
Azyaşlı oğlan uşağı anasının ağladığını görüb soruşdu: Anacan, niyə ağlayırsan?
Anası cavabinda; Çünki mən qadınam söylədi. Oğlunun heç nə başa düşmədiyini görən
anası onu qucaqlayaraq, Heç vaxt da başa düşməyəcəksən deyə pıçıldadı.
Bu dəfə oğlu eyni sualı atasından soruşdu. Atası; Oğlum ağlamaq qadınların canındadır,
həmişə səbəbsiz yerə ağlayarlar, dedi.Zaman ötdü, oğlan böyüdü. Hələ də onu uşaqlıqdan
düşündürən suala cavab tapa bilmədi. Qadınların göz yaşlarının səbəbini dərk etmədi.
Nəhayət ölüm anı yetişdi. Cənnətə düşən oğlan bütün həyatı boyu cavab tapa bilmədiyi
sualı Allaha ünvanladı. Allah isə cavabında bunları söylədi; "Mən qadınları kişilərin
qabırğasından onların ürəklərini qorumaq üçün yaratdım. Həyatın bütün çətinliklərinə
sinə gərəcək qüvvəyə malik olmalarına baxmayaraq lazım gəldiyində başqalarına
təsəlli verəcək qədər genişürək verdim. Doğum ağrılarına, dünyaya gətirdikləri
övladların nankorluğuna dözəbiləcək daxili güc verdim.
Həyat yoldaşlarını bütün qüsurlarıyla qəbul edərək sevmək qüdrəti verdim.
Ailəsinin ən ağır günlərində, həyat yoldaşının gücünün tükəndiyi birvaxtda bütün
yükü çiyninə götürə biləcək həyat əzmi verdim.Övladları onu
incitsələr də, qəlbinə toxunsalar da onları təmənnasız sevə bilmək bacarığı verdim.
Mən qadınlara yalnız bir zəiflik əlaməti- tamamilə özlərinin sahibolduğu
göz yaşı verdim, ehtiyacları olduğu müddətdə istifadə etsinlər deyə"....