Bakıda yeni Zooloji Park nə vaxt istifadəyə veriləcək?

 
Bakıda yeni Zooloji Park nə vaxt istifadəyə veriləcək?

2016-cı ildə Azərbaycanda dünya standartlarına və müasir tələblərə cavab verən, özündə bütün qitələrin flora və faunasını cəmləşdirən yeni Zooloji Park istifadəyə veriləcək. Parkın harada yerləşəcəyi, flora və faunanın həmin əraziyə necə uyğunlaşdırılacağı, parkın layihəsi, hazırda və gələcəkdə görüləcək işlər barədə məlumat almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdik.

Nazirliyin Bioloji Müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ilk olaraq yeni Zooloji Parkın Abşeron rayonunun Bakının mərkəzindən 20 km məsafədə yerləşən Qobu qəsəbəsində ayrılmış 55 hektar ərazidə salınacağını bildirdi:

“Son illər Azərbaycanda bioloji müxtəlifliyin qorunması ilə əlaqədar müxtəlif səpkili işlər həyata keçirilib. Bu qəbildən yeni zooloji parkın yaradılması məsələsini xüsusilə qeyd etmək olar. Aydındır ki, Azərbaycanda heyvanat parkı var, lakin bu, müstəqillik əldə olunandan sonra bütün sahələrdə qeydə alınan tərəqqi, yenilənmə, iqtisadiyyat və sənayenin dünya standartları səviyyəsində inkişafı ilə heç də ayaqlaşmır. Eyni zamanda heyvanat parkına gəlib-gedən müxtəlif ölkə mütəxəssisləri onun artıq çox geridə qalmış bir park olduğunu, yəni burada heyvanların normal yaşayışı və inkişafı üçün şəraitin olmadığını bildiriblər. Artıq Azərbaycanda dünya standartlarına uyğun heyvanat parkının yaradılmasına ehtiyacın olmasına dair məsələ beynəlxalq səviyyədə gündəmə gəlmişdi. Nəhayət Azərbaycan prezidentinin 2008-ci il 26 dekabr tarixində Zooloji parkın yaradılması haqqında 109 saylı sərəncamı qəbul olundu. Və həmin sərəncamla ETSN-in nəzdində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik Zooloji parkın yaradılması məsələsi təsdiq edildi”.

“Təbii ki, bu zooloji park yüksək standartlara, müasir tələblərə uyğun bir zooloji park olmalıdır”, - deyən Hikmət Əlizadənin sözlərinə görə, sərəncamın icra edilməsi, yəni yeni zooloji parkın dizayn, tikinti-inkişaf layihəsinin hazırlanması məqsədi ilə 2010-cu ilin iyun ayından etibarən keçirilmiş beynəlxalq tenderin nəticəsinə uyğun olaraq Türkiyənin “Ekodeinge Engineering and Consulting LTD” şirkəti ilə müqavilə bağlanıb və 2010-cu ilin iyun ayından etibarən bu şirkət artıq yeni zooloji parkın layihə dizayn sənədlərinin hazırlanması işlərinə başlayıb.

“Öz növbəsində yeni zooloji parkın harada yerləşməsi ilə bağlı müxtəlif təkliflər olub. Son olaraq, həm müvafiq infrastruktura malik olması, həm şəhərə yaxınlığı və digər tələblər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2010-ci il tarixli 93 S saylı sərəncamı ilə Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində, təqribən Bakı şəhərinin mərkəzindən 20 km. kənarda 55 hektar torpaq sahəsi ayrılıb. Ötən müddət ərzində həmin torpaq sahəsində “Ekodeinge” şirkəti tərəfindən ilkin tədqiqat və qiymətləndirmə işləri aparılıb”, - deyə ETSN rəsmisi bildirib.

H. Əlizadə qeyd edib ki, Türkiyə şirkətinə dəstək vermək üçün ETSN tərəfindən işçi qrup yaradılıb. Onun sözlərinə görə, bu işçi qrupda müxtəlif qurumlar və o cümlədən nazirliyin mütəxəssisləri iştirak edirlər.

“Qeyd edim ki, onlar bu günə qədər çoxsaylı birgə müşavirələr keçiriblər, ərazidə ilkin tədqiqat işləri aparıblar, ərazidən müxtəlif torpaq və su nümunələri götürülərək xaricdə onların laborator analizləri aparılıb və bu işlərin yekunu olaraq əldə olunan nəticələr zooloji parkın mütəmadi olaraq layihə sənədlərinin hazırlanmasında istifadə olunub. Yeni zooloji parkın layihə-dizayn işlərinin aparılmasına Türkiyə şirkəti tərəfindən son illər dünyanın bir sıra ölkələrində - Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Dubay, Çexiya və Sinqapurda yaradılmış zooloji parkların layihələrini işləyən hollandiyalı, yeni zelandiyalı və sinqapurlu mütəxəssilər də cəlb olunub. Bu işlərin yekunu olaraq şirkət tərəfindən nəhayət ki, 2010-cu ilin sonunda əvvəlcə ilkin baş plan layihəsi və nəhayət 2011-ci ilin fevral ayında baş planın yekun layihəsi təqdim olunub, həmçinin müxtəlif qurumlar tərəfindən baxılaraq bəyənilib”, - Hikmət Əlizadə söyləyib.

