Qara qəpiklik şeirlər...???

 
Qara qəpiklik şeirlər...???

Bu gün sizə Yazıçılar Birliyinin orqanlarından biri - «Ədəbiyyat qəzeti» haqqında danışacam. Yadımdadı, bir neçə il əvvəl hansısa yazıda «Ədəbiyyat qəzeti»nin bostanına bir-iki cümləlik daş atmışdım. Oxuculardan biri həmin vaxt çalışdığım qəzetin redaksiyasına zəng vurub demişdi: «Ayıb döyül, ölünün dalınca danışırsan?»
- Nə ölü? - deyə soruşmuşdum.
- İnsan olmasa nə olar, qəzetdi, daha çıxmırsa, deməli ölüb. Arxasınca danışmağın nə mənası var?
Mən oxucunu inandırmağa çalışdım ki, vallah-billah, «Ədəbiyyat qəzeti» yenə çıxır, xeyri olmadı. Axırda, «ağsaqqal istər inan, istər inanma, özün bilərsən, amma hər beşinci gün get qəzet köşkünə, soruş» dedim. İki gün sonra həmən oxucu yenə çalışdığım qəzetin redaksiyasına telefon açdı, üzrxahlıq bildirdi.

Nə isə, dediyim odur ki, əslinə baxsan, hələ də «Ədəbiyyat qəzeti»nin çıxdığından AYB, bir də bu təşkilatdan kənardakı beş-on adamın heç birinin xəbəri yoxdur. Oysa təkcə ötən il bu qəzetin büdcəsi 200 min manata çatırdı. Həftəlik qəzet və 200 min manat! Kimsə «fantastikadır!» deməsin. Qətiyyən fantastika deyil, həqiqətdir. İldə ən uzağı 50 sayı çıxır «Ədəbiyyat qəzeti»nin. Bu isə onun hər sayının 4 min manata başa gəlməsi deməkdir. Halbuki bizzat özüm maraqlanmışam; Azərbaycanda ən aparıcı gündəlik qəzetlərin büdcəsi belə, 100-120 min manatı aşmır.

Fəlakətli odur ki, «Ədəbiyyat» qəzetinin səhifələrində o qədər maliyyəyə rəğmən, alababat bir şeirə, ortabab bir hekayəyə rast gəlmək Xəzərdə balina ovlamaq kimi bir şeydir. Belədə oxucu bədbəxt «Ədəbiyyat qəzeti»nin varlığından necə xəbər tuta bilər? Hətta ədəbiyyat adamlarının özünə belə lazım olmayan bir qəzet oxucuların nəyinə gərəkdir?

Söhbəti çox uzatmayım. Bir neçə nümunə ilə «Ədəbiyyat qəzeti»nə qısa bir ekskursiya edək. Beləliklə, əsəbi zəif olanlar buradaca internet səhifəmizi qapasınlar, getsinlər stress atmağa, bizsə əsəbi möhkəm olanlarla «Ədəbiyyat qəzeti»nə səyahətə başlayırıq.

Şeirdə «genetik modifikasiya…

«Ədəbiyyat qəzeti»nin elə son sayına diqqət yetirək. Adil Cəmil imzalı bir şairin şeirlərinə rastlayırıq. Şeirlərdən biri belə adlanır: «Bizi yavaş-yavaş öldürün belə». Ən gülməlisi isə şeirin əvvəlindəki bu bir-iki cümlədir: «Genetik modifikasiya əməliyyatından keçmiş meyvə-tərəvəz və digər qida məhsulları Azərbaycana idxal olunur. Vaxtında bunun qarşısı alınmasa yaxın gələcəkdə genefondumuz məhv ola bilər».

Adamın yadına Sovet illəri düşür. O vaxtlar da şairlər sosial-iqtisadi, siyasi-hərbi mövzularda öz narahatçılıqlarını dərhal bildirməyi sevirdilər. Hardasa bir elektrik stansiyası, yaxud atom bombası partladımı, dərhal qələmə sarılır, ağlına və ağzına gələni kağıza üyüdürdülər. Guya şairin çox incə qəlbi var və insanlığa qarşı vəhşətə bir qram da dözmürlər! Adil Cəmil imzalı müəllif də görünür, hələ 50-60-cı illərin ab-havasını başından çıxara bilməyib. Yazır:

İndi bilmişəm ki, əvəzi yoxmuş
Bizim o kənddəki xoruz-beçənin.
Sən demə bu günü yekə toyuqmuş
Dünən yumurtadan çıxan cücənin.


