Bir Çox Müsəlmanı Düşündürən Sual

 
Bir Çox Müsəlmanı Düşündürən Sual

SUAL
Nə üçün Əli İbni Əbu Talib (ə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Canişini və vəsisidir?

Cavab:
Yuxarıda qeyd olunduğu kimi, şiələr xilafət məqamının Allah tərəfindən tə`yin olunmasına inanır və deyirlər ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra imamət məqamı müəyyən cəhətlərdən eynilə nübüvvət (peyğəmbərlik) kimidir: yə`ni Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allah tərəfindən tə`yin olunduğu kimi, onun canişini də Allah tərəfindən tə`yin olunmalıdır.

Peyğəmbər (s.ə.v.v)-in həyat tarixi bu müddəaya canlı şahiddir. Çünki o həzrət çoxlu münasibətlərlə əlaqədar olaraq Əli (ə)-ı özünün xəlifəsi ünvanı ilə tə`yin etmişdir. Biz onlardan üçünü qeyd edirik:

1-Be`sətin əvvəlində

Allah tərəfindən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə əmr olunmuşdu ki, "və ənzir əşirətəkəl-əqrəbin” ("Şüəra” surəsi, ayə:214) ayəsinin hökmünə görə öz qohum-əqrəbasını tovhid ayininə də`vət etsin. Bu yığıncaqda Peyğəmbəri Əkrəm (s.ə.v.v) onlara xitabən buyurmuşdu:

فَاَيُّكُمْ يُوَازِرُنِي فِي هذَا الاَمْرِعَلَي اَنْ يَكُونَ اَخِي وَوَزِيرِي وَخَلِيفَتِي وَوَصِيِّي فِيكُمْ

"Sizlərdən hansı biriniz bu işdə mənə kömək edər ki, mənim qardaşım, vəzirim, vəsim və sizin aranızla canişinim olsun?”

Bu asimani çağırışa müsbət cavab verən yeganə şəxs Əliyyibni Əbi Talib (ə) oldu. Bu zaman Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz qohum-əqrəbalarına xitabən buyurdu:

اِنَّ هذَا اَخِي وَ وَصِيِّي وَ خَلِيفَتِي فِيكُمْ فَاسْمَعُوا لَهُ وَ اَطِيعُوهُ

"Bu (yə`ni Əli) mənim qardaşım, vəsim və sizin aranızdakı canişinimdir. Onun sözlərinə qulaq asın və ona itaət edin.”

2-”Təbuk” qəzvəsi

"Təbuk” qəzvəsində Peyğəmbər (s.ə.v.v) Əli (ə)-a buyurdu:

اَمَا تَرْضَي اَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَي اِلاّ اَنَّهُ لَا نَبِيَّ بَعْدِي

"Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsunæ bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.”[1] (Yə`ni Harun həzrəti Musandan sonra onun vəsisi və canişini olduğu kimi, sən də mənim xəlifəm və canişinimsən.)

3-Hicrətin 10-cu ilində

Peyğəmbəri Əkrəm (s.ə.v.v) vida həccindən qayıdanda "Qədir-Xum” adlı bir diyarda Əli (ə)-ı böyük bir cəmiyyət arasında müsəlmanların rəhbəri və mö`minlərin əmiri kimi təqdim edərək buyurdu:

مَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا عَلِيٌّ مَوْلَاهُ

"Mən (indiyə qədər) hər kəsin rəhbəri və ixtiyar sahibi idimsə, (bundan sonra da) bu Əli onun mövlası və rəhbəridir.”

