Həyat adlı bir oyun

 
Həyat adlı bir oyun

Həyat – qaydasız oyundur. Və sənin yalnız bir dəfə cəhd etməyə şansın var.
Sən seçimində azadsan, çünki həyat – azadlıqdır.
Yalnız sən özünü çərçivəyə salıb, azad həyata əsirlikdən kimi baxa bilərsən.
Həyat oyununda hər kəs üçün fərdi rol ayrılıb, və sən bu oyunun gedişatına cavabdehsən.
Həyat oyunu kralın ölümü ilə bitmir, əksinə davam edir, və hətta qalib gəlir.
Həyat oyunçuları uydurma və yalanlardan qumarbazlardan daha çox istifadə edirlər.
Həyat oyununda nişanlanmış kartlar yoxdur, amma damğalanmış oyunçular var.

Sən hər an həyatını dəyişə bilərsən. Yetər ki, öz daxili güvvəni özün üçün kəşv edəsən. Öz gücünə inanasan və sənə ayrılan zamanı qiymətləndirib həyatını yaxşılığa doğru yönəldəsən.
İnsanın təxəyyülü, arzuları – onun həyatının əsasıdır, binövrəsidir. Bir çox hadisələrin gedişatı bu təməlin möhkəmliyindən asılıdır.
Sənin arzu-istəklərinin pozitiv gücü onları daha tez gerçəkləşdirə bilər.
Calış düzgün nişan al, arzulamaqdan əvvəl “yüz ölç – bir biç”. Ehtiyatlı ol – arzu – reallığa çevrilə bilər. Və sən buna hazır olmalısan!
Hərdən insan illərlə arzuladığını əldə edəndən sonra həyatının mənasını itirir.

Məsələn, bir sxem

“Möcüzə” arzusu “möcüzə” gerçəkləşəndən sonra

1.“Ali məktəbə qəbul olmaq” “Həvəssiz oxuyub, kafi qiymətlərlə bitirmək”

2.“Sevdiyin insanın məhəbbətini qazanmaq” “Hisslərin soyuması, laqeydlik, ayrılıq”

3. “Nişan, toy-düyün” “Adilik, əsəbilik, gərginlik, boşanma”

4. “Ana olmaq” “Məişət problerindən tez yorulma, pərt hall”

5. “Müsabiqədə birincü olmaq” “yalnız dost-tanış arasında tanınan”

Cədvəlin açıqlanması-səbəblər

1. Abituriyent imtahana hazırlaşanda – yaxşı həkim, müəllim, iqtisadçı olmağı arzulamır. O, sadəcə, tələbə olmaq istəyir. Bu səbəbdən, universiteti həvəssiz bitirib özünə uyğun iş tapa bilmir. Axı onun hədəfi “Ali məktəbə qəbul olmaq” idi. Sonrasını düşünmədi – bu da gözəl arzunun nəticəsi...

2. Gənc qızlar, oğlanlar bir-birinin ovsununda yalnız öz məqsədlərini düşünürlər: “O, mənim olmalıdır!”.Qarşılarındakı maniələri, çətinlikləri keçmək onlar uçun oyunun mərhələsi kimidir. Yalnız əldə etdikdən sonra oyanıb yanlarında yad bir insan görürlər. Çünki, məqsədləri o insanı qazanmaq idi, onun yaxından tanımaq yox.

3. Hər bir qız toy günü arzusu ilə yaşayır. Onda belə bir sual yaranır: “Bəs nə üçün boşanmaların sayı çoxalır?” Çünki, xanımlar, ailə həyatının çətinliklərini düşünmürlər. Nə həyat yoldaşlarına, nə də ki, onun qohun-əqrabasına güzəşt etmək istəmirlər. Halbuki, ailənin birinci qanunu – güzəşt etmək bacarığıdır! Bax belə gözəl, heyranedici, cazibədar, füsunkar toy məclisinin səbəbkarları ayrılmaq təhlükəsi ilə rastlaşırlar.

4. Qadın Ana olmaq arzusu ilə yaşayır, 9 ay səbirsiz gözləyir, balasını qucağına alanda – dünyanın xoşbəxti olur... Bəs nə üçün uşaqlar, döyülür, söyülür, uşaq evlərində atılmış uşaqların sayı artır? Çünki, bəzi xanımlar ana olmağı “evcik-evcik” oyununa bənzədirlər. Uşaq onların gəlinciyidir. Bezdirsə - atıb, başqa oyun oynayacaq.

5. Respublikada bir çox müsabiqələr keçirilir. İlk gündən iştirakçılarının arzusu daha böyük yarışmalara qatılmaqdansa – burda 1-ci olmaq olur. Bəs sonra? Məqsədsiz qalıb, bir anda sadə, maraqsız adama çevrilirlər.

Bəzən arzu sahibi “mö'cüzə”nin təsirindən özünü itirir. Bundan sonra necə yaşayacağını bilmir. Axı o, sonrakı addımları hesablamamışdı!

Həyatın bir neçə qanunlarından birini yadda saxla:
- sənin xoşbəxtliyin yalnız sənin əlindədir. Həmçinin uğursuz nəticənin də məhsuliyyətini sən daşıyırsan;
- Həyat naməlum gedişatı ilə gözəldir. Hər şey yaxşılığa doğrudur!

- Hərəkət et! HƏYATININ SULTANI OL!


Geri dön

miss_sokaladka

  • 4 sentyabr 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
tesekkurler

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Narka E-ZaDe

  • 26 avqust 2011 13:12
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
cooox maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Just For Legend

  • 5 dekabr 2010 17:47
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox sag ol xeere gore

--------------------

Ulya

  • 16 avqust 2010 14:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fikirlerinize gore twk

winner...

  • 16 avqust 2010 11:42
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
thanksss

MiKoLaDka

  • 15 avqust 2010 13:58
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
thank you

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

STORM MEN

  • 15 avqust 2010 13:35
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Gözəl sözlərə görə çox sağol

--------------------

CrazyGirl

  • 15 avqust 2010 09:36
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Yariya qeder oxudum ardini da oxuyacam.Tsk

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}