O hazırda həmin baş plan əsasında şirkət tərəfindən ərazidə yerləşdiriləcək obyektlərin konkret sxemlərinin çəkilməsi, dizayn işlərinin aparılması kimi işlərin getdiyini bildirib:

“Artıq ərazidə olacaq infrastruktur obyektlərinin elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik sistemi kimi kommunikasiya xəttləri ilə təmin edilməsi məqsədi ilə texnki hesabatlar hazırlanıb. Biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik və texniki şərtlər almışıq. İndi artıq növbəti mərhələ kimi həmin texniki şərtlər əsasında layihə sənədləri hazırlanacaq və ilk növbədə əraziyə bu xəttlərin çəkilməsi işləri aparılacaq”.

Bioloji Müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini bildirib ki, parkın salınması üçün nəzərdə tutulan ərazi yarımsəhra quruluşuna malik olduğundan orada ciddi drenaj-abadlaşdırılma işləri aparılmalıdır. Ərazinin drenaj-abadlaşdırılması layihəsinin artıq hazır olduğunu bildirən H.Əlizadə bununla bağlı yaxın günlərdə tenderin keçiriləcəyini və qalib şirkətin ərazinin drenaj şəbəkəsinin çəkilməsi üzrə işləri həyata keçirəcəyini bildirib.

Yeni parkın necə adlanacağı ilə bağlı sualımızı cavablandıran ETSN rəsmisi mütəxəssislərlə müxtəlif variantların müzakirə olunduğunu və yekun olaraq Azərbaycanın Təbiət Aləmi Zooloji Parkı adında bir qurumun yaradılmasının qərara alındığını bildirib.

“İndi parkın işçi heyəti və ştat vahidləri ilə bağlı rəylər mövcuddur. Hazırda onlara qanuni statusun verilməsi, parkın bir idarə kimi yaradılması, layihə üzrə aparılan işlərin yaxın aylarda artıq başa çatdırılması, tikinti işləri, infrastrukturun çəkilməsi işlərinə başlanması prosesi gedir. Parkın salınması işlərində nə qədər vətəndaşın işlə təmin olunmasını hələ ki, söyləmək çətindir. Çünki layihə-dizayn işləri hələ tam yekunlaşmayıb. Bunun nəticəsindən asılı olaraq, yəni həcm məlum olandan sonra nə qədər insanın işlə təmin olunacağını demək olar. Ümumiyyətlə bu çox böyük bir layihə olacaq, nazirlik də bu işdə maraqlıdır. Biz hesab edirik ki, bu, Azərbaycan vətəndaşları, xüsüsən də gənc nəslin təlim-tərbiyəsi üçün, onların təbiətə məhəbbət ruhunda böyüməsi, o cümlədən onların dünya təbiətini qavraması və öyrənməsi istiqamətində çox böyük bir iş olacaq. Biz bu işlərin tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsində maraqlıyıq”, - deyə Hikmət Əlizadə vurğulayıb.

Azərbaycanın Təbiət Aləmi Zooloji Parkında yerləşdiriləcək heyvanlar və bitki aləminə gəldikdə isə nazirlik nümayəndəsi bildirib ki, burada bir neçə amil nəzərə alınmalıdır.

“Biz bura maksimal dərəcədə müxtəlif heyvan və bitki növlərini cəlb etmək niyyətindəyik, xüsusilə də vəhşi təbiəti təmsil edən heyvanlar insanlar üçün çox maraqlı olardı. Lakin bura gətiriləcək heyvan və bitki növləri təbii ki, Azərbaycan iqliminə uyğun olmalıdır. Amma deyim ki, bununla belə parkda çoxsaylı heyvan və bitki növləri olacaq. Yeni yaradılacaq zooparkda müxtəlif bölmələr olacaq, heyvanlar qəfəsdə yaşamayacaq və onları bir-birindən təbii maneələr ayıracaq. Burada demək olar ki, dünyanı bütün qitələrini – Afrika, Şimali və Cənubi Amerika, Asiya, Avropa, Avstraliya, hətta Antarktidanı təmsil edəcək heyvan və bitkilər olacaq. Parkda balıqların yaşadığı bir məkanın, həmçinin delfinarinin olması nəzərdə tutulub. Bu xeyli vaxt və əmək tələb edən işdir və hazırda işlər gedir”, - deyə Hikmət Əlizadə qeyd edib.

Layihənin maliyyə tərəflərinə gəldikdə isə, Hikmət Əlizadə hazırda 2 mln. 850 min vəsaitin ayrıldığını bildirib. Onun sözlərinə görə, bu sırf ərazinin tikinti-inkişaf planları layihələrinin hazırlanması üçün nəzərdə tutulub.

