Qadın olmaq mənim günahım deyildi

 
Qadın olmaq mənim günahım deyildi

Azadlıq! Sözün səslənməsi belə insanın ruhunu dincəldir. Bütün canlılar azad olmaq istər.

Bədbəxtlikdən qadınların azad olmadığı bir ölkədə, özü də məhz qadın kimi dünyaya gəldim. Bu mənim günahım deyildi. Xromosomların bəd cütləməsindən yarandım, evin ilki olduğum üçün isə ana bətnindəykən bıçaq altına düşmə şansım da olmadı. Bir sözlə mən doğuldum. Elə doğulandan bu cinsə mənsubluğun çətinliklərini yaşayıram. Gəlişim anamın göz yaşlarına, əzablarına səbəb olub. Çünki qız doğulduğuma görə atam bir müddət onunla danışmayıb. Baxmayaraq ki, gənc ailənin düz üç il sonra dünyaya gəlmiş ilk övladı idim.

Ailədə iki qardaşımla mənim aramda fərq qoyulduğu üçün daim mübarizə aparmışam və hələ uşaq ikən hüquqlarımı müdafiə etməyim daim döyülməklə nəticələnirdi. Bayramlarda sinif yoldaşlarım şənliklərdə əylənərkən mən bağlı qapı arxasında o cür yerlərə getməyin qadağası isə göz yaşı tökürdüm…

Bu xatirə heç yadımdan çıxmır. Məktəbdə şəkil çəkdirmişdik. Şəkillərdən biri belə idi. 5 qız və ortada da bir oğlan sinifyoldaşımız... Müəllimimiz bizi bu cür sıraya düzmüşdü. Atama sevinə-sevinə məktəb şəkillərini göstərərkən qəfildən üzümə dəyən şillədən sevinc gözlərimdə dondu. Səbəb isə günü bu gün də xatırlayanda bu cəmiyyətdə doğulduğuma nifrət edəcək qədər acı idi. Şəkildə 5 qızın arasında bir oğlanı olması mənim mühafizəkar atam tərəfindən döyülməyimə səbəb idi….

Daha sonra uzun müddət «Qız nədir, təkbaşına Bakıya gedib oxumaq nədir?» cahil düşüncələrlə mübarizə aparmalı oldum. Nə olursa-olsun bu mühitdən qaçmalıydım, təhsil almalıydım, şəxsiyyət olaraq özümü təsdiqləməliydim. Başa düşürdüm ki, özüm-özüm xidas etməsəm kimsə məni xilas etməyəcək. Sonunda intahara cəhdim imtahan verməyimə bir şans oldu.

Universitetə qəbul oldum! Bəli, artıq azadlıq uğrunda mübarizəmə doğru ilk addımı atdım. Amma, təəssüf ki, sonadək gedə bilmədim. Cəmiyyətin yazılmamış qanunlarına uduzdum. Hələ 22 yaşında ikən «evdə qaldın, yaşın ötəcək, biabır olacağıq, ərə getməlisən», “Biz qızın olsun o da belə evdə qala” kimi dar düşüncələrin qurbanı oldum. Özlüyümdə guya ailəm üçün fədakarlıq etdim ailə qurmaqla. Amma bu hissi dərk etmədən atdığım addımla bütün arzularım alt-üst oldu…

Qadın olmaq mənim günahım deyildi

Daha sonra gəlin kimi yaşadığım qadağalar… İlahi, bu qadınlar üçün nə qədər qadağalar varmış həyatda… Heç düşünən yoxdur sən nə istəyirsən, nə arzulayırsan, nə üçün yaşayırsan?! Qadının hisləri, düşüncələri cəmiyyətə vacib deyildi sanki.

Yox! Bəsdir! Mən bu cür qadağalarla yaşamaq istəmirəm! Mən də insanam. Nə olsun ki, dünyaya qadın kimi gəlmişəm. Axı bu mənim günahım deyildi. Mənə aid olmayan günaha görə niyə cəzalanmalıyam?

Kimsədən qorxmadan məni qul-kölə etmək istəyənlərə üsyan etdim. Axı nədən qorxmalıydım?! Əgər buna görə məni öldürəcəklərsə, qoy öldürsünlər! Hər halda ruhumun ölməyindənsə, cismimin ölməyinə üstünlük verərdim. Qəribəydi, mən üsyan etdikcə onlar geri çəkilməyə məcbur olurdu. Artıq kimsə məni istəklərinə qurban edə bilmirdi. Bir şeyi anladım. Demək ki, günah bizim özümüzdəymiş. Qorxaraq susmağımızda, geriyə çəkilməyimizdəymiş.

Azadlıq üçün mübarizə aparmaq lazımmış! Bir də özünü maddi baxımdan saxlayacaq bir gücə sahib olmalısan. Təkbaşına çox əziyyətlərlə, zəhmətimlə buna da nail oldum...

Mən rühən artıq azadam! Kimsənin məni əzməyinə icazə vermərəm, öz hüqüqlarımı bilirəm, ən əsası özümü qorumağı bilirəm. Cəmiyyətin dar, cahil düşüncələri əsla məni maraqlandırmır. Qarşımadakı bütün sədləri darmadağın edib keçirəm. Mən özümü qismən xilas etdim. Amma, Azərbaycanda bu dar məngənədə çırpınan, fiziki və mənəvi zorakılığa məruz qalan, həyatlarını göz yaşı içərisində keçirən bədbəxt, məzlum, carəsiz minlərlə qadın var. Onların da xilası üçün çalışmaq, onlara mübariz, cəsarətli və güclü olmağı aşılamaq lazımdır.

Çünki, qadın da insandır və o dünyaya gəlməyib ki, ömürlərin sonuna kimi ancaq başqalarının onlara cızdığı qanunlarla yaşasın, əmrlərə tabe olsun və öz istəklərindən məhrum olsunlar.

Yaratdığım saytın da ən ümdə məqsədi atılmış, kimsəsiz, köməksiz qadınlarımızı qorumaq, hüququ baxımdan onlara yardım etməkdir. Bundan sonrakı həyatımı bu missiyaya həsr edəcəm... Çünki, Azərbaycan qadınını çarəsiz, məzlum və göz yaşları içərisində görmək istəmirəm.

Hər kəsi öz gücü çatacaq qədər bu yolda xanımlarımızı qorumağa çağırıram... Qonşuluqda 13 yaşında qızı ərə verirlərsə, bir qadını döyürlərsə susmayın, "Mənə nə?" deməyin, onları xilas edin...

Aynur Qurbanqızı


Geri dön

R.M_FaNaTka

  • 1 iyun 2011 17:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
cox tesekkurler

--------------------

Lindo

  • 1 iyun 2011 10:09
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər yaxşı yazıdı

Inciciceyi

  • 1 iyun 2011 09:24
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli yazi ucun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 1 iyun 2011 01:59
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
super yazidir tewekkürler...
Eehhhn ka$ki qadin olmeyeydim.....

--------------------



Nur_Ay

  • 1 iyun 2011 01:53
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
CHOX MARAQLI IDI..TSHK CANIM

--------------------

GlamouR_

  • 1 iyun 2011 00:40
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
ALLAH komek elesin recourse xebere gore twk-ler NURA_21 what

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}