Bu nədir, nə ətttökənlikdir? Genetik modifikasiya olmuş məhsullara etiraz edirsən, başa düşdük. Daha bu bayağılıq, bu qədər bəsitlik kimə lazımdır? Geni dəyişdirilən məhsulların insanın fiziki sağlamlığına zərbəsindən narahat olan şair bilmirmi ki, bu cür qafiyəpərdazlıq, qurama, süni poetizm də insanın beynini zəhərləyir, insanın ruhunu, mənəvi sağlamlığını təhlükə altına alır?
Hələ bu bəndə baxın siz Allah:

Almanı alırlar əqrəb genindən,
Bu sirri anlayıb, bilən tapılmır.
Xurmanı alırlar dəvə gönündən,
Odur ki, qocalıb ölən tapılmır.


Nə şərh verəcəyimi bilmirəm. Əslinə baxsanız, heç şərhə də ehtiyac yoxdur. Bu «şeir» parçası özü öz haqqında hər şeyi deyir.

Dayan, xalq şairi, dayan!

Bu isə «Ədəbiyyat qəzeti»nin 2009-cu ilin mart saylarının birində AYB katibi, xalq şairi Fikrət Qocanın çap edilən şeirlərinin birindən parçadır:

Nə vaxt ki, arvadı istədim,
Gördüm ki, namaz üstədi.


İnanın ki, bu iki misranın «qüdrət»i qarşısında nəsə yazmağa acizəm. Fikrət Qocanın xalq şairliyini bir tərəfə qoyuram. Allah xətrinə deyin, bu misraları yazmağı özünə rəva görmüş bir adam hansı haqla ədəbi gəncliyi istedadsız deyib damğalaya, burunlaya bilər?
Fikrət müəllimin yaradıcılığından «Ədəbiyyat qəzeti» səhifələrinə sıçrayan digər «inciləri» də olduğu kimi, heç bir izahsız-zadsız diqqətinizə çatdırıram:

Qış gəldi hey, qaç, gəldi,
Qış gəldi vay Şamaxı.
Yay gəldi isti düşdü,
Gözəlim, ay Şamaxı.


Və yaxud:

Uşaq səsi, quş səsi
Güllərin rayihəsi
Yamaclarda çağlayır,
Sevincindən kövrəlib
Bulaqları ağlayır.


Və digərləri…

İndisə oxuculara ayrı-ayrı vaxtlarda «Ədəbiyyat qəzeti» səhifələrindən "dərilmiş" nümunələri təqdim edirik. Həm də heç bir əlavə şərh olmadan. Oxuyun və son qərarınızı verin: az qala hər sayında ilk səhifəsindən son səhifəsinədək bu cür poetik nümunələrlə zəngin bir qəzetə böyük məbləğdə vəsait sərf etmək nə qədər doğrudur?
Beləliklə. Hazır olun getdik:

Çıxdım tut ağacına
Budaqdan tuta-tuta.
Duman da göyə çıxır
Bu dağdan tuta-tuta.
Anam dedi: - Ay bala,
Budaqdan tut ha, tut ha!


(Hüseyn Kürdoğlu, «Ə/q», 21. 09. 2009);

***

Dedim bu ev nədir, bu bina nədir?!
Ən yeni texnika əlinizdədir,
amma tikdiyiniz bir şeyə dəymir.


(Nəriman Həsənzadənin şeirindən, «Ə/q», 09.07. 2009)

***
Heyvanların içində də
Var ağıllı olanları.
Çox sevirəm gələn günün
Qayğısına qalanları.


(Simax Şeyda, «Ə/q», 20.11. 2009)

***

Güldanda bir dəstə tər-təzə gül var,
Onu şeir dostu gətirib mənə.
Gül kimi gözəldir gül gətirən qız,
O, gülü şeirdən çox sevir demə.


(Əhəd Muradxanlı, «Ə/q», 17. 09. 2009)

Məncə, bu qədər yetər. Artıq gülməyimi saxlaya bilmirəm, ona görə də davamını yazmıram …No Azerbaycanimin cox gozel sairleri var amma bele arda sohret qazanan seirler olmayaydi kas...


Geri dön

miss_sokaladka

  • 4 sentyabr 2011 11:40
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
tesekkurler

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Narka E-ZaDe

  • 26 avqust 2011 13:12
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
superdilerrrrr

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ulya

  • 16 avqust 2010 14:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

winner...

  • 16 avqust 2010 12:12
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
hamisi super idi..thankss

tewekkurlerr..

MiKoLaDka

  • 15 avqust 2010 13:53
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

STORM MEN

  • 15 avqust 2010 13:40
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Düpbələm-düz deyirsən bunlar nə şeirlərdi.

--------------------

STORM MEN

  • 14 avqust 2010 19:06
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqlı məlumatdı.Xəbərə görə çox sağol.

--------------------

_LeGenDa_

  • 14 avqust 2010 12:36
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
bu menim en yarali yerimdi hele redakte edende oxudum..men ozumde bezen cizma qara edirem amma vallah billah bezi sozde wairlerden cox daha yaxwi alinir mende...cox maraqli meqama toxundugun ucun tewekkuler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}