“Təbii ki, layihə işləri başa çatdıqdan sonra əlavə vəsaitə ehtiyac olacaq. Artıq infrastrukturun çəkilməsi və tikinti işlərinə əlavə vəsait hesablanacaq və buna uyğun olaraq tərəfimizdən Maliyyə Nazirliyi qarşısında məsələ qaldırılacaq”, - deyə o bildirib.

Heyvanların saxlanılması və onlara qulluq edilməsi kimi işlərə xaricdən mütəxəssislərin dəvət olunub-olunmayacağı ilə bağlı suala cavab verən Hikmə Əlizadə bunun istisna olunmadığını bildirib:

“Bu istisna deyil. Layihə üzrə konsepsiyaya görə, ilkin mərhələdə biz ora öz mütəxəssislərimizi dəvət edəcəyik. Bizim təqribi hesablamalarımıza görə, park fəaliyyətə başlayandan sonra onun işçi ştatında 300 nəfərlik yer nəzərdə tutulub. Onun bir hissəsi artıq bu günlərdə işə cəlb olunub. Heyvanlara qulluq, onların yemlənməsi və xəstələnərkən onlara baxılması, bələdçilik kimi məsələlər üzrə cəlb olunan işçilərlə uzun müddətli treninqlər keçirilməlidir. Parkda çox nadir və ekzotik heyvanlar olacaq. Bu heyvanlara təbii ki, xüsusi qulluq tələb olunacaq və biz düşünürük ki, hazırda götürdüyümüz insanlara uzun müddət treninq keçilməlidir. Onlar məsələn xaricdə də təhsil alıb təcrübə mübadiləsi apara bilərlər, bunu ölkə daxilində də biz onlar üçün təşkil edə bilərik. Yəni bitkilər əkilənə və heyvanlar gətirilənə qədər insanlar hazır olmalıdırlar. Amma hansısa məsələlərdə xaricdən mütəxəssislərin dəvət olunması istisna edilmir”.

Nazirlik nümayəndəsi parkın şəhərdən bir qədər kənarda olması və Bakıda artıq çoxdandır fəaliyyət göstərən heyvanxana parkının aqibəti ilə bağlı məsələlərə də aydınlıq gətirib:

“Biz parkın şəhərin mərkəzindən elə də uzaqda olmadığını düşünürük. Dünya təcrübəsinə görə zooloji parklar əksər hallarda şəhərin kənarında yerləşir. 20 km. Məsafə isə elə də uzaq deyil və hazırda Qobuya aparan yol yaxşı vəziyyətdədir. Amma təbii ki, xüsusi avtobuslar olacaq. Hətta layihəni hazırlayan şəxslərin fikrincə maliyyə dəstəyi olarsa, ora xüsusi dəmir yol xətti də çəkilə bilər. Yəni bu variant da var. Düşünürəm ki, yol infrastrukturu ilə bağlı elə bir çətinlik olmayacaq. Bakıdakı zooparkın ləğv olunması məsələsinə gəldikdə isə, bu dəqiqə o, gündəlikdə deyil. Yəni hazırda fəaliyyət göstərir. Və onunla bağlı aidiyyati qurumlar hansısa bir qərar qəbul də bilərlər. Yəni hazırda Bakı heyvanat parkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində deyil”.

Sonda Hikmət Əlizadə bütün bu işlərin nə zaman yekunlaşdırılacağı və sözügedən nəhəng parkın nə zaman istifadəyə veriləcəyi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, işlərə başlanması layihə üzrə işlərin qurtarmasından asılıdır, yəni böyük layihə olduğundan qanunla tender keçirilməlidir.

“Bu özü bir neçə ay çəkən işdir. Yəni layihə işlərinin yekunlaşmasından asılı olaraq tender keçiriləcək və qalib şirkət müəyyən olunduqdan sonra işlərə başlanacaq. Layihə müəlliflərinin fikrincə, yaxın 3 il ərzində, təqribən 2016-cı ilə qədər bu işləri bitirmək olar”, - deyə ETSN-in Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 9 fevral 2012 22:43
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QAQAWIM AXOT YOXDUYEEE BUNU OXUMAGAAA:(((

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

THIS IS LEGEND

  • 5 iyul 2011 00:50
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
maragli xeberdi tewekkurler

Lindo

  • 4 iyun 2011 17:33
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

Inciciceyi

  • 3 iyun 2011 08:45
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyun 2011 05:34
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
super tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MuslimGirl

  • 2 iyun 2011 22:31
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah ömür versə, görərik, inşallah. 2000-ci şərhim bu oldu).Təşəkkürlər

::..ONSLAUGHT::..

  • 2 iyun 2011 22:20
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Kabadayi

  • 2 iyun 2011 20:30
  • Məqalə: 1
  • Şərh: 13
  • Bal:
{awards}
Men bileni Şabrana kocurdurler.))

--------------------
Gözlerin,dudakların alev alev çağırıyor yangınlara...öyle birşey var ki sende çözemediğim, insanı çılgınlıklara sürüklüyor...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}