Lətifələr

 
Lətifələr

1. Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş.
Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir.
Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.

2. Bir nəfərin dişlərinin hamısı «protez» (qayrılma diş) olur. Onun dişlərinin yeri ağrıyır.
Elə hesab edir ki, ağrıyan dişidir. Protezi ağzından çıxarıb yerə qoyur və deyir:
-İndi nə qədər ağrıyısan ağrı, sora ağzıma qoyaram.


3. Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır.
Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
Arvadı buna təəccüblənir.
Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…

4. Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı
salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə,
nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.

Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca.
Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.

Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun,
çıxıb getsin, sonra o da düşüb evinə yollanar.

Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur.
Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:

-Qanacağaa maşallah, dədən evində qalsın.
Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.

Ayı bu qəfil səsdən diksinir, ayağının
altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.

Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum,
boğazınnan yapışıb boğdum.
Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.


5. Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən
evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.

6. Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar.
Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları
yırtıq imiş, ayaqları suyun, palçığın içində olur.
Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir.
Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar:
-A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan?
Bəhlul özünü sındırmadan deyir:
-Corabları təzə almışam, ayağımı sıxır.


7. Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş.
Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini
meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.

8. Qızla oğlan(proqramçı) gecə vaxtı,
ağacın altında öz sirləri barədə söhbət edirlər.
Qız soruşur:
- Sirrini dəyə bilərsən əzizim?
Oğlan:
- Əlbəttə ki, buyur


9. Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır.
Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz.
Soruşurlar:
-Hansılardır o şərtlər?
Cavab verir:
-Ayağını isti saxla,
Başını sərin.
Yeməyi unutma,
Düşünmə dərin.


Geri dön

maqsud99

  • 5 dekabr 2011 11:04
  • Məqalə: 1
  • Şərh: 85
  • Bal:
xebere gore cox sagol .maraqli idiler

--------------------
awik oglan

Sirli Melek

  • 21 iyun 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Bir neçəsi maraqlı idi

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

..:LuNaTiK:..

  • 8 iyun 2011 16:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bezileri gulmeli idiler... winked

AYKA87

  • 5 iyun 2011 14:29
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
tewekkurler

KRiPToS

  • 2 iyun 2011 16:33
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
bezileri gulmeli idi twkkkk fellow

--------------------

Avril _ Lavigne

  • 2 iyun 2011 15:50
  • Məqalə: 0
  • Şərh: 76
  • Bal:
{awards}
bezileri gulmeli idi twkkkk wink

Lindo

  • 1 iyun 2011 10:43
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır.
Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz.
Soruşurlar:
-Hansılardır o şərtlər?
Cavab verir:
-Ayağını isti saxla,
Başını sərin.
Yeməyi unutma,
Düşünmə dərin.

N_u_r_l_a_n

  • 31 may 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
eziyete gore twk amma yaxsi letife deyildiler

E_M_O

  • 29 may 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWK OXUDUM BEZILERI GULMELI IDI wink wink wink wink wink wink wink wink

Willow smith

  • 29 may 2011 17:39
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Tesekkurler.Gulmelidi. wink lol wink lol

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

T-R-M-U-L

  • 29 may 2011 17:12
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
belay no

only-girl

  • 29 may 2011 16:16
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ernirem oxumaga twk xebere kefsiz olanda oxuyajaam winked

--------------------

_RONALDO_

  • 29 may 2011 16:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
wink wink wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}