Nə olar, Getmə

 
  • 30.05.2011, 17:06
  • Bölmə: Sevgi
  • Müəllif: Gamze
Nə olar, Getmə

Get .Üzümə elə baxma get. Heç dayanma , bir gedənin bir daha dönə bilməyəcəyi qapı orada , Get. Heç bir şey açıqlamaq məcburiyyətində deyilsən. Gedərkən söyləyəcək şey tapa bilməz insanlar. Sən bəhanələrinin arxasına sığınanlardan olma ,GET…

( Halbuki daha doya bilmədim sənə. Qoxunu kifayət qədər çəkə bilmədim içimə.Hələ edəcəyimiz nə çox şey vardı.Nə çox şey planlamışdığ..İndi nə edəcəyimi bilmirəm mən. Necə dayanacağam ayaqda? "Qal" desəm qalarsanmı yar? Necə istəyirəm yalan belə olsa "Bu gediş yalnız zərurətdən , gözlə məni dönəcəyəm" dəməni…)

Hər eşq bitər səndə get. Həm onsuz da bitəcəyi daha başdan müəyyən bir sevda idi bizimkisi. Sən getməsən də bir gün mən gedəcəkdim. Amma unudulanın unudanı heç bir zaman unutmayacağını bilirəm deyə istəmədim sənə bunları yaşadım. Hər kəs öz seçimini yaşayar və sən seçimini etdin. Rahat ol , Get. Ağılın qalmasın buralarda. Dramatik vidaların qəhrəmanları olmayaq , GET.

(Mənim ağılım səndə qalacaq. Yalnız ağılım deyil ürəyim də .Bitməzdi bizim eşqimiz. Əsla tərk etməzdim səni. Mənliyimi , varlığımı , həyatımı qürurumu həsr etmişdim mən bu eşqə. İndi kimi ya da nəyi seçdiyinin nə əhəmiyyəti var artıq. Ağlayacağam ardından, dözə bilməyəcəm, ağlayacağam…..)

İstəsən dost qala bilərik, xəbərləşərik bir-birimizlə. Xoşbəxt olmağını istəyərəm. Sən xoşbəxtliyə layiq bir insansan. Əlbəttə məndə xoşbəxt olacağam narahat olma, GET. Həyatımıza başqaları girəcək və biz bəlkə də birlikdə yaşadıqlarımızı bir müddət sonra xatırlamayacağıq belə, GET. Hansı yara sağalmamış ki bu günə qədər? Hansı atəş sönməmişki? Etməyin lazım olanı et......... GET.

(Sənsiz xoşbəxt ola bilərəmmi mən yar? Unuda bilərsənmi bu qədər asan? Yaşadığımız o qədər şeyi silə bilərəmmi? Mümkün deyil , səni içimdən çıxardıb atmağım mümkün deyil. Bilirəm heç bir dərman yaxşılaşdırmayacaq sənin açdığın yaranı. Sənin yandırdığın sevda atəşi heç bir zaman sönməyəcək. Xoşbəxt olma yar, mənim kimi səndə xoşbəxt olma. Bəlkə o zaman yenidən dönərsən mənə ….BƏLKƏ )

İndi zaman keçir artıq ,get. Həm niyə sifətin asıq? Sevinməlisən getdiyinə. Əslində sənə təşəkkür etməliyəm. Məni bu ağır,aşan yükünü daşımaqdan qurtardığın üçün. Rahatladım bilirsənmi? Məndə qalan bir neçə parça əşyanıda göndərərəm ardından. Fürsət tapdıqca axtararam səni, indi isə GET.

(Getmə mənim gözəl sevdalım , getmə. Məni bu axmaq dünyada tək başıma buraxıb getmə. Gedibdə ürəyimi öldürmə. İçim ağrıyır, ürəyim sıxılır. Mən əsl sənsizliyin yükünü daşıya bilmərəm getmə.Nə olar, Getmə...)


Geri dön

Inciciceyi

  • 31 may 2011 09:29
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Twwwwwwwwwwwwwk edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 30 may 2011 22:39
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk

--------------------

tuilip

  • 30 may 2011 19:17
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
smile cox maraqli idi tesekkurler

--------------------
(Heyatdan zovq almaq ucun qarsinda meqsedin olmalidir)

Lindo

  • 30 may 2011 18:08
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
nə bilim eee belə yazılar mənasız gəlir qətiyən müəllif bunu hörmətsizlik olaraq qəbul etməsin müəllif ilə əlaqədar deyil sadəcə belə yazılar mənə mənasız gəlir
təşəkkürlər əziyyətə görə

Nur_Ay

  • 30 may 2011 17:18
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
CHOX GOZEL YAZIDIR TSHK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 49
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}