Ağıl yoxsa ürək?

 
 Ağıl yoxsa ürək?


Ürək: Yenə tənhayam... Yenə səni düşünürəm. Sənsizlik əzab verir mənə...
(Ağıl dözmədi ürəyin bu iztirablarına və sanki bir mübarizə başladı içində
Ağıl: Nədir dərdin, nədir bu iztirabların səbəbi ?
Ürək: Sevdiyimdən ayrı olmağım.
Ağıl: Sevdiyin !? Sən onu sevirsən?
Ürək: Sevirəm.
Ağıl: Bu sənə elə gəlir.
Ürək: Yox, bu həqiqətdir.
Ağıl: Həqiqət... Həqiqət odur ki, sən ozun ozunu aldadırsan.
Ürək:Yalan deyirsən!
Ağıl: Yalan deyirəm? O zaman cavab ver suallarıma.
Ürək: Buyur.
Ağıl: Demək sən onu sevirsən.
Ürək: Sevirəm! Sevirəm! Sevirəm!
Ağıl: Çoxmu sevirsən ?
Ürək: Hər şeydən çox.
Ağıl: Onun bundan xəbəri varmı ?
Ürək: Yox.
Ağıl: Sənin onunla hər hansı yaxın munasibətin varmı?
Ürək: Yox.
Ağıl: Deməli onun xasiyyətinə yaxından bələd deyilsən?
Ürək: Yox.
Ağıl: Yaxşı, bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici gorunuşunu?
Ürək: ...(sükut və səssizlik)
Ağıl: Susursan, cunki qəbul eləmək istəmirsən bunu, amma bu belədir. Onu sevdiyini söyləyirsən, amma yaxından tanımırsan, yəni onun müsbət və ya mənfi xüsusiyytlərini bilmirsən. Belə çıxır ki, sən onu yox, o gozəlliyin timsalında xəyalında canlandırdığın ideal bir qızı (oğlanı) sevirsən. Onun yerində başqa bir gozəl qiz (oğlan) da ola bilərdi. Nə isə, davam edək. Bu sevgidən nə gozleyirsən? Məqsədin nədir?
Ürək: Mən bu sevginin qarşılığında ondan hec nə gozləmirəm, onun varlığı bəsdir mənə.
Ağıl: Bax bunu isə mən qəbul eləmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gozəlliyə olan vurğunluqdur. Sevgi- sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.
Ürək: Elə bilirsən mən bunu istəmirəm !?
Ağıl: Bunun ucun konkret bir addım atmısanmı ?
Ürək: Yox.
Ağıl: Niyə ?
Ürək: Bu mümkün deyil, məndən asılı olmayan səbəblər var.
Ağıl: Bəlkə qorxursan?
Ürək: Nədən?
Ağıl: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdığın kimi olmayacağından?
Ürək: ...(yenə də sükut və səssizlik)
Ağıl: Yenə susursan. Nə vaxta kimi davam edəcək axı bu hisslər? Nə vaxta kimi ozunu inandırdığın bu sevgidən əzab cəkəcəksən?
Ürək: Nə qədər ki, sağam, Nə qədər ki, döyünürəm sevəcəyəm onu.
Ağıl: İnanmıram. Otəri hissdir bu. Gozden uzaq olan konüldən iraq olar deyiblər. O sənin yanında deyil və əvvəl-axır unudacaqsan onu
Ürək: Yox, hec vaxt. Mən hər an onu düşünürəm. Onun xəyalı həmişə mənimlədir.
Ağıl: Boş təsəllidir. İnsan omru boyu xeyalla yaşaya bilməz. Sənin bu hislərinə cavab vərəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gozəl, eyni zamanda səni sevən, başa duşən bir giz (oğlan) qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə cevriləcək sənin üçün.
Ürək: İnanmıram sənə !
Ağıl: Nə qədər ki, tezdir, əl çək bu sevdadan. Boş yerə aldatma ozunu, əzab vermə ozunə.Sabah onu bir başqasıyla gorsen-ki, onun buna haqqı var- daha cox əzab cəkəcəksən. Yaxşısı budur bu fikirləri başından at. Necə ki, onun varlığına alışmısan, cətin də olsa yoxluğuna da alışacaqsan. Bunu da yadında saxla: Nə qədər ki, insan fanidir və fani olanı sevir, bu sevginin omru cox az olacaq. Əbədi olanı sevmək lazımdır!!!
Ürək: ... (yenə də Ürək susdu bu sözlərin qarşısında, nə cavab verəcəyini bilmədi. Amma ağlın dediklərini də qəbul etmədi, çünki o, sabahı düşünmur, o, bu gün ilə yaşayır. İnsan ağlı ilə hərəkət edir, amma qəlbiylə sevir…)....


 Ağıl yoxsa ürək?


Geri dön

Tacire

  • 3 avqust 2011 11:45
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
hamıvızın şərhinə hörmət edirəm,ancaq mən əminəmki hər birimiz sevəndə ağılla deyil,ürəklə sevirik- bu bizi uçuruma aparan sevgi olsada! Əsas odurki hər bir yanlışımızdan nəticə çıxarda bilək ki, sonrada yanılmayaq! tşk...

Inciciceyi

  • 31 may 2011 10:40
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler ikiside lazimdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Just For Legend

  • 30 may 2011 14:08
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Deyerli sherhlerinize gore minnettaram

--------------------

sevgi_ezabım

  • 30 may 2011 12:19
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
SADƏCƏ Ağılla seçib Ürəklə sevmək lazımdır.Bəzən ürəyinin səsi səni uçuruma apara bilər.Elə buna görə də daim zədəli qalarsan.

Memmedzade_Mesume

  • 30 may 2011 11:06
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
love tsk

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

lema

  • 30 may 2011 10:25
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
ağıl ürekden daha üstündür.twk...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

sevgi yalandir

  • 30 may 2011 10:14
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
winked winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

YazYamuru

  • 30 may 2011 02:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
YENE TENHAYAM..................!!!! belay

--------------------



Nelya

  • 30 may 2011 01:46
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
insana aqilda lazimdir urekde

GlamouR_

  • 30 may 2011 01:40
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
maraqlidir twkler love

--------------------

Sari Gelin

  • 30 may 2011 01:34
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Agil olmazsa,urek heyati mehv eder

chicken

  • 30 may 2011 00:32
  • Məqalə: 2
  • Şərh: 25
  • Bal:
{awards}
Ağıl hərşeydən üstündür.

Ağıl hərşeydən üstündür.

R.M_FaNaTka

  • 30 may 2011 00:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
elbetdeki agil maraqli xebere gore twk

--------------------

chicken

  • 30 may 2011 00:31
  • Məqalə: 2
  • Şərh: 25
  • Bal:
{awards}
men ce ikiside

hazal kaya

  • 30 may 2011 00:25
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
nmnmyla raziyam

nmnm

  • 30 may 2011 00:23
  • Məqalə: 35
  • Şərh: 169
  • Bal:
{awards}
İnsan ağlı ilə hərəkət edir, amma qəlbiylə sevir…

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}