Diqqət olunmalı mühüm məsələ budur ki, Peyğəmbər (s.ə.v.v) sözünün əvvəlində belə buyurmuşdu:

اَلَسْتُ اَوْلَي بِكُمْ مِنْ اَنْفُسِكُمْ

"Mən sizə, sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?” Müsəlmanlar da hamılıqla bu sözü təsdiq etdilər. Deməli, o həzrət "mövla” kəlməsi ilə "mö`minlərin tam ixtiyar sahibi və rəhbəri” mə`nasını nəzərdə tutmuşdu. Buradan belə nəticə alınır ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün malik olduğu "övləviyyət” məqamını (vilayət və rəhbərliyi) Əli üçün də isbat etmişdir. Məhz həmin gündə Həssan ibni Sabit tarixi Qədir hadisəsini nəzmə çəkmişdir. Onun bir qismi belədir:[2]

يُنَادِيهِمْ يَوْمَ الْغَدِيرِ نَبِيُّهُم بِخُمٍّ وَ اَسْمِعْ بِالرَّسُولِ مُنَادِيًا

فَقَالَ فَمَنْ مَوْلَاكُمْ وَ نَبِيُّكُم فَقَالُوا وَ لَمْ يَبْدُوا اَهُنَاكَ التَّعَامِيَا

اِلَهُكَ مَوْلَانَا وَ اَنْتَ نَبِيُّنَا وَ لَمْ تَلْقَ مِنَّا فِي الْوِلَايَةِ عَاصِيَا

فَقَالَ لَهُK قُمْ يَا عَلِيُّ فَاِنَّنِي رَضِيْتُكَ مِنْ بَعْدِي اِمَامًا وَ هَادِيًا

فَمَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا وَلِيُّهُ فَكُونُوا لَهُ اَتْبَاعَ صِدْقٍ مَوَالِيَا

هُنَاكَ دَعَاK اَللَّهُمَّ وَالِ وَلِيَّهُ وَ كُنْ لِلَّذِي عَادَي عَلِيّاً مُعَادِيَا


Qədir günü Peyğəmbərlrəri onlara nida etdi

Xum adlı bir yerdə, Rəsulun carçısı necə də yaxşı eşidəndir!

Buyurdu: Kimdir sizin mövlanız və nəbiniz?

Dedilər: Sənin Allahın bizim mövlamızdır, sən də bizim Peyğəmbərimizsən,

Bizim içərimizdə vilayətə asi olan bir kəs görməzsən.

Peyğəmbər əliyə buyurdu: Qalx ayağa, həqiqətən mən

Sənin özümdən sonra imam və hidayətçi olmağına razı oldum

Mən hər kəsin mövlasıyamsa, bu Əli dəonun vəlisi, rəhbəridir,

Siz də ona sadiq itaət edənlərdən olun!

Orada belə dua etdi: Pərvərdigara, onu sevənləri sev

Əli ilə düşmənçilik edənlərlə düşmən ol!


Geri dön

Lindo

  • 4 iyun 2011 17:01
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
təşəkkürlər

Inciciceyi

  • 3 iyun 2011 10:01
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 3 iyun 2011 00:25
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX GOZEL XEBERDIR

--------------------

MuslimGirl

  • 2 iyun 2011 18:34
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}

يُنَادِيهِمْ يَوْمَ الْغَدِيرِ نَبِيُّهُم بِخُمٍّ وَ اَسْمِعْ بِالرَّسُولِ مُنَادِيًا

فَقَالَ فَمَنْ مَوْلَاكُمْ وَ نَبِيُّكُم فَقَالُوا وَ لَمْ يَبْدُوا اَهُنَاكَ التَّعَامِيَا

اِلَهُكَ مَوْلَانَا وَ اَنْتَ نَبِيُّنَا وَ لَمْ تَلْقَ مِنَّا فِي الْوِلَايَةِ عَاصِيَا

فَقَالَ لَهُK قُمْ يَا عَلِيُّ فَاِنَّنِي رَضِيْتُكَ مِنْ بَعْدِي اِمَامًا وَ هَادِيًا

فَمَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا وَلِيُّهُ فَكُونُوا لَهُ اَتْبَاعَ صِدْقٍ مَوَالِيَا

هُنَاكَ دَعَاK اَللَّهُمَّ وَالِ وَلِيَّهُ وَ كُنْ لِلَّذِي عَادَي عَلِيّاً مُعَادِيَا
Allah razı olsun! Maraqlı məlumat idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}