Respublika günü münasibəti ilə xarici ölkərin başçılarının təbrikləri

 
Respublika günü münasibəti ilə xarici ölkərin başçılarının təbrikləri

Xarici ölkələrin dövlət başçıları Azərbaycan Prezidenti
İlham Əliyevi 28 May - Respublika günü münasibəti ilə təbrik ediblər.

AzərTAc-ın məlumatına görə, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir: “İcazə verin, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da ölkələrimizin mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcəyinə əmin olduğumu bildirirəm. Sizin ölkəyə daimi firavanlıq və inkişaf diləyirəm”.

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təbrikində deyilir: “Zati-aliləri, cənab Prezident, Macarıstan Respublikasının xalqı adından, həmçinin öz adımdan Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim.
Macarıstan Cənubi Qafqazda sabit və təhlükəsiz mühit yaratmaq, həmçinin Avropa və Avratlantik strukturlarına yaxın olmaq üçün ölkəniz tərəfindən göstərilən səyləri böyük maraq və rəğbətlə izləyir.
Macarıstan Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətindədir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirirəm”.

İrlandiyanın Prezidenti xanım Meri Makalisin təbrik məktubunda deyilir: “Ölkənizin Milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına səadət və tərəqqi arzulayıram”.

Norveçin Kralı V Harald təbrik məktubunda yazıb: “Zati-aliləri, Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq arzu edirəm”.

Malayziyanın Ali Rəhbəri Tuanku Mizan Zeynal Abidin İbn Əl-Mərhum Sultan Mahmud Əl-Muktəfi Billah Şahın təbrikində deyilir: “Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına bildirdiyim ən xoş arzulara və ən səmimi təbriklərə ölkəmizin birinci xanımı da qoşulur.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı və müvəffəqiyyətlər arzu edirik”.

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın təbrikində deyilir: “Azərbaycan Respublikasının Milli bayramı – Respublika günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Bryusun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə bildirilir: “Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram.
Avstraliya və Azərbaycan səmimi ikitərəfli münasibətlərə, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində bir sıra ümumi yanaşmalara malikdirlər. Mən beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində Avstraliya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq münasibətlərindən razıyam.
Avstraliya Hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar daha geniş qlobal çözüm tələb edir. Çoxtərəfli təsisatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu çağırışlara kollektiv cavab vermək üçün ən yaxşı vasitədir. Avstraliya Hökuməti qarşıdakı ildə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda işləməkdə qətiyyətlidir.
Mən Azərbaycanın Əfqanıstandakı Təhlükəsizliyə Yardım Qüvvələri missiyasına, o cümlədən təlim və yenidənqurma işlərinə davamlı siyasi və praktiki dəstəyini təqdir edirəm.
Bizim güclü iqtisadiyyatlarımız arasındakı ticarət və investisiya əlaqələrinin orta səviyyədə olduğu bir vaxtda, ümid edirəm ki, özəl sektor və hökumət nümayəndələri iqtisadi münasibətlərin dirçəlməsi üçün gələcək illərdə birlikdə işləyəcəklər. Mən, həmçinin təkmilləşdirilmiş təhsil mübadiləsi vasitəsilə xalqlar arasında daha möhkəm əlaqələrə ümid bəsləyirəm.
İcazə verin, iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə edim”.

09.32

Trend-in məlumatına görə, Xarici ölkələrin dövlət başçıları Azərbaycan
Prezidenti İlham Əliyevi 28 May - Respublika günü münasibəti ilə təbrik ediblər.

Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer təbrikində deyib:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbrikimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, eyni zamanda, Sizə şəxsi əmin-amanlıq, Azərbaycan xalqına xoşbəxt gələcək dolu ən gözəl arzularımı çatdırıram"

Belçikanın Kralı II Albert təbrikində deyib:

"Azərbaycan Respublikası Milli bayramını - Respublika Gününü qeyd edərkən, mən də bu münasibətlə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi yetirir, Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram"

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç təbrikində deyib:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə özümün və Xorvatiya Respublikası vətəndaşlarının ən səmimi təbriklərini çatdırır, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulamaqdan məmnunluq duyuram.
Zati-aliləri,
Mənim ən dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm"

Serbiya Respublikasının Prezidenti Boris Tadiç təbrikində deyib:

"Hörmətli Prezident Əliyev,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ölkənizin və vətəndaşlarınızın gələcək tərəqqisi və rifahı naminə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Əminəm ki, Sizin Serbiya Respublikasına qarşıdakı rəsmi səfəriniz dialoqun davam etdirilməsi üçün yaxşı imkan yaradacaq, Serbiya Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərimizin və xalqlarımızın dostluğuna söykənən hərtərəfli münasibətlərin intensivləşdirilməsinə yardım edəcəkdir.
Cənab Prezident, mənim dərin ehtiramımı qəbul edin".

26.V.2011
20:54


Trend-in məlumatına görə, xarici ölkələrin dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika günü münasibəti ilə təbrik ediblər, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Cənab Prezident,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə şəxsən Sizə, eləcə də bütün Azərbaycan xalqına ən səmimi arzularımı çatdırır, xoşbəxtlik, rifah və uğurlar arzulayıram.
Fransa ilə Azərbaycan arasında qurulmuş münasibətlərin keyfiyyətinə şəxsən diqqət göstərdiyimə əmin ola bilərsiniz. Mən bu əlaqələrin bütün sahələrdə dərinləşməsindən və şaxələnməsindən olduqca məmnunam.
Eyni zamanda, icazə verin, fürsətdən istifadə edərək tərəflərin Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma əsasında, ədalətli və davamlı həllinə tezliklə nail olmasını arzuladığımı bildirim. Fransa Minsk qrupunun həmsədri, eləcə də Azərbaycanın dostu və sülhün tərəfdarı kimi bu yolda irəliləyişin əldə olunması üçün həmişə Sizinlə birlikdədir.
Cənab Prezident, icazə verin, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim" - bunu Fransa Prezidenti Nikola Sarkozi təbrikində deyib.

