Məsumların nurlu kəlamları

 
Məsumların nurlu kəlamları

Hədis 1: Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

* * *

Hədis 2: Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”

* * *

Hədis 3: Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

* * *

Hədis 4: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”

* * *

Hədis 5: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”

* * *

Hədis 6: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”

* * *

Hədis 7: Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”

* * *

Hədis 8: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”

* * *

Hədis 9: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.”

* * *

Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan.”

* * *

Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri
yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”

* * *

Hədis 12: Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də
ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

* * *

Hədis 13: Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”

* * *

Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

* * *

Hədis 15: İmam Riza (ə) buyurur: "Hər gün özünü
hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

* * *

Hədis 16: İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun
öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir?
Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb,
batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”

* * *

Hədis 17: İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır.”

* * *

Hədis 18: İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə
olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”

* * *

Hədis 19: İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”

* * *

Hədis 20: İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

* * *

Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: "Elmi öyrənib
ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”

* * *

Hədis 22: Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”

* * *

Hədis 23: Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”

* * *

Hədis 24: İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”

* * *

Hədis 25: İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”

* * *

Hədis 26: İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir.
Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:16
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
vAllah razi olsun

--------------------

Inciciceyi

  • 31 may 2011 10:50
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sevgi yalandir

  • 30 may 2011 10:35
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Nur_Ay

  • 29 may 2011 22:47
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
TSHK..ALLAH RAZI OLSUN..

--------------------

MuslimGirl

  • 29 may 2011 22:38
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”
Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

Allah razı olsun. Çox bəyəndim. Təşəkkürlər

_RONALDO_

  • 29 may 2011 22:32
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ELA 26 ALTISINDA OXUMAGA SEBRIM CATDI TWK HER BIRI BIRBIRINDEN MARAQLI VE DEYERLU KELAMLARDI ALLAH RAZI OLSUN

--------------------

Grace_Angel

  • 29 may 2011 22:03
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Hədis 5: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”

Tewekkur edirem... cox gozel ve deyerli hedisler ucun...cox beyendim gozel xeberdir...ellerinize sagliq...ALLAH RAZI OLSUN!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 57
Cəmi: 80

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}