Sağlam saçların sirri

 
Sağlam saçların sirri



Saçlara düzgün qulluq vasitələri

“Saç qadının yaraşığıdır” deyirlər. Hər bir xanımın gözəl görünməsində onun saç düzümü də xüsusi yer tutur. Ancaq hər qadın saçına doğru qulluq etməyi bacarırmı? Məhz düzgün qulluq qaydalarını bilməmək nəticəsində saçlar daha da gücsüzləşir, elastikliyini itirir.

Saçlara qulluğun əsas hissəsindən biri onların yuyulması ilə bağlıdır. Alimlərin saçların yuyulma müddəti barədə uzun mübahisələrindən sonra nəhayət ki, bir nəticə alınıb - saçları çirklənmə müddətinə görə, ancaq təbii ki, doğru yumaq lazımdır. Konkret rəqəm demək çətindir, çünki bu, dərinin və saçın tipindən, onun uzunluğundan, fəsildən, xarici təsirlərdən və s. asılıdır. T. M. Prostakovun "Gözəl olmaq sənəti" kitabında saçın qaynadılmış su ilə yuyulmasının daha məqsədəuyğun olduğu deyilir. Suyun yumşaldılması üçün ona soda (1 litrə 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı) qatmaq olar.

Saçlar yuyulan zaman istifadə olunan digər çox yayılmış bir səhv də qaynar sudan istifadə etməkdir. Belə su piy vəzlərinin aktivliyini artırır deyə saçlarda həddən artıq yağlanma əmələ gələ bilər. Həm də qaynar suyun təsiri ilə şampunun tərkibinə daxil olan sabun “bişir” və saçlara yapışaraq çətin yuyulan bir təbəqə əmələ gətirir. Saç nə qədər yağlı olsa, su bir o qədər sərin olmalıdır. Saçları tam yuduqdan sonra soyuq su ilə yaxalamaq xeyirlidir.

Saçların durulanmasını onun möhkəmləndirmə prosesi ilə eyni hesab etmək olar. Tipindən asılı olmayaraq, saçlarınızın daha parlaq olması üçün onları turş qarışıqla durulamaq lazımdır. Sarışınlar üçün 1 litr suya yarım ədəd limonun suyu, tünd rəngli saçlar üçün 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə əlavə edin.

Saçları isti dəsmalla qurulayandan sonra, havada quruması üçün sərbəst buraxmaq daha yaxşıdır. Fendən istifadə etmək arzuolunmazdır, çünki saçları çox qurudur.

SAÇI MÖHKƏMLƏDƏN VASİTƏLƏR. Gənəgərçək yağı hələ qədimdən saçı möhkəmlədən və saç bitirən vasitə kimi tanınır. 1 yumurta, 4 çay qaşığı gənəgərçək yağı, yarım xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı qliserini qarışdırın və yaxşıca çalaraq saçın dibinə sürtün. Sonra başınızı dəsmala bürüyüb müəyyən vaxt buxar üzərində tutduqdan sonra yuyun. Bu proseduradan sonra sizin saçlarınız daha da sıx, parlaq, yumşaq və düzümlü olacaq.

ZƏNCƏFİL KƏPƏYİ YOX EDİR. Zəncəfil sadəcə ətirli ədviyyat deyil. O həmdə effektli antiseptik vasitədir, saçın diblərini qanla təchiz edir, başın dərisini nəmləndirir, saçlara yumşaqlıq və parlaqlıq gətirərək kəpəyi yox edir. Zəncəfilin təzə sıxılmış şirəsi kosmetik məqsədlərlə istifadə olunur. Şirəni küncüd yağı ilə qarışdıraraq saçın diblərinə sürtün. Bir qədər masaj etdikdən sonra 10 dəqiqə saxlayın və başınızı yuyun.

YAĞLI SAÇLAR ÜÇÜN LOSYON. 4 çay qaşığı çökə ağacı çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökülür. Bu qarışığı 2-3 dəqiqə od üzərində saxladıqdan sonra soyudulur və süzgəcdən keçirilir. Bu həlimə 1 ədəd limonun şirəsi və ¼ stəkan əsmə çiçəyi tinkturasını əlavə edilir. Əmələ gələn losyonu saçın uzunluğu boyunca sürtmək lazımdır.