Türkiyə Prezidenti Abdullah Gül təbrikində deyib: " Hörmətli Prezident, əziz qardaşım,
Dost və qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə zati-alilərinizi, əziz qardaşımı türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Azərbaycanın müstəqilliyini qazandığı gündən bəri keçdiyi yol təqdirəlayiqdir. Azərbaycanın müvəffəqiyyətlərini öz uğurlarımız hesab edirik.
Gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan qədim və köklü əlaqələrimiz gələcəkdə də birgə səylərimizlə atılacaq konkret addımlarla daha da inkişaf edəcəkdir.
Bu istiqamətdə atacağımız addımlar ikitərəfli əlaqələrimizi inkişaf etdirməklə yanaşı, Qafqazda sülh, firavanlıq və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcək, bu bölgəni beynəlxalq cazibə mərkəzinə çevirəcəkdir.
Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı üçün ən səmimi diləklərimi çatdırıram "

Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta təbrikində bildirib: " Dərin məmnuniyyət hissi ilə Zati-alinizə və Azərbaycan xalqına ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırır və daha firavan gələcək üçün xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayıram"

Almaniya Federativ Respublikasının Prezidenti Kristian Vulff təbrikində deyib: " Cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda, xalqımın adından səmimi təbriklərimi çatdırıram.
Almaniya gələcəkdə də Sizin ölkənizlə dostluq əlaqələrinin gücləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi üçün səy göstərəcəkdir.
Biz iqtisadi, ilk növbədə, enerji sahəsində maraqlarımızla bərabər, dəyərlər və hüquqlar haqqında siyasi dialoqumuzu davam etdirmək istəyirik. Bu mövzular, həmçinin Almaniya tərəfindən fəal müşayiət olunan "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında assosiativ sazişə dair aparılan danışıqları əhatə edir.
Sizə uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram"

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud təbrikində bildirib: " Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm"

Roma Papası XVI Benedikt təbrikində deyib: " Azərbaycan Respublikasının öz Milli bayramını qeyd etdiyi bir vaxtda respublikanıza və Azərbaycan xalqına bəslədiyim səmimi arzuları Zati-alinizə çatdırmaqdan çox məmnunam.
Tanrıdan ölkənizdə sülh və əmin-amanlıqla dolu gələcək təmin etmək məqsədilə səlahiyyət və səxavətlə ümumi maraq naminə fəaliyyət göstərən hər kəsin səylərinin dəyərləndirilməsini arzu edirəm.
Zati-alinizə, ölkənizin əhalisinə, siyasi rəhbərlərinə, eləcə də bütün vətəndaşlarına Uca Tanrının xeyir-duasını diləyirəm"

Hindistanın Prezidenti Pratibha Devisinqh Patil təbrikində deyib: " Ölkənizin Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Münasibətlərimiz sıx tarixi və mədəni əlaqələrimizə, eyni zamanda, sülh və inkişaf istiqamətində ortaq istəklərimizə söykənir. Xalqlarımızın rifahı naminə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvaram. Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirirəm"

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan təbrikində bildirib: " Qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu əziz gündə Azərbaycan xalqının haqlı qürur, xoşbəxtlik və sevinc duyğularına ürəkdən şərik oluruq.
İki ölkə arasında sarsılmaz təməllərə söykənən qədim və əbədi münasibətlərimiz xalqlarımızın tarixi sevgi və məhəbbətindən güc alaraq sürətlə inkişaf etməkdədir.
Bənzərsiz Türkiyə-Azərbaycan əlaqələri qarşılıqlı səylərimizlə inkişaf etməkdədir və bölüşdüyümüz Avrasiya coğrafiyasında nümunəvi örnək modelidir.
Qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızı və güclü həmrəyliyimizi bölgəmizin sülh və əmin-amanlığına töhfə verəcək bir şəkildə inkişaf etdirməkdəyik. Bu əməkdaşlıq nümunəsinin bütün Qafqaz bölgəsinə hakim olacağına və səylərimizin mütləq müsbət nəticələr verəcəyinə inanıram.
Bu fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının firavanlığı və əmin-amanlığı üçün ən gözəl arzularımı çatdırıram".


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:02
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

mirkamal97

  • 9 avqust 2011 23:28
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

AliNikA

  • 9 iyun 2011 11:41
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
twkrlrrrrrrrrrr

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

_RONALDO_

  • 29 may 2011 14:19
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Sitat: _RONALDO_
ILK SEREH MENDEN OXUMADOM BASQA SAYTDAN IXTISARINI OXUMUSAM TWKLER MENDE BUTUN AZERBAYCAN XALQINI TEBRIK EDIDREM


--------------------

_RONALDO_

  • 27 may 2011 19:57
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SEREH MENDEN OXUMADOM BASQA SAYTDAN IXTISARINI OXUMUSAM TWKLER MENDE BUTUN AZERBAYCAN XALQINI TEBRIK EDIDREM

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}