Loğmanın öz oğluna məsləhəti

 
 Loğmanın öz oğluna məsləhəti

LOĞMAN DÖVRÜNÜN BÖYÜK HİKMƏT SAHİBLƏRİNDƏN OLUB.
BƏZİ RƏVAƏTLƏRDƏ GÖSTƏRİLİRKİ LOĞMAN PEYĞƏNBƏR OLUB AMMA QURANDA ONUN HAQQINDA LOĞMAN SURƏSİ VAR VƏ ORADA GÖSTƏRİLİBKİ LOĞMANA ALLAH TƏRƏFİNDƏN HİKMƏT BƏXŞ OLUNUB.ALLAH RƏHMƏT ELƏSİN O ŞƏXSƏ.
Ey oğlum! Dünyaya o qədər aludə olma ki, axirəti unudasan. Dünyaya o qədər etinasız olma ki, müftəxorcasına başqalarına yük olasan.


• Oğlum! Səndən əvvəl atalar öz övladları üçün mal-dövlət toplayırdılar. Amma nə mal-dövlətin özü qaldı, nə də sahibi. Ey oğlum! Elə hesab et ki, bu dünyada səni bəzi işlər üçün nökər tutublar, mükafat vədəsini də veriblər. Öz vəzifəni yerinə yetir ki, vaxtında muzdunu ala biləsən... Bu dünyada qoyun kimi yaşama; qoyunu otarırlar ki, kökəlsin; kökələn kimi də kəsirlər. Dünyanı körpü hesab et. Sən bu körpüdən birdəfəlik keçməlisən və bir daha oraya qayıtmayacaqsan.

• Ey oğlum! Bil ki, qiyamət günündə Allahın hüzurunda səndən dörd məsələ barəsində soruşulacaq: Cavanlığını hansı yolda keçirmisən; ömrünü nəyə sərf etmisən; mal-dövlətini haradan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş!

• Min nəfər dostun olsa yenə azdır. Bircə düşmən qazanmağa da çalışma, çünki düşmən bircə nəfər olsa da çoxdur.

• Ey oğlum, heç vaxt yalnız buna görə elm öyrənmə ki, alimlərin qarşısında öyünəsən, səfehlərlə mənasız mübahisələr aparasan, məclislərdə özünü göstərəsən.

• Yetimin malını yemə, yoxsa qiyamət günü rüsvay olarsan və sənə əmr edərlər ki, yetimin malını özünə qaytarasan, amma bunu edə bilməzsən.

• Günahlardan tövbə etməyi təxirə salma, çünki ölüm qəfil gəlir.

• Ey oğlum! Hər kim: "Ey Allah, bağışla!" - desə, günahları bağışlanmaz. O adamın günahları bağışlanır ki, Allahın əmrlərinə əməl edir.

• Pis yoldaşdansa, tənhalıq yaxşıdır.

• Ey oğlum! Özündən böyüklərlə məşvərət et. Hərdən özündən kiçiklərlə də məsləhətləşməkdən utanma.

• Günahkar və bədxasiyyət adamlarla dostluq etmə! Onlar köpək kimidirlər; əgər səndə bir şey tapsalar, yeyib qarınlarını doyurarlar. Əks halda sənin barəndə pis sözlər danışıb səni rüsvay edərlər. Onların dostluğu bir saatdan artıq sürməz.

• Ağıllı adama o xasiyyət yaraşır ki, öz ailəsi ilə uşaq kimi rəftar etsin, cəmiyyət içində isə özünü vüqarla aparsın.

• Ey oğlum, camaatı söymə ki, öz ata-anan da söyülməsin.

• Ey oğlum, insanın vücudu üç hissədən ibarətdir. Bunların biri Allaha aid, digəri özünə aiddir, o biri isə ilan-çayır və həşəratlar üçündür. Allaha aid olan hissə ruhdan ibarətdir. İnsanın özünə aid olan hissə onun əməlləridir. İnsanın bədəni isə (öləndən sonra) ilan-çayır və həşəratlara qalar. İlan-çayırdan ötrü (yəni öz cismani istəkləri üçün) çalışan adam ziyan çəkmişdir.

• Ey oğlum, pislik pisliklə ləğv edilməz; axı odu odla söndürməzlər. Pisliyi yaxşılıq vasitəsilə ləğv edərlər; odu su ilə söndürərlər.

• İnsanları yaxşı əməllərə çağır, pis işlərdən çəkindir. Nə qədər ki, səni hesaba çəkməyiblər, öz-özünü hesab çək!

• Söz gümüşdürsə, sükut qızıldır.


Geri dön

qonce

  • 2 iyun 2011 15:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Ey oğlum! Hər kim: "Ey Allah, bağışla!" - desə, günahları bağışlanmaz. O adamın günahları bağışlanır ki, Allahın əmrlərinə əməl edir.
Bu heqiqetende beledir.Tesekkurler!

::..ONSLAUGHT::..

  • 2 iyun 2011 15:05
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkkurler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

DOQRULAR

  • 2 iyun 2011 14:27
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Allah razi olsun gozel xebere gore inshaAllah...• Ey oğlum, heç vaxt yalnız buna görə elm öyrənmə ki, alimlərin qarşısında öyünəsən, səfehlərlə mənasız mübahisələr aparasan, məclislərdə özünü göstərəsən.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

Ben99

  • 2 iyun 2011 14:05
  • Məqalə: 1
  • Şərh: 54
  • Bal:
{awards}
tesekkurler

jalicka

  • 2 iyun 2011 13:55
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
tesekkkurler xebere gore

hazal kaya

  • 2 iyun 2011 13:40
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

lema

  • 2 iyun 2011 12:35
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
çox gözel mövzu idi.twk.Allah razı olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

justin bieber

  • 2 iyun 2011 11:49
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
Sitat: Memmedzade_Mesume
ALLAH RAZI OLSUN


Inciciceyi

  • 2 iyun 2011 11:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
super meslehetlerdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 2 iyun 2011 11:16
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər yaxşıdı

Memmedzade_Mesume

  • 2 iyun 2011 11:05
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}