SAÇIN TÖKÜLMƏSİNƏ QARŞI VASİTƏ. Bu, saç tökülməsinin qarşısını almaq, onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçmiş bir vasitədir. “Tibbnamə” saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görür. Müasir kosmetoloqlar da həmin fikirdədir. 1 baş soğanın şirəsi, gənəgərçək yağı, 1 ədəd yumurta sarısını yaxşıca qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı sellofanla örtüb, üstündən dəsmalla bağlayın. Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.

GİCİTKƏN SAÇLARI MÖHKƏMLƏDİR. Gicitkən həlimi ilə saçınızı daim yumaq saçın dibini möhkəmlədir və tökülməsinin qarşısını alır. Proseduranın hər 5-7 gündən bir uzun müddət təkrarlamaq lazımdır. 5 xörək qaşığı quru gicitkən otu, 2 stəkan su və 2 stəkan alma sirkəsini qarışdıraraq yarım saat qaynadır, sonra isə sıxıb süzürsünüz.

KƏKLİKOTU İLƏ SAÇ ÜÇÜN DƏMLƏMƏ. Kəklikotunun bioloji aktiv maddələri müxtəlif növdə saçları effektli surətdə möhkəmləndirir. Əvvəlcə saçları yuyurlar, sonra saçın dibinə kəklikotu dəmini sürtüb yedirdirlər və başı dəsmalla yarım saatlıq bürüyürlər. Bu dəmi hazırlamaq üçün yarım stəkan kəklikotu lazımdır. Onun üzərinə iki stəkan qaynar mineral su töküb, 30 dəqiqə saxlayın.

ÇOBANYASTIĞI SAÇLARI YUMŞALDIR. 30 qr çobanyastığı çiçəyinin üzərinə yarım stəkan qaynar su tökərək, 1 saat saxladıqdan sonra süzürlər və 1 desert qaşığı bal qatırlar. Yuyulmuş və məhrəba ilə qurulanmış saçları bu məhlulla bolluca isladın, 30-40 dəqiqədən sonra saçı ilıq su ilə yaxalayın. Saçlar quru olduqda, bu proseduranı 2 həftədən bir, saçlar yağlı olarsa - həftədə 1 dəfə edirlər.


Geri dön

sema 401

  • 13 avqust 2011 17:57
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
saq ol. fellow

gumush47

  • 4 avqust 2011 16:46
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
tesekkurler

NELLY19

  • 3 avqust 2011 12:35
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tesekkurler xebere gore

light_in_the_dark

  • 17 iyun 2011 20:33
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
Twk maraqlidir..ama menim saclarimin ucu fenlediyime gore yanib onun ucun meslehetiniz var? feel

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

only-girl

  • 31 may 2011 18:38
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk men sacimi uzatmag siteyirem amma hoyselem catmir recourse

--------------------

hazal kaya

  • 31 may 2011 16:11
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

sehla a.

  • 31 may 2011 11:58
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
MARAQLİ MELUMATA GORE MİNNETTARAM

Inciciceyi

  • 31 may 2011 09:21
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqli melumatdi oxudum twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 30 may 2011 22:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli melumata gore cox twk

--------------------

CoRdIaL

  • 30 may 2011 22:05
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
Tesekkurler

hazal-kaya

  • 30 may 2011 19:59
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
mraqlıdı anca ihticacım yok twk

... Deryam ...

  • 30 may 2011 18:22
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
lazimli meslehetlerdi...twk...

--------------------

Nur_Ay

  • 30 may 2011 18:18
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
_RONALDO_ TEKRAR DEYIL...YAXSHI BAX..

--------------------

Life Is Beautiful

  • 30 may 2011 18:17
  • Məqalə: 7
  • Şərh: 36
  • Bal:
{awards}
sacim dehwet tokulur sad
meslehetler ucun minnetdaram

--------------------
Жизнь удивительная штука. Сначала экзамен, а потом уроки.

sevgi yalandir

  • 30 may 2011 18:10
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
fellow fellow

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}