Allahdan günahlarının bağışlanmasını diləmək.

 
  • 12.08.2010, 15:24
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Allahdan günahlarının bağışlanmasını diləmək.

BISMILLAHI REHMANI REHIM
Günahların bağışlanmasını diləmək.
Ali-İmran, ayə 135: "Bir günah iş gördükləri, yaxud zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını diləyənlər...."
Nisa, ayə 110: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağı dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər."
Loğman (ə) (Öz övladına tövsiyə): "Övladım! Məbada, xoruz səndən zirək olsun və sən yuxuda olarkən səhər erkən oyansın və bağışlanmasını diləsin!"
Allahın Peyğəmbəri (s): "Ən yaxşı dua günahlarının bağışlanmasını diləməkdir."
Allahın Peyğəmbəri (s): "Ən yaxşı ibadət istiğfar (günahlarının bağışlanmasını istəmək) etməkdir."
Allahın Peyğəmbəri (s): "Çox istiğfar edin. Çünki Allah istifğarı sizə ona görə öyrətmişdir ki, günahlarınızı bağışlasın."
İmam Əli (ə): "Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid olana heyrət edirəm."
İmam Əli (ə): "Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki, günahlarınızın iyi sizi rüsvay etməsin."
İmam Əli (ə): "Hər kəsə günahlarının bağışlanması diləmək (neməti) verilibsə, əfvdən məhrum qalmaz."
İmam Sadiq (ə): "Bəndə günah iş görəndə, səhər tezdən gecəyə qədər ona möhlət veririk. Əgər günahlarının bağışlanması diləsə, o günah yazılmır."

Allahdan günahlarının bağışlanmasını diləmək.

Əfv diləmək və ruzinin artması.

Hud surəsi, ayə 3: "Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra ona tövbə edin ki, müəyyən edilmiş müddətdə sizə yaxşı ruzi versin və öz fəzlindən hər bir əməl sahibinə mükafatını ehsan buyursun."
Hud surəsi, ayə 52: "Ey camaatım! Rəbbinizdən bağışlanmağı diləyin. Sonra ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətiniz üstünə bir qüvvə də artırsın. Günahkarlar kimi üz döndərməyin."
Allahın Peyğəmbəri (s): "Hər kim çox əfv edilərsə, Allah onun hər qəmi üçün bir fərəc, çətinliyi üçün bir çıxış yolu qoyar."
İmam Əli (ə): "Tövbə etmək ruzini artırar."
İmam Əli (ə): "Tövbə edin ki, ruzi verilsin."

Allahdan günahlarının bağışlanmasını diləmək.

Allaha yaxın insanların bağışlanmaq diləmələri.
Allahın Peyğəmbəri (s): "Bəzən qəlbimi qubar bürüyür və mən bir gündə yetmiş dəfə Allah dərgahından bağışlanmağımı diləyirəm."
Günah işləri davam etdirməklə əfv diləməldən çəkinmək.
İmam Əli (ə): "Günah işləri davam etdirə-etdirə əfv diləməyin özü, yeni günahdır."
İmam Əli (ə): "Kim Allahdan bağışlanmaq dilərsə və yenədə günah iş görərsə, Allahına rişxənd edən kimidir."
İmam Rza (ə): "Kim dili ilə bağışlanmaq diləyib ürəyində (öz günahından) peşman olmasa, özünə rişxənd etmişdir."


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:43
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 19:33
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 18:46
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

MiKoLaDka

  • 15 avqust 2010 15:31
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
twk

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

Ulya

  • 13 avqust 2010 21:14
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fikirlerinize gore her birinize twk

DaMLa

  • 12 avqust 2010 17:06
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Allah bizi günah işləməkdən qorusun. Amin!

--------------------

_Unal_

  • 12 avqust 2010 16:13
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
Eti temi mne ocen nravitsya. sposibo za novosti

--------------------

cinbala

  • 12 avqust 2010 16:10
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Ulu tanridan dileyim budur ki haminin gunahlarini bagislasin.amin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 23
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}