Həzrəti Muhamməd

 
Allahın ən sevimli bəndəsi – Həzrəti Muhəmməd (s.ə.s.)
Bildiyiniz kimi, Uca Allah varlığını və təkliyini insanlara çatdırmaq üçün müxtəlif zamanlarda peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin arasında Həzrəti Muhəmmədin (s.ə.s.) müstəsna bir yeri vardır. Bütün peyğəmbərlər və rəsullar onu mücdələyiblər. Bütün səmavi kitablarda ondan söz açılıb. Yəni bütün elçilər onun mücdəçiləri, nazil olunan kitablar da onun peyğəmbərlərinin şahidləridir.

O, imansızlığın, əxlaqsızlığın, zülmün və cəhalətin bəşəriyyəti bürüdüyü bir zamanda bir hidayət şöləsi kimi gəlmişdir. Peyğəmbərlik qapısı onunla bağlanmış və möhürlənmişdir. O, həm insanlığın, həm də peyğəmbərliyin zirvəsidir. Heç bir qələm onu təsvir, heç bir dil onu vəsf edə bilməz. Daşıdığı «Muhəmməd» adı belə onu vəsf edir. Allah şəxsən onu tərif edərək yaratmışdır. O, «həbib», yəni sevgili məqamındadır.
Allahı tapmaq və Onu tanımaq Həzrəti Muhəmməd (s.ə.s.) və onun getdiyi yol vasitəsilə mümkündür. Yəni Allaha gedən yol Həzrəti Muhəmməddən (s.ə.s.) keçir. Muhəmmədsiz (s.ə.s.) məhəbbət ola bilməz. Necə ki, Qurani-Kərimdə buyurulur: «De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir» (Ali-İmran, 31).

O, başqa peyğəmbərlər kimi bir qövmün, bir millətin deyil, bütün bəşəriyyətin peyğəmbəridir. Cahanın yol göstərənidir. Mömin olan da, kafir olan da onun ümmətidir. Onun missiyasından xəbərdar olub ona boyun əyənlər necə də bəxtiyardılar! Ona «Muhəmmədun Rəsulullah» deyil, sadəcə «Abdullahın oğlu Muhəmməd» kimi baxanlar isə məhvə məhkumdurlar.
Onun həyatı ədəb, nəzakət, yaxşılıq, təmizlik, sevgi, şəfqət, mərhəmət, səmimiyyət, vəfa, dürüstlük və başqa fəzilətlərlə dolu bir həyatdır. Allah-Təala da onu bəşəriyyətə təqdim edərkən: «Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!» (Nun, 4) buyurmuşdur.
Bəli, o, aləmlərə rəhmət olaraq gəldi, sevgi ilə nəzər saldı, mərhəmətlə sinəsini açdı.
İki cahanın günəşi Hz Muhəmməd Mustafanı (s.ə.s.) şəxsən Allah sevmiş, ondan razı olmuş və onun özünü də razı edəcəyini vəd etmişdir. Duha surəsinin 5-ci ayəsində buyurulur: «Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan». Bu da axirətdə ona məqami-mahmudun, yəni şəfaət məqamının veriləcəyinə işarədir. Bir hədisdə Rəsulullah belə buyurmuşdur: «Rəbbim mənə "Razı qaldınmı?" buyurana qədər şəfaət edəcəyəm». Bundan böyük, bundan yüksək bir mərtəbə ola bilərmi?

Belə bir peyğəmbərin ümməti olmaq nə böyük bir bəxtiyarlıq və nə böyük bir şərəfdir. Onun yolu ilə getməyən həmişə ziyan içərisində, fəlakət içərisində olacaqdır. Bəşəriyyətin əbədi səadətə qovuşması ancaq o böyük insanı hər zaman və hər yerdə örnək almaqla mümkündür. O, bizim hidayət səbəbimizdir, xilaskarımızdır. İslamın həqiqətini, həyatın və ölümün zövqünü bizə o öyrətmişdir. Könlümüzdə həmişə ona yer olmalıdır. Onsuz necə yaşaya bilərik? Allah hamımıza onun şəfaətini nəsib etsin.


Geri dön

A.Nicat

  • 16 oktyabr 2011 18:49
  • Məqalə: 10
  • Şərh: 257
  • Bal:
tshkler smile

tshkler smile

tshkler smile

--------------------

music_angel

  • 5 sentyabr 2011 17:16
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_RONALDO_

  • 29 may 2011 14:22
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
çox gözel xosuma geldi teşekkürler

çox gözel xosuma geldi teşekkürler

--------------------

YazYamuru

  • 27 may 2011 23:31
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Deyerli yaziya te$ekkürleeeeeerrr......

--------------------



lider

  • 27 may 2011 19:51
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAHA RAZI OLSUN

_RONALDO_

  • 27 may 2011 19:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
SUPER BEYENDIM ALLAH RAZI OLSUN

--------------------

sebis_86

  • 27 may 2011 19:47
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
çox gözel xosuma geldi teşekkürler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 106

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 536
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}