1999-cu ilədək BMW şirkəti model sırasında sedan və universallar üstünlük təşkil edirdi,
lakin X5 -in işıq üzü görməsi ilə bavariyalıların priorutetləri dəyişdi.
Heç şübhəsiz ki, avtomobil dünyası iri yolsuzluq avtomobili ilə təlatümə gəldi,
lakin indi X ailəsi hər il artmaqdadır. Əvvəl X1, sonra X3 və X6 və onların daha güclü
M versiyaları doğuldu. Lakin heç demə bu hələ tarixçənin sonu deyilmiş.
Automobilemag.com xəbər verir ki, BMW iri krossoverlər sinifinin Cadillac Escalade
və Toyota Sequoia kimi nümayəndələri ilə rəqabət aparmaq istəyir və buna görə də
X7 layihəsi (layihə F17 də adlandırılır) hazırlanır. Yeni avtomobil üçüncü cərgə
oturacaqlar əldə edəcək və beləliklə sərnişinlərin sayı yeddi nəfərə çatacaq.
Düzdür, X7 haqqında belə xəbərlər birinci dəfə deyil ki, yayılır. Lakin bu dəfə
modelin artıq 2013-cü ildə bazara çıxa biləcəyindən xəbər verilir. İndi dəqiq
demək olmaz ki, sivilizasiyanın bütün imkanlarını özündə cəm edəcək yeddi
yerli yolsuzluq avtomobili nə qədər bəyəniləcək, lakin biz bunu tezliklə öyrənəcəyik.