Qısqancsınızmı?

 
Qısqancsınızmı?

Ailədə qısqanclıq məsələsi müzakirə olunan məsələlərdəndir. Yəqin hamımız tanıyırıq elə qısqanc qadınlar var ki, tez-tez həyat yoldaşlarının cib telefonlarını yoxlayırlar ki, görsünlər həyat yoldaşları bu gün kimlərə zəng vurub? Ya da ona zəng vuran qadın varmı? (Şəxsən mən beləydim) Siyahıda bir qadın adı görən kimi özümüdən çıxırıq...Görəsən kimdir bu qadın? Öyrənməmiş rahat olmuruq.

Bəzi kişilərdə eyni şəkildə çox qısqancdırlar.Xanımlarını dükana, bazara getməyə qoymurlar. İşdir ayda, ildə bir dəfə bir yerə getsələr, hara baxdın, kimə güldün- deyib xanımlarının burnundan gətirirlər. Sanki bütün kişilər onun gözəl xanımını qaçırtmaq üçün növbə gözləyirlər.
Qısqanclıq nəddir və ailədəki yeri nə olmalıdır? Əvvəlcə bunu müəyyən etməyə çalışaq. İlk dəfə uşaqlıq dövründə kiçik qardaşımızı və ya bacımızı anamızın qucağında görəndə yaşayırıq bu hissi... Sevgini bölüşmək çətindir. Daha sonra oyuncaqlarımızı qısqanırıq dostlarımıza, sevdiyimiz müəllimimizi qısqanırıq bütün sinifə. Və qısqandığımız şeylər çoxalır...

Ailə zəminindəki qısqanclığa gəlincə, bu elə bir hissdir ki, vaxt keçdikcə anamızın iki-üç uşaqlarından biri olmağa, müəllimimizin bütün sinfin sevimlisi olmasına dözə bilirik. Ancaq həyat yoldaşımızın gözündə “ikinci” olmağa əsla tab gətirə bilmirik. Bu həm qadınlar, həm kişilər üçün belədir. Bizim ailə sistemimizdə SƏDAQƏT əsas təməl daşlarından biridir. Biz qərblilər kimi bu gün evlənib, sabah “Sən öz həyatını yaşa, mən öz həyatımı yaşayım və bir-birimizin işinə qarışmayaq” kimi cəfəngiyyat müqavilələr bağlamırıq. Bizdə bir yuva quruldumu artıq hər iki tərəf bir-birinin sevincinə də, kədərinə də ortaq oluruq. Üçüncü birindən söhbət gedə bilməz bizim ailə məfhumumuzda. Bura qədər mənimlə həmfikirsinizsə, deyə bilərəm ki, ailədə tərəflərin bir-birilərini normal ölçülərdə qısqanması təbiidir. Yəni bu hiss həyat yoldaçımızın bizə laqeyd olmadığına, bizi sevdiyini və itirmək istəmədiyini göstərir. Bu qədəri həm qadınların, həm də kişilərin xoşuna gələr yəqin ki...

Yeri gəldi-gəlmədi həyat yoldaşını ittiham edən, durmadan sorğu-suala çəkən qısqanclıqlar isə həyatı zəhərə çevirər, hətta yuvaların dağılmasına səbəb ola bilər. Elə isə nə etsin qısqananlar və qısqanılanlar? Həyat yoldaşınız çox qısqancdırsa, onu şübhələndirəcək hər cür hərəkətdən uzaq durmalı və ona sevgimizi açıq-aşkar hiss etdirməliyik. Doğrudanda sevildiyinə inanan bir insan qısqanclığa da ehtiyac duymaz. Əgər qısqanc olan sizsinizsə, bu hissinizi başlanğıc nöqtəsi kimi qəbul edərək həyat yoldaşınız üçün daha çox şey etməyə və onun sevgisini qazanmağa çalışın. Həyat yoldaşımızın sevgisini qazandığımızı hiss etdikcə qısqanclığımızın da yox olub getdiyini görəcəyik.

Təkcə qısqanmaqla qorxduğumuz şeylərin qarşısını ala bilmərik. Yəni, əslində qısqanclıq özünə inanmayan insanların işidir. Həyat yoldaşını xörək iyi verən paltarlarla qarşılayan, saçı-başı dağınıq bir qadın nə qədər qısqansa azdır...


Geri dön

only-girl

  • 31 may 2011 18:56
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
twk xeebere amma hehs gisganc deyilem nede olmaq sitemirem gisganc inasanalrdan xoshum gelmir

--------------------

Musique Sage

  • 31 may 2011 17:55
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
qisqancam amma normasida

yaz yagmuru

  • 31 may 2011 10:22
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
mənim sevdiyim olmayib deyə qisqanc olub olmadigimi dəqiq bilmirəm ama zənnimcə o qədər də qisqanc deyiləm

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

Inciciceyi

  • 31 may 2011 09:31
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Qisqancliq yaxci iwdi normasindan cixmamaq wertile
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sehla a.

  • 30 may 2011 22:52
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
BAXİR KİMİ QİSQANİRAM................OZU DE HAMİ QISQANCDIR.

R.M_FaNaTka

  • 30 may 2011 22:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
cooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ooooooxxx

--------------------

Lindo

  • 30 may 2011 18:05
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
qısqanclığın yeri yoxdur
tşk

Cant_Breathe

  • 30 may 2011 17:24
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Chooox :)

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

naz

  • 30 may 2011 17:23
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
qisqancam... winked

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

ELIZA29

  • 30 may 2011 17:07
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
YOX QISQANC DEYILEM.

Nur_Ay

  • 30 may 2011 16:59
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
QISQANCAM MENDE AMMA NORMASINDA...

--------------------

Life Is Beautiful

  • 30 may 2011 16:55
  • Məqalə: 7
  • Şərh: 36
  • Bal:
{awards}
sad dehwet qisqancam

--------------------
Жизнь удивительная штука. Сначала экзамен, а потом уроки.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}