Şeyx Nizami Gəncəvi

 
Şeyx Nizami Gəncəvi

Şeyx Nizami Gencevi

Sözün de su kimi letafeti var,
Her sözü az demek daha xoş olar.

Bir inci saflığı varsa da suda,
Artıq içilende derd verir su da.

İnci tek sözler seç, az danış, az din
Qoy öz sözlerinle dünya bezensin.

Az sözün incitek menası solmaz,
Çox sözün kerpic tek qiymeti olmaz

Esli temiz olan saf mirvarılar
Suya ve torpağa min bezek vurar.

Medenle dolsa da her bir xezine,
Her kiçik zerresi dermandır yene.

Üreyi oxşayan bir deste çiçek
Yüz xırman otundan yaxşıdır gerçek!

Yüz ulduz yansa da göylerde, inan,
Bir güne baş eymek xoşdur onlardan.

Göyde parlasa da ne qeder ulduz,
Güneşdir nur veren aleme yalnız.

Şeyx Nizami Gəncəvi

Şeyx Nizami Gencevi
Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?
Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.

Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!
Sual etmə "Nədir dərdin?" əcəb bimar saxlarsan?

Nə rəngdə sən olursan ol, səninlə mən varam daim,
Əgər təsbihə mayilsən və ya zünnar saxlarsan

Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin.
Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.

Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,
Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.

Səni daim Nizami öz əziz cananı bilmişdir,
Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan!?

Şeyx Nizami Gəncəvi

Şeyx Nizami Gencevi

Diləyirdim mənə sən bir gecəlik yar olasan!
Əhdi, peymanı tutub, əhdə vəfadar olasan!

Gözlərin yadları gördükdə gülür nərgiz tək,
Bir tikandır mənə qəmzən, nola, qəmxar olasan!

Dostluğundan demişəm mən, neçə düşmən eşidib,
Məni əğyarə xəcil etsən, özün xar olasan!

Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!

Sən nə quşsan, sınayım mən nə sayaq, söylə, səni,
Hanı bir öylə könül bəndü giriftar olasan?!

Şəhər əhli sənin eşqində Nizami kimidir,
Nə rəva Axsitana munisü dildar olasan!

Şeyx Nizami Gəncəvi

Şeyx Nizami Gencevi

Afərin hüsnünə, mən bir belə dilbər istərəm,
Gecələr şəm yanar, sən kimi gövhər istərəm!

Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,
Valehəm onlara mən, bir belə məcmər istərəm!

Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,
Duzlusan, həm də şirin, sən kimi şəkkər istərəm!

Sənin eşqinlə töküb, hər iki dünyanı bu gün,
Bir qədəhdən içərəm, mən belə sağər istərəm!

Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır,
Gör nə xoşdur, gözəlim bir belə ənbər istərəm!

Bağladın zülfünə qul tək bu Nizamini özün,
Söyləyir zülfün ucu, bir belə çakər istərəm.

Şeyx Nizami Gəncəvi

Şeyx Nizami Gencevi

Közüm aydın, gözümə surəti-canan görünür,
Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.

Allaha şükr edirəm, ey gözümün nuru, bu gün
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ayrılıq zəhrini daddım, acı da olsa, visal
İki dünyayə dəyər, eylə ki, hicran görünür?

Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiciyim, can evi viran görünür.

Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:
"Gözüm aydın, gözümə surəti-canan görünür".

Şeyx Nizami Gəncəvi


Geri dön

Lindo

  • 4 iyun 2011 17:37
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
barmaqla sayılan əsl dahilərimizdan biri dahi budur yoxsa ... tşk

E_M_O

  • 3 iyun 2011 12:53
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWK EDIREM

Inciciceyi

  • 3 iyun 2011 08:35
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyun 2011 05:32
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEŞEKKÜR EDİREM!

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_DreaM_

  • 3 iyun 2011 00:17
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
seirleri oxudum super idi...muellife derin tesekkurler..

seirleri oxudum super idi...muellife derin tesekkurler..

--------------------

R.M_FaNaTka

  • 2 iyun 2011 23:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
bunun sehirlerinden cox xowum gelir twk

--------------------

Grace_Angel

  • 2 iyun 2011 22:38
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Sözün de su kimi letafeti var,
Her sözü az demek daha xoş olar.
İnci tek sözler seç, az danış, az din
Qoy öz sözlerinle dünya bezensin.


Tewekkur edirem...Cox gozel ve cox ibretamiz seirdir...Nizami Gəncəvinin umumiyyetle butun eserlerin butun seirlerin cox beyenirem...cox sevdiyim sairdir...Seirlerinden bir necesini bizimle paylasdiginiz ucun size derin minnetdarligimi bildirirem...ALLAH RAZI OLSUN!!!

--------------------

MuslimGirl

  • 2 iyun 2011 22:22
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
İnci tek sözler seç, az danış, az din
Qoy öz sözlerinle dünya bezensin.
Çalışıram ki, sözü qiymətli insanlarla oturub durum. Çünki hər az danışılan söhbətdə bir gözəllik vardır. Nizami Gəncəvi ən çox sevdiyim şairdir. Təşəkkürlər gözəl xəbər üçün

::..ONSLAUGHT::..

  • 2 iyun 2011 22:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Teslim Olma 777

  • 2 iyun 2011 21:42
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
Az sözün incitek menası solmaz,
Çox sözün kerpic tek qiymeti olmaz

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 6
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}