“AvtoVAZ” şirkəti 2107 modelini avqust ayınadək istehsal edəcək. Lent.az-ın xəbərinə görə, “2107” modelinin istehsalı mayın sonundan etibarən bütövlükdə İjevskə köçürülməli idi. Lakin İjevskdəki zavod uzun müddətli boşdayanmadan sonra istehsal planını yerinə yetirə bilməyəcəyi üçün köçürmə təxirə salınıb. beləliklə də “Samara” və “2107” modelləri ən azı avqustun əvvəlinədək Tolyattidə yığılacaq. Bu gecikmənin yeni “Granta” modelinin istehsalına necə təsir göstərəcəyi açıqlanmır.