Allah eşqi

 
Allah eşqi

Çəkməməkçün axirətdə,ey bəni-insan,əzab,
Küfr əməllərdən fərar ol hər dəm,ol əhli-savab.

Etdiyin heç bir əməl qaçmaz nəzərdən,dərk elə,
Gün gələr,hər kəs verər Allah hüzurunda cavab.


Uymayıb şeytanə,düzgün yol ilə getmək üçün,
Nazil etmiş Tanrı bizlərçün müqəddəs bir kitab.

Fani dünya zülmünü dərd eyləyib səbr etməyən,
Baqi dünyadə cəhənnəmdə edərmi zülmə tab?


Məscidə azdır gedən,əfsus,dolub meyxanələr,
Allah eşqiylə xumar olmuş adam içməz şərab.

Valideynindən var üz döndərmiş alçaq bəndələr,
Sevdiyi bir yarə,gəl ki,"can" deyə eylər xitab.


Həccə getmək din üçün yox,ad üçün lazım imiş,
Bəzi qızlar ailə qurmaq üçün taxmış hicab.

Böylə haqqsızlıqlara gəl son qoy,ey Sahib-Zaman,
Qoyma mömin bəndələr çəksinlər hər gün iztirab.


Ey Rauf,bir gün gələr ruzi-qiyamət,səbr elə,
Asisən,məsummusan,"vəllahü ələm bis-səvab".


Geri dön

ziqzaq313

  • 28 may 2011 23:00
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
cox sagolun gozel seir idi

R.M_FaNaTka

  • 28 may 2011 16:46
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore twk

--------------------

_RONALDO_

  • 28 may 2011 11:17
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TESEKKUR EDIREM BELE GOZEL VE TEMIZ XEBERE GORE ALLAH RAZI OLSSUN

Fani dünya zülmünü dərd eyləyib səbr etməyən,

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 63
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 307
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}