Qadınlar nə istəyir?

 
Qadınlar nə istəyir?

Qadın kimi üçün sevgili, kimi üçün övladının anası, kimi üçün ana, kimi üçün isə övladdır. Həyatda elə bir kişi tapılmaz ki, onun həyatında qadın olmasın və o, qadından şikayət etməsin. Belə bir deyim var: “Kişinin qəlbinə gedən yol onun mədəsindən keçir”. Görəsən, kişilərə maraqlıdırmı, bəs qadının qəlbinə gedən yolu necə tapmaq olar?
Kişilər üçün həmişə bir sual aktual olub – axı bu qadınlar nə istəyir?

Qadınlar nə istəyir?

Qadınlar nə istəyir?

Sual mürəkkəb görünürsə də, cavabı sadədir. Qadının ürəyini əldə etməyin əsas yolu ona diqqət, qayğı göstərmək və ona kişi üçün nə qədər dəyərli olduğunu hiss etdirməkdir. Qadına “Mən səni sevirəm”, “Sən mənim üçün çox dəyərlisən” sözlərini deməkdən çəkinməyin. Sizə bayağı görünə bilər, o zaman uyğun bildiyiniz şəkildə sevginizi etiraf edib, onun beyninə həkk etdirin. Sözsüz ki, qədərində. Münasibətlərdə heç nəyin “şitini” çıxarmaq olmaz.

Sizdən inciyəndə və ya kefi olmayanda xanımınıza dünyada ən gözəl qadın olduğunu deyin. Çünki qadınlar üçün, gözəl olduqlarını düşünmək, bunu kişinin dilindən eşitmək qədər sevincli ikinci hiss yoxdur.

Qadınlar nə istəyir?

Adətən, kişilər sevdikləri xanımla təklikdə olmağı və ona sevgilərini üzbəüz izhar etməyi üstün tuturlar. Ancaq bu, belə deyil. Çünki xanımlar kişidən sevgi və qayğı ilə yanaşı, həm də cəsarət tələb edirlər. Kişilər üçün bağlı məkanda ideal sayılan görüş xanımlar üçün darıxdırıcı və mənasız görünə bilər. Hətta belə görüşlər qadında şübhələr yarada bilər. Bu tip görüşlər davam etdikcə qadın kişidən soyuyur və uzaqlaşır. Amma görüşü ictimai bir yerdə etsəniz, qadının yaddaşında daha çox xatirələr yaratmış olarsınız. Həm də bu, o deməkdir ki, siz onun varlığını danmırsız, heç kimdən gizlətmir və gizlənmirsiniz, çəkinib-qorxacağınız, ehtiyat edəcəyiniz heç nə yoxdur.

Təbiidir ki, ac qarnına sevgi olmur, amma yenə də romantika sevgililər arasında vazkeçilməz istəkdir. Qadınların əksəriyyəti (xüsusilə gənc qızlar) sevdiyi insanla görüşəndə əl-ələ tutub gəzməyi çox xoşlayırlar. Sevdiyiniz qadının sol əlindən tutun və əlini bir az sığallayın. Bu, ona sevginizi hiss etdirəcək və nəvazişləndiyi üçün özünü xoşbəxt hiss edəcək.

Qadınlar onların üzünü güldürən kişiləri çox sevirlər. Odur ki, əgər bir qadınla bir yerdəsinizsə, onun qəlbini oxşamağa çalışın. Heç gözləmədiyi halda onunla zarafat edin və güldürməyi bacardığınız zaman ona gülüşünün çox gözəl olduğunu, ona yaraşdığını deyin. Əmin ola bilərsiniz, bu, onun çox xoşuna gələcək. Amma zarafat edərkən yersiz hərəkətlərdən və intim mövzulu, yaxud dəxlisiz zarafatlardan uzaq olmaq lazımdır. Çünki bu tip zarafatlar əksinə, kişini qadının gözündən salar.

Qadınlar nə istəyir?

Kişilərdən fərqli olaraq qadınlar sürprizləri çox sevirlər. Sevimli xanımın qəlbini ələ almaq üçün ona ara-sıra sürprizlər etmək lazımdır. Bunun üçün elə də böyük maddi vəsait tələb olunmur. Əgər qadın işləyirsə və ya təhsil alırsa, bir gün ona demədən bir qızıl güllə onu qarşılamaq kifayət edər. Sürpriz qadının xoşuna gələr, həm də ona dəyər verilməsinin əlaməti olar.

Qadınların zəif nöqtələrindən biri də kürəklərindədir. Belə bir deyim var, qadınlar körpə uşaq kimidir. Necə ki, körpə uşaq özünü narahat hiss edəndə onun kürəyini sığallayıb sakitləşdirirlər, qadınlarda da bu variant sakitləşdirmək üçün çox işə yarayır. Əgər qadın əsəbiləşibsə və ya narahatdırsa, onu sakitləşdirmək istəyirsinizsə, bunun üçün ən ideal yol onun kürəyinə sığal-tumaq çəkməkdir. Hər hansısa masaj hərəkətləri və. s ehtiyac yoxdur. Sadəcə onu qucaqlamaq və sığallamaq kifayətdir.

