Türkiyədə yaşayan “Best of model Azərbaycan-2011”in
qalibi Günay Musayevanı Türkiyədə aldadıblar.
Lent.az- ın Türkiyə mətbuatına istinadən məlumatına görə, model dostları vasitəsilə
özünü vəkil kimi tanıdan bir şəxslə tanış olub. Günay Musayeva söhbət əsnasında
ona türkcə diksiya dərsləri almaq istədiyini deyib, həmin şəxs də 20 min dollar
alaraq müəllim yollayacağını vəd edib. Bu hadisədən sonra həmin şəxs gözə görünməyib.
Hazırda “Best of model of the World” müsabiqəsinə hazırlaşan modelin başına
gələnləri eşidən müsabiqənin prezidenti Erkan Özermanın hadisəyə reaksiyası
sərt olub: “Müsabiqədə Azərbaycanı təmsil edən şəxsə
qarşı edilən hərəkət ölkəmizə qarşı böyük ayıbdır”.