Azərbaycanda ailəni dağıdan səbəblər

 
Azərbaycanda ailəni dağıdan səbəblər

Azərbaycanda ailəni dağıdan səbəblər

Bu il 2,3 min belə fakt qeydə alınıb

Son illər ölkədə boşanma hallarının sayı durmadan artır. Çoxları bunun əsas səbəbi kimi sosial problemləri göstərir. Ancaq məsələ ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda artan boşanma halları tək sosial problemlərlə bağlı deyil.

Komitə sədri bildirib ki, bu qənaətə son 5 il ərzində aparılan araşdırmalar nəticəsində gəlinib: "2009-cu illə müqayisədə 2010-cu ildə boşanma halları daha çox olub. Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməmələridir. Məcburi şəkildə qurulan ailələr də bir neçə il keçdikdən sonra dağılır".

Boşanmağa daha çox qadınlar ərizə verir

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda bağlanmış nikahların sayı boşanma hallarını 6,8 dəfə üstələyib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, bu, rəsmi göstəricilərdir. Qeyri-rəsmi nikahdan sonra boşananların sayını da bunun üzərinə gəlsək, vəziyyətin daha acınacaqlı olduğu üzə çıxar. M. Əzizova hesab edir ki, boşanmaların əsas səbəbi ailə zorakılığıdır: "Adətən qadının psixologiyasında öz ocağını dağıtmağa meyillilik olmur, o, uşağın atası olmasını istəyir. Yəni cəmiyyətdə onun barmaqla göstərilməsini qəbul etmir. Boşanmaya isə gedən tərəf çox zaman qadın olur. Bu addımı isə qadın həyat yoldaşı ilə birgə yaşayış mümkün olmadıqda atır. Kişilər isə çox nadir hallarda boşanma üçün ilk addım atır".

M.Əzizova boşanmaların digər bir səbəbinin erkən nikahlar olduğunu dedi: "İnsanın gərək həyat təcrübəsi olsun ki, münaqişələrdən qaça bilsin. Erkən yasda ailə quran qızların elə dövrü olur ki, münaqişələrə bəzən onlar özləri gedir, yəni hər deyilənə cavab qaytarılır, reaksiya verilir. Bu, tək kişi ilə deyil, qayınana və digər insanlarla da baş verir ki, bu da boşanmalara yol açır. Bununla belə, ana ola bilməmək və yaxud problemli uşaq dünyaya gətirmə də boşanmalara gətirib çıxarır. Hesab edirəm ki, durmadan artan boşanmaların qarşısını almaq üçün bu məsələ ilə əlaqədar sərt cəzaların tətbiq edilməsinin vaxtı çatıb. 2010-cu ildə "Ailə zorakılığı haqqında" Qanun qəbul edilsə də, hələ də lazımi addımlar atılmayıb. Təklif edirəm ki, Cinayət Məcəlləsinə ailə zorakılığı törədilməsinin qarşısının alınması üçün cərimələmə və ya azadlıqdan məhrumetmə cəzası salınsın. Yəni bu cür hallara yol verənlərə qarsı heç olmasa, bir neçə sutka cəza tətbiq edilməlidir ki, kişilər qadınlara növbəti dəfə əl qaldıranda, düşünməli olsunlar".

Xəyanət Azərbaycan ailəsində boşanmanın əsas səbəblərindən biridir

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə hesab edir ki, boşanma səbəbləri sırasında ilk yeri ailədəki emosional gərginlik, əsassız söz-söhbət, dedi-qodu tutur: "Azərbaycan ailəsində boşanmanın əsas səbəblərindən ən başlıcası xəyanətdir. Oğlana, ya qıza hansısa nömrədən SMS gəlir və bundan lazımsız söz-söhbət yaranır. Bu da, öz növbəsində, boşanmaya gətirib çıxarır. Gəlin-baldız, gəlin-qayın arvadı arasındakı söz-söhbətlər də çox vaxt boşanma ilə nəticələnir. Hesab edirəm ki, valideynlər ailə quran gənclərlə diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdır. Hazırda boşanmaya kişilərin pis vərdişləri (narkomaniya, alkoqolizm) də gətirib çıxarır. Hesab edirəm ki, ailəni qorumaq üçün bütün maneələrdən keçmək, ailəni qoruyub saxlamaq lazımdır".


Geri dön

Inciciceyi

  • 31 may 2011 10:47
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sevgi yalandir

  • 30 may 2011 10:35
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

YazYamuru

  • 30 may 2011 02:32
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
eehhh indiki qurulan aileler uzagi 3 ay gedir
indi aileni berk möhkem saxlamaq cooxx cetindir....

--------------------



chicken

  • 30 may 2011 00:59
  • Məqalə: 2
  • Şərh: 25
  • Bal:
{awards}
birincisi qismet.hec kim bilmez sabah bawina ne gelecek.aileye kenar wexslerin mudaxileside aileni parcalayan esas sebeblerden biridi.thanks

birincisi qismet.hec kim bilmez sabah bawina ne gelecek.aileye kenar wexslerin mudaxileside aileni parcalayan esas sebeblerden biridi.thanks

hazal kaya

  • 29 may 2011 23:49
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
xebere gore twk

heyasiz204

  • 29 may 2011 23:17
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
boyuklerin aile sohbetlerine cox qarismasi yada eksine hec bir meslehet vermemesi.anlayissizliq yada xeyanet ve s.sebeblerdi.en boyuk sebeb ise dusuncesizce verilen evlilik qeraridi.bu aktual movzunu saytda yerlesdirdiyve gore tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Nur_Ay

  • 29 may 2011 22:36
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK MARAQLI XEBERDIR...INDIKI ZAMANDA AILE HEYATI QURMAQ CHOX CHETINDIR...

--------------------

gulshen

  • 29 may 2011 22:35
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
herseyden aile dagila biler.Sebebler ise muxtelifdir

V_I_P

  • 29 may 2011 22:30
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
SEBEBLER COXDUR BUNLARDAN BIR NECESI. CHAT,XEYANET, YALAN ,AGILSIZLIQ V.S am

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

_RONALDO_

  • 29 may 2011 22:28
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKUR BELE MARAQLI XEBERE GORE.RAZIYAM..AILENI DAGINDAN BASLICA SEBEB:QAYNANA

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 28
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}