Mömin möminin güzgüsüdür!

 
Mömin möminin güzgüsüdür!


Möminin güzgüsü!

Bir gün Əbu Cəhl Allah rəsulunun (sallallahu aleyhi və səlləm) qarşısına keçib deyir:

- Ya Muhəmməd! Dünyada səndən daha çirkin bir insan görmədim! Peyğəmbər (sallallahu aleyhi və səlləm):

- Doğru söylədin!-deyə cavab verir.

Az sonra ƏbuBəkr (radıyəllahu anhu) Allah rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir:

- Ya Muhəmməd! Dünyada səndən daha gözəl bir insan görmədim! Peyğəmbər (sallallahu aleyhi və səlləm):

- Doğru söylədin! - deyə cavab verir.

Bu hadisəni seyr edən səhabələr Rəsulullahdan (sallallahu aleyhi və səlləm) nə səbəbə bu cür söylədiyini soruşurlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) cavab verir:

- Onlar güzgüdə özlərini gördülər.

Əbu Hureyra (ra) rəvayət edir ki, Allah elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur:

- “Mömin möminin güzgüsüdür!” (Əbu Davud)

Həqiqətən də, mömin möminin güzgüsüdür. Çünki mömin qardaşın eyiblərini üzünə söyləyər, arxanca danışmaz!

Bir-birində səhv görərsə, bildirər, doğru yol göstərər, özünə istədiyi xeyri ona da istəyər.Necə ki, sən güzgüyə baxıb gülümsəyirsən, o da sənə gülümsəyir. Mömin qardaş da elədir. Daim gülərüz, daim mehriban. Hətta ona qəzəblənsən belə səninlə gözəl əxlaq ilə davranar.

O qəzəbdən deyil, saf və təmiz olduğu üçün eyibləri söyləyər. O sənin tək eyiblərini yox, gözəlliklərini də göstərər.

Güzgüdə sənin vəzifən, tutduğun mövqe və şan-şöhrətin əks olunmaz. Yəni islam qardaşlığı dünya mənfəətinə bağlı olmaz. Möminlər bir-birlərini yalnız Allah rzası üçün sevərlər.

Sən həmin güzgünü qırsan belə yenə də sınıq parçaları ilə sənin əvvəlki eyib və gözəlliklərini söyləyər. Lakin eyib və nöqsanları olduğundan böyük göstərməz.

Və əgər güzgü sənə eyiblərini söylədisə, özünü islah etməyə çalış, güzgünü sındırmağa çalışma!


Mömin möminin güzgüsüdür!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:43
  • Məqalə: 114
  • Şərh: 4941
  • Bal:
vAllah razi olsun

--------------------

R.M_FaNaTka

  • 29 iyun 2011 13:43
  • Məqalə: 301
  • Şərh: 6631
  • Bal:
{awards}
tesekkurler

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 17:30
  • Məqalə: 72
  • Şərh: 2331
  • Bal:
{awards}
tesekkurler... Allah razi olsun

MiKoLaDka

  • 15 avqust 2010 15:37
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
twk

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

♥Princess♥

  • 12 avqust 2010 20:13
  • Məqalə: 2186
  • Şərh: 7015
  • Bal:
{awards}
Tewekkurler baciw xeberi derc edende oxudum

--------------------

Ulya

  • 12 avqust 2010 19:04
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
{awards}
super yazi idi baciw.axira kimi maraqla oxudum.ellerine sagliq

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 37
      Qonaqlar: 147
      Cəmi: 202

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 63
      Cəmi: 281
       
      _XADA_
      Xəbərləri: 61
      Cəmi: 421
       
      Love World
      Xəbərləri: 55
      Cəmi: 156
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 48
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 47
      Cəmi: 383
       
      green_15
      Xəbərləri: 45
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 42
      Cəmi: 249
       
      Nuray2012
      Xəbərləri: 37
      Cəmi: 126
       
      Ay Prensesi
      Xəbərləri: 36
      Cəmi: 536