Oksana nişanını Elşad Xoseyə görə qaytarıb?

 
Oksana nişanını Elşad Xoseyə görə qaytarıb?

Əgər xatırlayırsınızsa, rəqqasə Oksana Rəsulova ötən ilin oktyabr ayında nişanlanmışdı. "Mənim nişanlım əslən yəhudi olsa da, Bakıda doğulub, böyüyüb. Onunla 5 ay öncə Moskvada tanış olmuşuq. Özü Moskvada yaşayır, çünki orada bizneslə məşğuldur", - deyən Oksana özünü dünyanın xoşbəxti hesab etmişdi. Hətta Haqay Avenilovu ən ideal kişi hesab edərək, yalnız ona arxayın ola biləcəyini də vurğulamışdı. Amma nədənsə bu Haqay rəqqasəmizin etimadını itirdi və qızcığaz haradasa 1-2 aydan sonra nişanını geri qaytarmalı oldu. Bu arada, tarixlərə diqqətlə fikir verin!

Düzdür, o vaxtlar O.Rəsulovanın depressiyaya düşməsi xəbərləri də ildırım sürətilə yayıldı, hətta rəqqasənin heç kimi görmək , danışmaq istəmədiyi də açıqlandı. Amma çox keçmədi ki, hər şey geridə qaldı.

... Onları bir yerdə təyyarədən enərkən gördülər. Oksana ilə meyxanaçı Namiq Qaraçuxurlunu. O ərəfələrdə Namiq də sevgilisi Aygündən yenicə ayrılmışdı. Görünür, şou-biznesin bu iki nümayəndəsi bir-birinə dəstək olmaqdan ötrü göyün yeddinci qatına qalxıblarmış. Hər nə isə...

R.Oksana yerə enər-enməz ilk öncə adı Namiqlə hallandı. Bu, təbii idi. Ancaq nədənsə hər şey birdən-birə dəyişildi. Namiq qaldı bir kənarda, reper Elşad Xose araya qatıldı. Beləcə, qızcığazın adı reperlə hallanmağa başladı. Doğrudur, ilk vaxtlar hər ikisi bunu danırdılar, aralarında yalnız dostluq münasibətlərinin olduğunu söyləyirdilər. Amma bu xəmirin çox su aparacağından ehtiyatlanıb, hər ikisi münasibətləri haqda etirafda "bulundular".

Elə bu gün də ATV telekanalında yayımlanan "Gün keçdi" verilişinin qonaqlarından biri Oksana Rəsulova ilə Elşad Xose idi. Onlar haqlarında gəzən şayiələrə aydınlıq gətirdilər və sevgi yaşadıqlarını etiraf etdilər. Söhbət əsnasında Elşad çox maraqlı bir məqama toxundu, beləcə, tamaşaçılar qarşısında rəqqasəyə olan sevgisinin həddini nümayiş etdirmiş oldu: "Bu xanım Rusiyada yaşayıb, Azərbaycandakı məqamlar haqda az məlumatı var. Ona dəfələrlə başa salmışam ki, "rəqqasə" sözünü adının qarşısından götür, sənə pis baxırlar. Nədənsə bizim millət "rəqqasə" sözünü xoşlamır. Əlbəttə ki, söhbət professional rəqqasələrdən getmir, məni hamı başa düşdü, nə demək istədiyimi də anlayan çox oldu. Deyirəm ki, Oksana, qoy səni "Oksana Rəsulova" kimi çağırsınlar. Yaxşı ki, o, hind mahnılarını oynayır, göbəyini açıb, orasını-burasını göstərməklə stollardan pul qazanmır", - deyən Elşad özü də hiss etmədən söhbətində böyük bir səhvə də yol vermiş oldu:

- Biz bir ildir ki, birlikdəyik!


Geri dön

eliza

  • 31 may 2011 12:43
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
tesekurler

_RONALDO_

  • 29 may 2011 14:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH MEHRIBAN ELESIN...TSHK MARAQLI XEBERDIR.

ALLAH MEHRIBAN ELESIN...TSHK MARAQLI XEBERDIR.

--------------------

YazYamuru

  • 28 may 2011 01:18
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee bele deeeee recourse maraqli idi men bilmirdim bildim.

--------------------



naz

  • 27 may 2011 22:27
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
yaxshi tapiblar bir-birini...hec birini xoshlamiram..

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

... Deryam ...

  • 27 may 2011 21:17
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
GUYA ELWAD ALACAQ DA ONU...KEFLERINI SURURLER,CAMAATIDA BOW IWLERLE MEWGUL EDIRLER...

--------------------

Nur_Ay

  • 27 may 2011 21:08
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
ALLAH MEHRIBAN ELESIN...TSHK MARAQLI XEBERDIR.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}