Kişilər kimi qadınlar da öpüşməyi çox sevirlər. Amma qadınların kişilərdən bir fərqi var. Kişilər öpüşərkən ehtiras, qadınlar isə sevgi hisslərini yaşamağı çox sevirlər.
Qadınlar kişilər tərəfdən gözlənilməz hərəkətlər edilməsini xoşlayırlar, amma təbii ki, onların xoşuna gələcək hərəkətləri. Heç kəsin olmadığı bir ictimai məkanda qadın gözləmədiyi halda öpülürsə, o, buna etiraz etsə də, çox xoşuna gələcək. Bu hərəkət onun həm sevgisini, həm də ehtirasını daha da artıracaq. Heç bir qadın ictimaiyyət arasında, hər hansı məclisdə ərinin yadaki sevgilisinin ona diqqət göstərməsinə, qulluq etməsinə, onu nə qədər çox sevdiyini nümayiş etdirməsinə... “yox” deməz.

Qadınlar nə istəyir?

Qadınlar maşında gəzdirilməyi çox sevirlər. Amma heç vaxt kişi maşına nə qədər dəyər verdiyini qadına deməməlidir. Çünki, bu, qadında narahatlıq və qısqanclıq yaradır.
Fəsildən aslı olmayaraq, gəzinti yeri dəniz kənarı olsa yaxşıdır. Qadınlar maşınla dəniz kənarında gəzməyi sevirlər. Qadına maşın sürməyi öyrətmək onların çox xoşuna gələr.
Kişilər həmişə öyünürlər ki, ən dadlı yeməkləri onlar bişirirlər, ən mahir aşbazlar məhz kişilər olur. Qadınlar isə bununla razılaşmırlar. Ancaq qadına görə həyat yoldaşının məhz onun üçün hazırladığı yeməkdən daha gözəl hədiyyə yoxdur. Qadına səhər yeməyi hazırlayıb yatağına aparmaq, onun heç vaxt yadından çıxmayacaq bir sürpriz olardı.

Qısqanclıq sevgi rəmzidir. Kişi həmişə sevdiyi qadını qısqanır və bu, qadınları nə qədər narahat etsə də, bir o qədər də xoşlarına gəlir. Qadını qısqananda qüruru üstün tutub bunu gizlətmək olmaz. Çünki sevgidə qürur olmaz və xoşbəxt sevgi yaşamaq üçün qüruru unutmaq lazımdır. Qadın qısqanıldığını hiss edəndə bu onun çox xoşuna gəlir və kişi tərəfindən ona olan sevginin saf olduğuna daha çox inanır. Amma qısqanclığı dərəcəsində yaşamaq və hiss etdirmək lazımdır. Çünki yersiz qısqanclıq sevgini məhv edir, bezdirir, insanı sevdiyinin gözündən salır. Əgər sevdiyiniz qadını konkret olaraq hansısa kişiyə qısqanırsınızsa, bunu heç vaxt ona hiss etdirməyin. Amma sevdiyiniz qadını sevindirmək üçün onu hər gün baxdığı güzgüdən, başını qoyub yatdığı yastığına, gündəlik istifadə etdiyi mobil telefonuna qısqandığınızı deyin...

Qadınlar nə istəyir?

Bəli, belə cümlələr qurmaq, fikrini lirik-sentimental notlarla ifadə etmək sizə çox primitiv və mənasız görünə bilər. Bəziləriniz buna gülə də bilərsiniz. Amma nəzərə alın ki, qadın ürəyi yuxa kimidir, qulaqları ilə sevir və romantizmə çox meyllidir. Qadının ürəyindəki buzları əridə bilmək üçün bu sözlər qızmar günəş şuası effektini verə bilər. Beləliklə, siz qadının gözündə romantik sevgili obrazı yaradacaqsınız. Qadınlar axı romantik kişiləri çox sevirlər...

Fransada “Qadınlarsız həyat necə olardı?” adlı dünyaca məşhur kitab işıq üzü görmüşdu və həmin kitabın bütün səhifələri ağ idi. Çünki bu dünyada qadınlarsız həyat yoxdur. Odur ki, əziz kişilərimiz qadınların qədrini bilməli və onlarla sevdikləri, razı qaldıqları kimi davranmalıdırlar.
Və sonda... bugün onları təbrik etməyi unutmayın!...

Qadınlar nə istəyir?

Fikirləriniz...


Geri dön

lamiye19

  • 26 dekabr 2011 15:26
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
baxir qiza men onlarin bezilerini teleb edirem

bunlari basa dusen ve dusmeyenler var . kas hamisi basa duwseydi .

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

Ay Üzlü

  • 13 avqust 2011 16:02
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

RoMaNTiK SerSeRi

  • 10 iyun 2011 15:05
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ne isteyir desin qulugundayam laughing

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Inciciceyi

  • 1 iyun 2011 10:28
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Nur_Ay

  • 1 iyun 2011 02:23
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK MARAQLI XEBERDIR

--------------------

GlamouR_

  • 1 iyun 2011 00:50
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
hmmmmmmmmm.xebere gore twk-lee....rr love

--------------------

Humay16

  • 31 may 2011 20:13
  • Məqalə: 0
  • Şərh: 315
  • Bal:
{awards}
teşekkürlər

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

R.M_FaNaTka

  • 31 may 2011 19:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
meleyim menim maraqli xeber ucun twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}