Gənclər 28 Mayı necə qeyd edəcək?

 
Gənclər 28 Mayı necə qeyd edəcək?

Sabah 28 May Respublika Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçiriləcək.
Bir qrup gənc Novxanıya - ulu öndər, respublika quruculuğunun banisi Məhəmməd Əmin
Rəsulzadənin abidəsini ziyarət etməyə gedəcək.
Gənclər bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıblar.

Respublika Günü ilə bağlı “Dalğa” Gənclər Hərəkatı Teyyub Qurbanın “Dönməzlik” romanının
təqdimatını və mərasim keçirəcək. Hərəkatdan “Yeni Müsavat”a
verilən məlumata görə, “Dönməzlik” romanı M.Ə.Rəsulzadənin həyatından bəhs edir.

Təqdimat mərasimində M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə
və romanın müəllifi Teyyub Qurban da iştirak edəcək.
Təqdimat 28 may saat 15:00-da Hövsan-Türkan şossesində yerləşən “Cahargah” hotelində olacaq.
“Dalğa” Respublika Gününü onlarla keçirmək istəyənlərə müraciət edərək bildirir ki,
təqdimata qatılmaq üçün saat 14:00-da Azadlıq meydanında olsunlar.

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı 28 mayda bir sıra
tədbirlər keçiriləcəyini dedi: “Gənclər təşkilatının üzvləri mayın 28-i İctimai
Palata ilə birlikdə Rəsulzadənin abidəsi önündəki bayram mitinqinə
qoşulacaq. Eyni zamanda təşkilatın bir sıra tədbirləri nəzərdə tutulub”.


“Gənc liderlər” Uşaq və Gənclər Təşkilatı 28 mayla bağlı əlavə tədbir keçirməyi
nəzərdə tutmayıb. Qəzetimizə bu barədə məlumatı təşkilatın sədri Fərid
Şahbazlı verib: “28 may azərbaycanlılar üçün tarixi bir gündür.

Dövlət səviyyəsində tədbirlər nəzərdə tutulduğundan bizim təşkilat əlavə tədbirə
ehtiyac duymur. Həmin gün dəvət alacağımız tədbirlərdə iştirak edəcəyik”.
“Gənclər Klubu” İctimai Birliyi də 28 mayı
Novxanıda Rəsulzadənin abidəsi önündə qeyd edəcək.


Geri dön

R.M_FaNaTka

  • 28 may 2011 16:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
twk...

--------------------

meri

  • 28 may 2011 13:20
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
Bu gün Azərbaycan Demokratik Respublikasının yaranması günüdür.Bu günü bayram etməyə dəyər.Bir kərə yüksələn bayraq bir daha enməz.

yaz yagmuru

  • 28 may 2011 12:23
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

_RONALDO_

  • 28 may 2011 11:28
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
UILKSERH EMNDEN ELA XEBERD BELKE MENDE GETDIM MINNETDARAM

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}