qazarlar.
*Qısqanc yoldaşlar əsla işsiz qalmayan dedektiftirler.Çünki ömürlərini davamlı yoldaşlarını izləyərək keçirərlər.


Geri dön

Narka E-ZaDe

  • 26 avqust 2011 12:58
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
*Pisləri düşünməmənin tək yolu,dəli olmaqdır.
*Eşq şirin bir həsrətlikdən başqa bir şey deyil. winked

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_RONALDO_

  • 3 aprel 2011 13:30
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler=)lazimli sozlere gore

--------------------

NASTY ANGEL

  • 7 fevral 2011 19:58
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
tesekkurler
tongue

MiKoLaDka

  • 15 avqust 2010 15:41
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
thank you

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

STORM MEN

  • 13 avqust 2010 21:51
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqlı xəbər idi.Xəbərə görə çox sağol.

--------------------

Ulya

  • 12 avqust 2010 19:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel sozler idi.tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 65

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}