Hər işdə bir xeyir vardır

 
Hər işdə bir xeyir vardır

Bəzən biz insanlar hər hansısa bir problemlə, qəmlə və ya bir xəyanətlə qarşılaşdıqda kədərlənir və hədsiz dərəcədə məyus oluruq. Bu xəyanət dost sandığımız, yoldaş bildiyimiz və yaxud da yaxınımız olan biri tərəfindən həyata keçirildikdə o zaman bütün dünyamızın, arzularımızın, xəyallarımız puç olduğunu hiss edirik. Bütün bu olanların nə üçün baş verdiyini anlamağa çalışırıqsa da heç nə əldə edə bilmirik və demək olar ki, sözün əsl mənasında yaşam sevincimizin sönüb tükəndiyini hiss edirik. Əlimiz hər bir şeydən soyuyyur. Hətta o an üçün dünya gözümüzdə kiçilir və öz dəyərini itirir. Sanırıq ki, düşdüyümüz bu vəziyyətdən çətin bir an ola bilməz. Dünyadakı ən böyük çətinliklə qarşılaşdığımızı düşünürük. Düşdüyümüz bu vəziyyəti digər bir şəxs bildiyi zaman bizləri sakitləşdirmək üçün söylədiyi hər bir söz bizlərə mənasız bir söz kimi görünür. Belə anlarda bizlərə ən çox bu cümlələri söyləyirlər: Hər işdə bir xeyr var. Sanma ki, bu vəziyyət sənin ziyanınadı. Bəlkə də elə xeyir bundadı.
Lakin bütün bu söylənilən sözlər də bizi sakitləşdirə bilmir. Heç cürə özümüzü ələ ala bilmirik. Zaman keçdikcə qarşılaşdığımız bu problemi aydınlaşdırdıdığımız zaman yaranmış bu vəziyyətdə dost sandığımız birinin iştirakı olduğunu bildikdə bir anlıq özümüzü itirir və nə edəcəyimizi bilmirik. Çünki, doğru bildiyimiz hər bir şeyin yalan olduğunu görürük. O an insanlara olan inamımız demək olar ki, sözün əsl mənasında tamamilə bitib tükənir. Lakin zaman keçdikcə, bizlər sakitləşib düşdüyümüz bu vəziyyətdən düzgün nəticə çıxarmağa çalışdığımız zaman görürük ki, həqiqətən də qarşılaşdığımız bu çətinlikdə də bir xeyir varmış. Çünki, başa düşürük ki, bu çətinlik olmasaydı o zaman biz dost sandığımız insanların əsl üzlərini görməyəcəkdik və onlarla öz arzularımızı, istəklərimizi, xəyallarımızı hətta sirlərimizi belə paylaşmağa davam edəcəkdik. Bəlkə də elə bir sirrimizi o insana verəcəkdik ki, həmin sirri digərlərinə söylədiyi zaman həyatımız tamamən bitə bilərdi. Buna görə də düşünürəm ki, düşdüyümüz hər bir çətin vəziyyətdən, qarşılaşdığımız ən böyük problemlərdən belə kədərlənib məyus olmaq əvəzinə xeyir axtarsaq daha yaxşı olar. Atalar yaxşı deyib: “Hər işdə bir xeyir var”.

Hər işdə bir xeyir vardır


Həqiqətən də o zaman kədərlənib məyus olmaq əvəzinə yaxşı tərəfini fikirləşsək hər şeyi daha dəqiq başa düşə bilərik. Ancaq bütün bu dediklərimiz yenə də bizlərə haqq qazandırmır. Bəli dostumuzun xəyanət etməsi belə bizlərə haqq qazandırmır. Çünki, az da olsa yaranmış vəziyyətdə özümüzün də payı olur. Bunun üçün də yaranmış vəziyyətin hər bir hissəsini ayrı-ayrılıqda analiz edib özümüzün etdiyimiz səhvləri, göstərdiyimiz zəiflikləri gözümüzün önündə canlandırıb özümüz üçün nəticə çıxarmalıyıq ki, bir də heç zaman bu cürə çətinliklərlə qarşılaşmayaq. Düşünürəm ki, əgər yaranmış bu vəziyyətdən düzgün nəticə çıxara bilsək o zaman gələcəkdə belə səhvlərə yol verməkdən özümüzü çəkindirə bilərik.
Mən elə gəlir ki, hər birimiz yaddan çaxartmamalıyıq ki, insanı ucaltmaq çətin, alçaltmaq isə çox asan bir işdi. Təəssüf hissi ilə demək istərdim ki, əksər insanlar sanırlar ki, kimisə alçaltmaq, həmin insanın qüruru ilə oynamaq onların şan-şöhrətini artırır, başların ucaldır. Lakin bu heç də elə deyil. İnsan alçaltmaqla heç kəsin şan-şöhrəti artmır. Mən deyərdim ki, bu hərəkət həmin şəxslərin əsl insan olmadıqlarının sübutudur. Buna görə də çalışmalıyıq ki, biz özümüzdə həyatda heç kəsi alçaldıb pislik etməyək. Kimin üçünsə qazılan quyuda iştirakçı olmayaq. Hətta o quyusu qazılan şəxs bizə pislik etsə belə. Çünki, ilahi ədalət deyilən bir şey var. Hə, ilahi ədalət. Ulu yaradan hər şeyi bilir və görür. Mən inanıram ki, vaxt gələcək başqasına pislik edənlər, digər şəxslərə iyrənc oyun oynayanlar məhz özləri başqaları üçün qurduqları tələyə düşəcəklər. Bunun üçün də pislik edənə pisliklə cavab vermək lazım deyil. Əgər sən də onun kimi hərəkət edirsənsə o insandan heç bir fərqin olmaz və həmin insanın tayı olarsan.

Hər işdə bir xeyir vardır

Fikirləriniz..


Geri dön

Lindo

  • 4 iyun 2011 17:14
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
təşəkkürlər əlbəttə belədir

Inciciceyi

  • 3 iyun 2011 09:14
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twwwwwwwwk edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyun 2011 05:38
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkur edirem gozel xeber ucun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 3 iyun 2011 00:16
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}

--------------------

YazYamuru

  • 2 iyun 2011 23:23
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
te$ekkürler maraqli yazi idi.



--------------------



::..ONSLAUGHT::..

  • 2 iyun 2011 22:25
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TWK EDIREM....

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MuslimGirl

  • 2 iyun 2011 19:30
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Gözüm ağrıyır, baxa bilmədim...Ümid edirəm ki, dəyərli bir mövzudur. Həqiqətən də, gördüyümüz hər bir işdə xeyir, kəramət var. Allah razı olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 42
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}