Astral Səyahət

 
Astral Səyahət

Astral səyahət və ya şüur proyeksiyası bir sıra prosedurlardan sonra ruhun bədəni tərk edib şüurlu şəkildə idarə olunmasıdır. Astral səyahətə çıxmaq qabiliyyəti hər bir insanda vardır, sadəcə bundan istifadə etmək bir qədər çətindir. İnsan bədəni 2 hissədən ibarətdir: canlı fiziki bədən və enerjidən ibarət olan astral bədən. Astral bədənlə fiziki bədən bir-birilə gümüşü ip (bədəndəki 7 enerji mərkəzindən biri olan göbək çaxarasında yerləşir) ilə bağlıdır və bu bağlılıq aradan qalxarsa, ruh bədəni həmişəlik tərk edər (yəni, insan ölür) Gümüşü ipin qopması astral səyahət zamanı deyil, yalnız ölüm hadisələrində baş verir. Astral bədən də duyğu orqanları vardır ki,onlar fiziki bədəndəkindən daha güclü hissetməyə malikdir. Səbəb isə fiziki bədəndə olan xəstəlik və problemlərin astral bədənə keçməməsidir. Astral səyahət ruhun fiziki bədəndən ayrılaraq cisimlərdən kənar, yalnız düşüncənin hakim olduğu bir yerdə mövcud olmasıdır. Hər yatdıqda da insanın astral bədəni ayrılaraq uzaqlaşır, lakin insan yatdıqda şüurunu itirdiyi üçün bunu hiss edə bilmir. Yuxunun görülməsi də elə bununla izah olunur.

Arzu və xəyallar düynası (və ya paralel dünya)
İlk dinlərdən bu günə qədər gəlib çıxmış paralel dünya anlayışı vardır ki, burada yalnız insan qorxu və düşüncələri ilə tək qala bilər. Həmçinin bu bölgədə cinlərin də olduğu deyilməkdədir. Lakin həmin cinlər hər zaman səyahət edənin qarşısına çıxmaz, çıxsa belə nəzərə almaq lazımdır ki, bütün bunlar ‟beyin oyunu”dur, elə həmin an başqa bir şey düşünərək digər varlıqlardan uzaqlaşmaq mümkündür. Bir çox hallarda səyahətə çıxmazdan əvvəl nəyi niyyət edərsəniz və ya düşünərsəniz onunla qarşılaşma halı daha çox mümkündür. Astral səyahətdə ziyarət etdiyiniz insan sizinlə eyni psixi gücə malikdirsə, gəldiyinizi anlaya bilər. Eləcə də bu aləmdə siz hər şeyi, hətta özünüzü də fərqli şəkildə görə bilərsiniz. Məsələn, bir çoxları yuxuda öz evlərini başqa bir formada görürlər, bu tip yuxular da həmin paralel dünyadakı fərqli şəkildə gördüklərinizdir. Bəziləri isə yuxuda gördüklərini bir neçə gün sonra həyatda yaşayır, bu da astral bədənin həqiqətən də müxtəlif zaman və məkanlarda gəzə biləcəyinin göstəricisidir. Narkoz qəbul etmiş bəzi insanların da ayıldıqları zaman gördükləri bütün bunların varlığından xəbər verir. Unutmayaq ki, astral səyahət parapsixoloji bir hadisədir və bunu öyrənən elmi sahə də var: Okkultizm və Teosofiya

Astral ayrılma zamanı etdiyimiz xətalar
1) Gecə sınamaq- bədən və zehin günün bütün yorğunluqlarını atmağa çalışarkən, siz isə zehnin oyaq qalmasını istəyirsiniz. Bu isə mümkün olmayacaq, ilk dəqiqələrdən yatmağa başlayacaqsınız. Ona görə də bədənin yatıb, şüurun oyaq qalmasını istəyirsinizsə, yorğun olmadığınız vaxtı seçin.
2) Qorxmaq- ən çox rast gəlinən ‟geri qayıda bilməmək” qorxusu sizə ən böyük maneədir. Qorxularınızı aşkara çıxardıb onlardan qurtulmağa çalışın. Praktikalardan məlum olmuşdur ki, həyatını azad, qorxusuz və xoşbəxt yaşayan insanlar daha rahat astral ayrılmağı bacararlar, nəinki qorxaq, daim sıxıntılı və fikirli insanlar.
3) Daxili dialoq- konsentrasiya olmaq əvəzinə, öz-özünüzlə danışırsız: ‟görəsən, alınacaq? görəsən, alınsa necə olacaq? birdən mən ayrılandan sonra kimsə axtarsa və ya zəng etsə?” bütün fikirləri atın. Beyninizi təmizləyin, heçnə düşünməyin, tamamilə səssiz qalın. Ancaq bu zaman qulağınıza yüngül sızıltılar gələcək, yalnız dinləyin, fikrinizi başqa yönə dağıtmayın.
4) Bədənə rahatlıq verməmək- unutmayın ki, ayrılmağa çalışarkən gözlər qapalı olmalıdır. Ətrafınızda maqnit dalğası yayan əşyalardan uzaq və tənha məkan seçin. Həmçinin, nəyisə düşünərkən belə beyindən dalğalar yayılar. Onu da qeyd edək ki, bədənin açıqda olmağı (üst paltarsız) daha rahat olacaq, geyimli olduqda isə iş biraz çətinləşəcək.
5) Səbirsizlik- astral səyahəti gerçəkləşdirmək üçün böyük səbr və iradə lazımdır, çünki asan baş verən iş deyil, aylar və illərlə belə məşqləriniz davam etməsinə baxmayaraq nəticə almamaq da mümkündür. Bəzi insanlar isə ilk həftədən belə imtina edər, astral bədənin mövcudluğuna şübhə ilə yanaşmağa başlayar. Elə insanlar da vardır ki, buna boş yerə illərini sərf edər, çünki onlar işin mahiyyətini və gerçəkləri anlamadan, sırf ‟səyahət etsəm, həyatımı daha da asanlaşdıracam, hər şeyi edə biləcəm” düşüncəsiylə buna cəhd edərlər və əlbəttə ki, alınmaz.

Hazırsınız? Başlayın...
Bədəninizdə artıqlıq edən cisimləri uzaqlaşdırın (məsələn, aksesuar,narahat paltarlar), temperaturunuzu sabit saxlayın. Otağın işıqlandırılmasına diqqət, göz qapaqlarınıza parlaq işıq düşməməli. Başınızı şimal istiqamətində tutun, (yəni şimaldan cənuba doğru, çünki bu istiqamətdə enerji axını vardır) arxası üstə uzanın. Harda olursa, olsun heç kimin narahat edə bilməyəcəyi bir yer olmalıdır. Ağzınızla nəfəs alın (yarımçıq açılmış şəkildə). Gözlərinizi yumun və bu zaman diqqətinizi ancaq bir fikrə yönəldin, sanki bədənin qalxdığını hiss edin, xüsusilə də başınızın 90 ̊-lik, ardıyca isə bədəninizin qalxdığını düşünün, beyninizi aldatmağa çalışın... Səyahətə hazır olduqda isə ürək döyüntüləri sürətlənər, qulağa yüngül səslər gəlməyə başlayar, həmin anda qorxunu uzaqlaşdırmağı bacarsanız, astral ayrılma baş verə bilər. Ən əsas məsələ, səbirli və inamlı olun!

Bir çox insanlar astral ayrılma yaşamaq üçün hipnozedici səs proqramlarından (Brain Wave Generation) , eləcə də digər üsullardan (məsələn, şam, güzgülər və s.) istifadə edərlər. Bunlar səyahətə hazırlıq zamanı müsbət təsir edən əlavə amillərdir. Ümumiyyətlə isə bunun üçün bir çox meditasiya üsulları vardır.


Geri dön

_RONALDO_

  • 29 may 2011 14:39
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Qorxuluduye bu bir az

--------------------

Humay16

  • 27 may 2011 12:27
  • Məqalə: 0
  • Şərh: 309
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

Inciciceyi

  • 27 may 2011 09:08
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twwwwwwwwwwk maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ölümsüz Aşk

  • 26 may 2011 22:44
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
bunlari bilirem yenede maraqli xebere gore təşəkkürlər

_RONALDO_

  • 26 may 2011 20:26
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Qorxuluduye bu bir az

--------------------

_RONALDO_

  • 26 may 2011 19:47
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Qorxuluduye bu bir az

--------------------

lema

  • 26 may 2011 19:34
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
twk...bunu bilirdim :)))

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

R.M_FaNaTka

  • 26 may 2011 19:30
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk............

--------------------

Poppy

  • 26 may 2011 19:20
  • Məqalə: 79
  • Şərh: 692
  • Bal:
{awards}
tesekkurler ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 54
Cəmi: 78

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}